Məhkəmə qərarları › İş №2(008)-4610/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4610/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4610/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "əsassız hesablanmış borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "əsassız hesablanmış borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının hesabına yazılmış 777,60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən həyət evi onun mülkiyyətindədir və hal-hazırda orada yaşayır. Həmin ünvanda təbii qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir, heç zaman borcu olmayıb və tərəfindən qaz sayğacına heç vaxt müdaxilə olunmayıb. 2023-cü ildə cavabdeh "Azəriqaz" İstahesalat Birliyi BRQSD-nin əməkdaşları tərəfindən onun iştirak olmadan mülkiyyətində olan həyət evinin qaz sayğacının çıxarılması, quraşdıırlması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli akt tərtib edilərək sayğac demontaj olunub. əvəzinə yenisi quraşdırılmışdır. Həmçinin tərtib olunmuş aktın nüsxəsi ona təqdim edilməmişdir. Növbəti aylarda qaz istifadəsinə görə ödəniş etmək istədiyi borcun üzərinə 777,60 azn əlavə edildiyini aşkar etmişdir. Bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə güya ki, sayğaca olunmuş müdaxilə səbəbindən ona borc yazıldığını bildirdilər. Həmçinin tərtib olunmuş aktın nüsxəsini ona təqdim etdilər. Akta əsasən istifadəsində olan sayğacın göstəricisinin fırlanmaması, həmçinin, çıxış klapanının qırıq olması göstərilir. Akta əsasən **********8 zavod seriya nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəydə çıxarılmış sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinə vurulan zavod plastmas plomblardan biri mənşəyi məlum olmayan plomb aşkar olunmadığı, həmçinin, sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunaraq sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə kimi bunu əsas götürərək yenə onun iştirakı və xəbəri olmadan xx.xx.2023-cü il ******* nömrəli akt tərtib edilərək 6480 kub metr qaz ekvivalentində 777,60 manat borc əlavə edilmişdir. Qeyd olunan akta da "İstehlakçı nümayəndəsi" qismində ismi qeyd olunmasına baxmayaraq imzası yoxdur və öncədən təqdim edilməmişdir. Tərtib olunmuş "akt"dan belə başa düşülür ki, guya mülkiyyətində olan həyət evində quraşdırılmış əvvəlki qaz sayğacı işlək deyil, plombları səhv vurulub. Buna görə də cavabdeh qurum sayğacı istismara yararsız kimi qiymətləndirir. 2022-ci ilə qədər mənzilində əvvəlki qaz sayğacı olub və uzun illər həmin sayğac problemsiz işləyib, sayğacın göstəriciləri əsasında o təbii qaza görə haqq ödəmişdir. Heç bir səbəb olmadan 2022-ci ildə onun işlək sayğacını onun iştirakı olmadan yeni sayğac ilə əvəz etdilər. Üzərindən 1 il keçməmiş bu sayğacı da yoxlama adı ilə yeniləyib ona cərimə tətbiq etdilər.Cərimənin yazılmasına əsas sayğac göstəricisinin fırlanmaması qeyd olunub. Buna uyğun olaraq sual yaranır ki, əgər həmin sayğac işlək deyilsə-göstəricisi fırlanmırsa, o halda o, sayğac ötən aylar ərzində necə fırlanaraq aylıq borc yazıb və o il boyu mütəmadi olaraq miqdarı az olmayan ödənişləri necə etmişdir. Qeyd olunan borc son 3 ayda gündə 12 saata 6 kub metr olaraq dəyərləndirilmişdir. Son 3 ay dedikdə iyun, yul və avqust ayları nəzərdə tutulur və bu aylar ilin ən isti aylarıdır. Bu aylar ərzində heç bir mavi yanacaqdan istifadə etməmişdir. Ümumiyyətlə yay mövsümü başlayanda bir çoc digər sakinlər kimi qaz pulu ödəməmək üçün qaz klapanını tamamilə bağlayıb məişətdə yalnız propan tipli balon qazdan istifadə edir. Bunu əsas tutaraq ilin ən ist yay günlərində gündə 6x12=72 kub metr mavi yanacaq işlədilməsi tamamilə absurtdur və məntiqə sığır. Həmin sayğac quraşdırılan gündən eyni plomblar üzərində olub, dəfələrlə eyni qurum tərəfindən gündüz və gecə vaxtları sayğac yoxlanılmışdır. Sayğac işlək vəziyyətdə olmasaydı, göstəricisi fırlanmasaydı, plombu zədəli və ya tamamilə olmasaydı yəqinki qeydiyyata alınıb bu barədə tədbir görülərdi. Zavod plomblu, təxmini bir il öncədən quraşdırılmış sayğacın yaya sezonundan sonra işləməməsində onun hər hansı təqsiri yoxdur. Həmin plomblar qaz idarəsinin əməkdaşları tərəfindən həmin sayğac quraşdırılarkən vurulub. O, ümumiyyətlə həmin plombların necə vurulması prosedurundan məlumatıl deyil və bunu bacarmır. Üzərində plomb ola-ola daxili klapana da hər hansı müdaxilə edilə bilməz və bu tip bacarıqları yoxdur. Odur ki, 777,60 manat cərimə tətbiq edilməsi tamamilə qanunsuzdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli 04/7345 nömrəli "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 1-ci maddəsinə əsasən, Paylayıcı həmin Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir. - 18.12.2023-cü il tarixli "Abonent saldosu"ndan görünür ki, **********00004 abonent kodu olan İddiaçı 2023-cü ilin oktyabr ayında 777,60 manat akt üzrə borcu vardır. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus sayğacın plastmas borusu deşilib, dəymiş ziyan hesablanıb ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həmin Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi" tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdeh "Azəriqaz" İB tərəfindən hesablanmış 777,60 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********00004) 777,60 manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar