Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4625/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 İddiaçı, onun vəkili X3, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh İB-yə qarşı «borcun ondan tələb edilməsinin qadağan edilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə **********30000 abonent koduna hesablanmış 1647,32 manat məbləğində borcun ondan tələb edilməsinin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Həmin yer üzrə təbii qazdan istifadə üzrə **********30000 saylı abonent istifadəçisidir. Təbii qazdan istifadəyə görə ödənişləri vaxtlı-vaxtında edir. Təbii qazdan istifadəyə görə alqı-satqı müqaviləsini də Cavabdeh İB-lə onun arasında bağlanmışdır. Həmin abonent kodu üzrə ona abonent kitabçası verilmişdir. Buna baxmayaraq, **********30000 saylı abonent kodu onun adına deyil, ünvan 2 ünvanı üzrə Sədriyeva Dilavərin adınadır. Həmin şəxsi tanımır. xx.xx.2017-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona məxsus yaşayış sahəsindən İtron G4 markalı sayğacı çıxarmışlar, əvəzində yeni sayğac quraşdırmışlar. Bununla bağlı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2017-ci il tarixli akt tərtib edilmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə onun şikayəti əsasında Cavabdeh İB- nin əməkdaşları tərəfindən ona məxsus yaşayış sahəsindən İtron G4 markalı sayğacı çıxarmışlar, əvəzində yeni sayğac quraşdırmışlar. Bununla bağlı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2021-ci il tarixli akt tərtib edilmişdir. Bu yaxınlarda ona məxsus abonent kodu üzrə onun adına deyil, Sədriyeva Dilavərin adına əsassız borc - 1647,32 manat pulun hesablanması məlum olmuşdur. O, cavabdeh təşkilata müraciət edərək müvafiq sənədlər əldə etmişdir: - AKT № MSK 29/1710-00707-3 saylı akta əsasən ünvanından çıxarılmış sayğac 08 avqust 2017-ci il tarixdə dövlət yoxlamasından keçirilmiş və yararsız hesab edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən, laboratoriya rəyi əsasında dəymiş ziyanın hesablanması qeyd edilmişdir. -xx.xx.2017-ci il tarixli tələbnaməyə əsasən 4781 kub metr qazın istifadəsinə görə hesablanma aparılması göstərilmişdir. -“Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar xəttdən istifadə etməsi qeyd edilmişdir. -xx.xx.2018-ci il tarixli tələbnaməyə əsasən 3996 kub metr qazın istifadəsinə görə hesablanma aparılması göstərilmişdir. O, qaz sayğacına ödənişlərini vaxtı-vaxtında etmiş və heç bir müdaxilə etməmişdir. Həmin aktlar tamamilə saxtadır. Əgər sayğacdan kənar qeyri-qanuni xətt vasitəsilə təbii qazdan istifadə etdiyi aşkar edilmişdisə, bəs nəyə görə bu qanunsuzluğun qarşısını almaq üçün ünvanına təbii qazm verilməsini dayandırmırdılar. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında çıxarılmış aktlardan onun məlumatı olmayıb. Formal olaraq həmin aktlarda Dilavərin imza etməkdən imtina etməyi səbəbi göstərilmişdir. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazm dəyərinin hesablanması barədə sənədlər iddia tələbini əsaslı edən sübutlar kimi qiymətləndirilə bilməz. Əvvəla, bu aktlar məhz onun sayğaca müdaxilə etməsinin, yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsini bilavasitə təsdiq etmir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili X5 iddia tələbini müdafiə etdilər, iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 iddianı qəbul etmədi və iddianının rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ünvan 3 ünvanında quraşdırılan sayğac üzrə qeydiyyatdan keçən qaz abonentidir. İddiaçı ilə təbii qazdan istifadə edilməsi ilə bağlı Cavabdeh İB arasında xx.xx.2012-ci il tarixli «Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə müqavilə» bağlanmış, **********30000 saylı abonent kodu üzrə ona abonent kitabçası verilmişdir Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2017-ci il tarixli ******* salı akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus yaşayış sahəsinə quraşdırmış İtron G4 markalı 1002AQ**********00 saylı sayğac çıxış plastmas borusu deşilməsi səsbəbindən çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmışdır. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi” haqqında xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı məxsus yaşayış sahəsinə quraşdırmış İtron G4 markalı 1702AZ**********61 sayğac abonentin şikayəti əsasında çıxarılmış, əvəzində yeni sayğac quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* saylı aktdan görünür ki, MSK 29/1710-00707-3 №-li laboratoriya rəyinə əsasən G4 markalı 1002AQ**********00 saylı nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar olunmuşdur. Cavabdeh İB itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2017-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 4781 m3 hesablanmışdır. **********30000 abonent kodu üzrə Sədriyeva Dilavərin adına tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən, abonentin təbii qazdan qeyri qanuni sayğacdan kənar xəttdən istifadə etməsi aşkar edilmişdir. Eyni zamanda Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2018-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 3996 m3 hesablanmış, həmin akt da Sədriyeva Dilavərin adına tərtib edilmişdir. Göründüyü kimi, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş aktlar Sədriyeva Dilavərin adına tərtib edilmiş və aktlar əsasında borc onun adına hesablanmışdır. Təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, iddiçı ilə Sədriyeva Dilavərin abonent kodu (**********30000) eyni olmuş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar İddiaçı adına deyil, Sədriyeva Dilavərin adına tərtib edilmiş və aktlar əsasında Sədriyeva Dilavərin adına borc məbləği hesablanmışdır. Abonentin saldosundan da görünür ki, cavabdeh tərəfindən aktlar üzrə borc məbləği Sədriyeva Dilavərin adına hesablanmışdır. Hazırda iddiaçı Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə **********30000 abonent koduna hesablanmış 1647,32 manat məbləğində borcun ondan tələb edilməsinin qadağan edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1-ci maddəsinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1-ci maddəsinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2-ci maddəsinə əsasən istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3-cü maddəsinə əsasən qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Yuxarıda qeyd edildiyi kimi cavabdeh mübahisə predmeti olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktları Sədriyeva Dilavərin adına tərtib etsə də və aktlar əsasında onun adına borc hesablasa da, həmin borcu iddiaçıdan tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının kənar xətdən istifadə etməsi cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Odur ki, Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə **********30000 abonent koduna hesablanmış 1647,32 manat məbləğində borcun İddiaçı tələb edilməsi qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən təbii qazdan istifadəyə görə **********30000 abonent koduna hesablanmış 1647,32 manat məbləğində borcun İddiaçı tələb edilməsi qadağan edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4625/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4625/2022
13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver