Məhkəmə qərarları › İş №2(008)-4636/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4636/2025

24.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4636/2025 24.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, babası 1925-ci il təvəllüdlü Molla-Qədəş Mikayıl oğlunun xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, babası Mollaqədəş Mikayıl oğlu xx.xx.2001-ci il tarixdə yaşadığı ünvan 1 ünvanındakı həyət evində vəfat etmiş və Maştağa qəsəbəsində yerləşən “Seyyidlər” qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, şöbə babası Mollaqədəş Mikayıl oğlunun ölüm akt qeydinin aşkar edilməməsi barədə arayış vermişdir. Həmçinin Maraqlı şəxs ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığını bildirmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün 21 saylı şəhər poliklinikasına müraciət etmişdir. Lakin poliklinika ona tibbi şəhadətnamə verməkdən imtina etmişdir. Sabunçu RİHB-nın Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışda da babası Mollaqədəş Mikayıl oğlunu 2001-ci il tarixinədək yaşadığı qeyd olunmuşdur. Evlə bağlı sənədləşdirmə işlərinə görə, babasının ölümünü təsdiq edən sənəd zəruridir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, mərhum onun atası olmuşdur. Mərhum atasının maşında ürəyi dayanaraq xx.xx.2001-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində rəhmətə getmişdir. Rəhmətə gedəndə onun 76 yaşı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum onun qayınatası olmuşdur. Qayınatası 76 yaşında maşında qəfildən ürəyi dayanaraq xx.xx.2001-ci il tarixdə Maştağada rəhmətə getmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Lenin rayon VVAQ şöbəsi Maştağa qəsəbə sovetliyi tərəfindən xx.xx.1988-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə doğulmuşdur. X6, anası X3r. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Arif Mollaqədəş oğlu xx.xx.2021-ci il tarixdə durğunluq ürək çatışmazlığından vəfat etmişdir. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Arif Mollaqədəş oğlu xx.xx.1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1957-ci il tarixdə Sabunçu rayonu Matşağa qəsəbə icra nümayəndəliyi tərəfindən 532 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atas Molla-Qədəş Mikayıl oğlu, anası Tamara Səməd qızı.xx.xx.2021-ci ildə vəfat etmiş Arif Molla-Qədəş oğlunun ölümü xx.xx.2021-ci il tarixdə 2045 nömrəli akt qeydi ilə Bakı şəhəri Maraqlı şəxs tərəfindən dövlət qeydiyyatına alınmışdır. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş arayışdan görünür ki, Mollaqədəş Mikayıl oğlunun xx.xx.2001-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. Arxiv məlumatları 1998-2004-cü illər Sabunçu rayon Qeydiyyat şöbəsinin ölüm akt qeydləri və ölüm haqqında bərpa akt qeydləri 2001-2025-ci illər üzrə yoxlanılmışdır, ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə Vətəndaşlıq vəziyyəti aktları X1 sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. - Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-15-479/25 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 saylı qərarının 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Təqdim edilən sənədlər arasında ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması ilə bağlı aidiyyət üzrə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi Bakı şəhər Baş Səhiyyə İdarəsi 21 nömrəli şəhər poliklinikasının xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ərizəçinin müraciətinə cavab olaraq bildirilmişdir ki, 1925-ci il təvəllüdlü Mollaqədəş Mikayıl oğlu xx.xx.2001-ci il tarixdə vəfat etdiyi üçün “ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətli xaricindədir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli 1922 nömrəli arayışından məlum olur ki, ərizəçinin babası X2 qəsəbəsi, Nizami küçəsi, döngə 2, ev 10 ünvanında vəfat etdiyi 2001-ci ilədək yaşamışdır. - Maştağa “X13” məscidinin xx.xx.2025-ci il tarixli 003 nömrəli arayışından məlum olur ki, təqdim edilən foto-şəkillərə əsasən ərizəçinin babası Mollaqədəş Mikayıl oğlunun məzar daşı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi Seyyidlər qəbristanlığında yerləşir. - Məzardaşının fotoşəklində “Mollaqədəş Mikayıl oğlu 1925-2001” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi babası 1925-ci il təvəllüdlü Mollaqədəş Mikayıl oğlunun xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması üçün ölümü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 1925-ci il təvəllüdlü Molla-Qədəş Mikayıl oğlunun xx.xx.2001-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar