Məhkəmə qərarları › İş №2(008)-464/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-464/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-464/2024 17.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azəriqaz” İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehlakçı hüquqları bərpa edilməsi, Bakı şəhəri, S.Vəzirov küçəsində yerləşən 33 saylı evə qaz təchizatının verilməsi bərpa edilməsi və hesablanmış 14000 manat borc silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda qaynatası X2 məxsus həyətdə özünə ayrı ev tikərək məskunlaşmışlar. Onların evin sayğacı olmaması səbəbindən onlara tətbiq olunan cəriməni, həmin həyətdə yerləşən qaynatası X2 məxsus sayğaca 14000 manat dəyərində cərimə tətbiq ediblər. X3 tərəfindən qazla təmin olunmuş və G-4 markalı STS**********037 nömrəli qaz sayğacı quraşdırılmışdır. Onun və ailə üzvlərinin iştirakı olmadan qaz sayğacı sökülmüş və bununla bağlı akt tərtib edilmişdir. Belə bir aktın mövcudluğundan sonradan xəbərdar olmuşdur. Məsələ ilə bağlı Qaz İdarəsinə etdiyi müraciətə cavab olaraq bildirmişlər ki, sayğac ərazidə aparılan söküntü ilə əlaqədar götürülmüş və Dövlət yoxlanmasına göndərilmişdir. 5 ildən artıq müddət ərzində sayğacın yoxlaması bilməmiş və sayğac yerinə quraşdırılmamışdır. Təxminən bir neçə ay bundan öncə yaşadığı evə qazın verilişi tamamilə dayandırılmış və sonradan ona məlum olmuşdur ki, istehlakçı hesabına 14000 manat borc hesablanmışdır. Hesablanmış cərimənin qanunsuz olması və qazın bərpa edilməsi ilə bağlı dəfələrlə aidiyyəti qurumlara şikayətlər etsə də, heç bir nəticəsi olmamış, təbii qazın verilməsi bərpa olunmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və hesab edir ki, onun etdiyi səhlənkarlığa görə qaynatası X2 məxsus evin qaz təchizatının verilməsi bərpa edilməli və əsassız olaraq borc kimi yazılmış olan 14000 manatın X3 tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Göründüyü kimi, qaz sayğacının yenisi ilə əvəz edilməsi ilə bağlı istehlakçının tələbi olmalıdır. Onun isə belə bir tələbi olmamış, sayğac onun xəbəri olmadan çıxarılmış və bu günədək yerinə quraşdırılmamışdır. Onun iştirakı olmadan tərtib edilmiş aktda sayğacın çıxarılma səbəbi “söküntü” göstərilsə də, bu vaxtadək yaşadığı ərazidə hər hansı söküntü olmamış, ailə üzvləri ilə həmin evdə yaşayır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, onun və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi, onun tərəfindən sayğacın dəyişdirilməsi ilə bağlı ərizə olmadığı halda, ona əlavə pul hesablanması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, qeyd edilən sayğac onun qaynatasına məxsusdur. Onun evi qaynatası ilə eyni məhlədə yerləşir. Əri sağ olan vaxtı o atasına məxsus qaz xəttindən onların evinə qaz xətti çəkmişdir. Lakin sonradan əri rəhmətə getmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, hal-hazırda iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ mövcud deyildir. Belə ki, təbii qazın alqı-satqısna dair müqavilə iddiaçı ilə deyildə 3-cü şəxslə bağlanmış və cərimələrdə həmin şəxsin adına yazılmış olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan **********00000 nömrəli (X4 ) abonentin saldosundan görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan istifadəyə görə 2023-cü il in oktyabr ayının sonu üçün 14505.47 borc hesablanmışdırmanat təşkil edir. - Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarının qəbulu haqqında ******* nömrəli aktın surətindən görünür ki, xx.xx.2023-ci il tarixli müqavilədə istehlakçı kimi Salahov Addasəli göstərilməmişdir. - “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli aktların surətindən və müvafiq olaraq onların əsasında tərtib edilmiş tələbnamələrdən görünür ki, Salahov Abbasəliyə məxsus mənzilə baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar edilmişdir. Gasrep məlumatlarından görünür ki, **********00000 nömrəli abonenet kodu Salahov Abbasəliyə məxsusdur. Beləliklə işin mübahisə olmayan halı ondan ibarətdir ki, iddiaçı silinməsini tələb etdiyi borc məbləği iddiaçının qaynatasının X1 yazılmışdır. Beləliklə məhkəmə hesab edir ki, nəqədər ki, qeyd edilən borc məbləği iddiaçıya deyil də başqa bir şəxsə məxsus olan abonent koduna yazılmışdır, həmin abonent kodunda olan borc məbləğinin silinməsi ilə bağlı iddiaçının məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin, bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar