Məhkəmə qərarları › İş №2(008)-4641/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4641/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4641/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6 qızının, İddiaçı X3 iştirakları ilə İddiaçı X3 Cavabdehnə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X5 Cavabdehnə qarşı iddia ərizəsi və dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən çıxarılmış təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın ləğv edilməsi və **********00000 saylı abonent X1 qanunsuz tələb olunan 7266,9 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbsində nömrəsiz evində (qaza aid sənədlərdə ünvan ünvan 2r. Cavabdeh tərəfindən həmin evə əvvəllər quraşdırılmış G-4 İtron Smart-kart tipli sayğac 27.03.2020-ci il tarixdə həmin birliyin əməkdaşları tərəfindən çıxarılaraq yerinə yeni Ester G-4T mexaniki tipli sayğac quraşdırılmışdır. Yeni sayğac quraşdırılarkən əlavə qaz xəttinin olduğu üçün ona birliyin əməkdaşları tərəfindən 3334,20 manat məbləğində cərimə hesablanmışdır. Lakin, bu cərimə borcundan əlavə olaraq yenə 20121-ci il üçün əsassız yerə 3932,7 manat məbləğində borc hesablanmışdır. Baxmayaraq ki, qaz sayğacına onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçının istifadəsində PQ-4, QSQ və Dəmir soba kimi qızdırıcı qurğular var. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.01.2021-ci il tarixli ******* saylı akta əsasən X4 məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin itirilmiş qazın dəyərinin hesablanması komissiyasının 29.01.2021-ci il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı aşağıdakı kimi hesablanmışdır. 1.2x24x90=2592 m3 PQ-4 görə 1.5x24x90=3240 m3 QSQ görə 2x1.4x24x90=6048 m3. Dəmir sobaya görə. Cəmi 11880 m3. X5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 13 ünvanında təbii qazdan qanunsuz istifadə etməklə AR İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (Sabunçu rayonu, Pİ-nin 14-cü Polis Bölməsinin MN ******* №-li inzibati xəta haqqında protokolun surəti). Beləliklə, "Azəriqaz" İB-nin qənaətinə görə ona 11880 m3 həcmində ziyan dəymiş, iddiaçı isə aktın ləğv edilməsini və qanunsuz olaraq tələb olunan 7266,9 manat məbləğində pulun silinməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya onun istifadəsində olan PQ-4, QSQ və Dəmir soba kimi qızdırıcı qurğulara görə təbii qazdan qeyri-qanuni istifadə etdiyi üçün 29.01.2021-ci il tarixli ******* saylı akta əsasən 11880 m3 sərfiyyat hesablanmış, təbii qazdan qanunsuz istifadə etdiyinə görə AR İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu rayonu, Pİ-nin 14cü Polis Bölməsi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, iddiaçı ona cavabdeh tərəfindən 7266,9 manat məbləğində cərimənin hesablanması barədə məhkəməyə əsaslı subutlar təqdim etməmişdir. İddiaçının iddia ərizəsində göstərdiyi dəlillər sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X3 Cavabdehnə qarşı aktın ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar