Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4641/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun həqiqətən xx.xx.N94-ci il tarixdən N95-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvlərində birlikdə yuxarıda göstərdiyi ünvanda yaşayır. O, 01 dekabr N93-cü tarixdən 168 Saylı Hərbi Hissə komandirinin №-li əmri ilə sürücü-mexanik vəzifəsinə təyin edilmişdir. xx.xx.N94-cü il tarixdən xx.xx.N94- cü il tarixədək 168 saylı Hərbi Hissə komandirinin 25№-li əmri ilə məzuniyyətə buraxılmışdır. Döyüşlərdə göstərdiyi şücaətə əsasən 168 saylı Hərbi Hissə komandirinin 22 fevral N94-cü il tarixli, 36 №-li əmrilə “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. 168 Saylı Hərbi Hissə komandirinin 06 mart N94-cü il tarixli, 44№-li əmrilə o, N0 saylı Hərbi Hissə komandirinin sərəncamına göndərilmişdir. N0 saylı Hərbi Hissə komandirinin 06 mart N94-cü il tarixli, 65 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. 15 fevral N95-ci il tarixə kimi o, N0 saylı Hərbi Hissədə xidmət göstərmişdir. Hazırda o, müharibə veteranı kimi müəyyən edilmiş imtiyazlardan istifadə etmək istəyir. Ona görə də bu faktın müəyyən olunmasına nail olmaq üçün müvafiq orqanlara müraciət etmişdir. Lakin ona bildirmişlər ki, N nömrəli hərbi hissədə xx.xx.N94-cü ildən N95-ci il tarixədək məlumat aşkar edilmədiyindən onun xidməti barəsində araşdırılma aparıla bilməmişlər. Bu səbəbdən həqiqətən də xx.xx.N94-ci il tarixdən N95-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət göstərməyi ilə əlaqədar hüquqi faktın müəyyən olunması barədə məhkəməyə müraciət etməli olmuşdur. Həmin faktın müəyyən olunması ona qanunvericiliklə müəyyən olunan qaydada güzəştli pensiya hüququnun bərpası üçün lazımdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə xx.xx.2022ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, ərizəni qəbul etməyərək, tələbin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, ərizəçinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İİİ Katibliyinin xx.xx.2022-ci il tarixli, 4/3-5095 nömrəli imtina məktubundan görünür ki, Ərizəçi N nömrəli hərbi hissədə hərbi xidmət keçməsinə dair müraciətə Müdafiə Nazirliyi aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, xx.xx.N60-cı il tarixdə doğulmuş Ərizəçi N nömrəli hərbi hissəyə xx.xx.N94-cü il tarixdə göndərilmişdir. Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin 22 aprel 2022-ci il tarixli, 4/2-2554 nömrəli məktubunun surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N94cü il tarixli niami hissə üzrə əmrlərində Ərizəçi xidməti barədə məlumat aşkar edilməmişdir. xx.xx.2022-ci il tarixli Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 11/2451 nömrəli etirazdan görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 07 mart N94-cü il tarixdən N95-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmətdə olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, ərizə təmin edilə bilməz və aşağıdakı səbəblərdən baxılmamış saxlanılmalıdır. Ərizəçinin döyüş əməliyyatlarının iştirakçısı faktının məhkəmə qaydasında müəyyən edilməsində məqsəd “Müharibə veteranı” statusunun əldə edilməsidir. Lakin, ərizəçiyə qanunvericiliklə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün müəyyən edilmiş əsaslar mövcud olmadığından “Müharibə veteranı” statusu verilə bilməz və onun döyüş əməliyyatlarının iştirakçısı olması faktı məhkəmə qaydasında tanına bilməz. Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi ərizəyə qarşı münasibətini məhkəməyə bildirmək üçün araşdırma aparmış və əldə olunmuş arxiv sənədlərdə ərizəçinin 07 mart N94-cü il tarixdən N95-ci il tarixə aid olan əmrlərində onun hərbi xidmətdə olması barədə heç bir məlumat aşkar edilməmişdir. Ərizəçi 07 mart N94-cü il tarixdən N95-ci il tarixə aid olan əmrlərində onun hərbi xidmətdə olması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyatlarında iştirak etməsi faktının müəyyən edilməsinə dair ərizəsini rədd edilməsini və Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəlləsinin 307.211-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlarn müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasları zamanı ərizəçi xx.xx.N94-ci il tarixdən N95-ci il tarixədək N nömrəli hərbi hissədə hərbi xidmət keçməyi faktının müəyyən edilməsini xahiş etsədə, bu faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 1N.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu ərizəçiya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1N, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.N94-ci il tarixdən N95-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət keçməyi faktının müəyyən edilməsi” tələbinə dair ərizə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4641/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4641/2022
14.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver