Məhkəmə qərarları › İş №2(008)-4642/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4642/2025

29.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4642/2025 29.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, Ərizəçi iştirakı ilə Ərizəçi "X1, anasının milliyyəti azərbaycanlı, atası Əliyev Vəkil Məmməd oğlu, atasının milliyyəti azərbaycanlı qeyd olunmaqla Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) rayonunda doğumunun qeyd edilmə faktının müəyyən olunması" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "X1, anasının milliyyəti azərbaycanlı, atası Əliyev Vəkil Məmməd oğlu, atasının milliyyəti azərbaycanlı qeyd olunmaqla Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) rayonunda doğumunun qeyd edilmə faktının müəyyən olunması" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəçi öz ərizəsini belə əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) rayonunda anadan olmuşdur. Atası Əliyev Vəkil Məmməd oğlu xx.xx.1930-cu ildə Ermənistan Respublikasının Kalinin rayonu Sarlar kəndində doğulmuş və xx.xx.2012-ci ildə vəfat etmişdir. X1 Ermənistanda doğulmuş və xx.xx.1988-ci il tarixdə vəfat etmişdir. Hər iki valideynin milliyyəti azərbaycanlıdır. Bacısı xx.xx.1959-cu il təvəllüdlü Əliyeva Gülara Vəkil qızı barəsində Ermənistanda qeydə alınmış doğum haqqında şəhadətnamədə valideynləri haqqında məlumat və milliyyətlərinin azərbaycanlı olması öz təsdiqini tapmışdır. 1988-ci ildə məlum hadisələr zamanı qaçqın düşərkən bir çox sənədləri, həmçinin doğum haqqında şəhadətnaməsi itdiyindən o, Maraqlı şəxsnə müraciət etmiş, lakin Ermənistan sənədlərinin arxivi olmadığına görə doğum akt qeydinin bərpası məsələsinin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Doğum haqqında şəhadətnamənin əsli notariusa təqdim etmək üçün tələb olunur. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) şəhərində anadan olmuşdur. Atası Əliyev Vəkil Məmməd oğlu, X1dır. Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi üçün Bakı Şəhəri Maraqlı şəxsnə müraciət etmişdir, lakin xx.xx.2025-ci il tarixli cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"a müvafiq qaydada əsaslar olmadığından doğum aktı qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. İşdə olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi doğum tarixi xx.xx.1962-ci ildir. İşdə olan AZE 07955143 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Hüseynova Gülara Vəkil qızı xx.xx.1959-cu ildə Ermənistan Respublikasının Stepanavan şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan İİ-CЛ seriyalı 347632 nömrəli "Nikahın bağlanması haqqında şəhadətnamə"nin tərcümə və notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 və Əliyeva Gülara Vəkil qızı xx.xx.1983-cü ildə nikah bağlamış, həmin nikan nikahın bağlanması haqqında akt qeydləri kitabında 90 nömrə ilə qeyd edilmişdir. İşdə olan İ-ЗЖ seriyalı 222012 nömrəli "Doğum haqqında şəhadətnamə"nin tərcümə və notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Əliyeva Gülara Vəkil qızı xx.xx.1959-cu ildə Ermənistanın Stepanavan şəhərində doğulmuş, atası Əliyev Vəkil Məmməd oğlu, X1dır. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, Əliyev Vəkil Məmməd oğlu xx.xx.2012-ci ildə vəfat etmişdir. İşdə olan Bakı Şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/7-15-481/25 nömrəli cavab məktubundan görünür ki, doğum aktı qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyil. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əliyeva Gülara Vəkil qızı ifadə verərək göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Ərizəçi Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) şəhərində anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi var idi, lakin qaçqın düşərkən həmin sənədi özü ilə gətirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1 və 162.2-ci maddələrinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar"ın 14-cü və 16-cü bəndlərinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. "Əsas müddəalar"ın 18-ci bəndinə əsasən, ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın "Qeyd"inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Ərizə sahibinin təqdim etdiyi (bu Qaydanın "Qeyd"inin tələbləri nəzərə alınmaqla) sənədlərdə barəsində doğum haqqında akt qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" xx.xx.2019-cu il tarixli 03 nömrəli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Plenum Qərarının 4.1-ci bəndində deyilir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, məhkəmə tərəfindən doğumun qeyd edilmə faktı o halda müəyyən olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası mümkün deyildir. Məhkəmə itirilmiş qeydi yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Müəyyən edildi ki, Ərizəçi doğum haqqında qeydinin bərpası Bakı Şəhəri Maraqlı şəxsndə mümkün olmamışdır. Ərizəçi müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq etmək üçün doğma bacısı Hüseynova Gülara Vəkil qızının doğum haqqında şəhadətnaməsinin surətini təqdim etmişdir. Həmçinin, Ərizəçi xx.xx.1962ci ildə anadan olması faktı şəxsiyyət vəsiqəsi ilə təsdiq olunur. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla Ərizəçi Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) şəhərində doğumunun qeyd edilməsi sübut olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) şəhərində doğumunun qeyd edilmə faktı müəyyən olunmalıdır. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Atası milliyyətcə azərbaycanlı Əliyev Vəkil Məmməd oğlu, anası milliyyətcə azərbaycanlı X5 qeyd olunmaqla Ərizəçi xx.xx.1962-ci ildə Ermənistan Respublikasının Cəlaloğlu (Stepanavan) şəhərində doğumunun qeyd edilmə faktı müəyyən olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X7.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar