Məhkəmə qərarları › İş №2(008)-4657/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4657/2023

27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4657/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı «Asan xidmət» X4 qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs 6 saylı Bakı «Asan xidmət» X4 qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1990-cu il tarixdə doğulmuş oğlu X5 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X1 rayonu uşaq yolxucu xəstəxanasında bağırsağında aşkar olunmuş infeksiyadan xx.xx.1991-ci il tarixdə ölmüşdür. Şifahi müraciyytəinə asasan xəstəxanadan oğlunun ölümü barədə arayışın verilməsini xahiş etmiş, lakin arayışlar artıq saxlanılmadığından verilməsi mümkün olmamışdır. Oğlu öldüyü gün Maştağa qəsəbəsi Məmmədbağır qəbristanlığında dəfn olunmuşdur. Oğlunun ölümündən sarsıldığından, hüquqi savadı olmadığından oğlunun ölümü barədə şəhadətnamə ala bilməmişdir Maraqlı şəxs 6 saylı Bakı «Asan xidmət» X4 iş çoxluğu ilə əlaqədar işə onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1969-cu il tarixdə doğulmuşdur, Sabunçu rayonunda qeydiyyatdadır (1799838 №-li şəxsiyyət vəsiqəsi) . 6 saylı Bakı «Asan xidmət» X4 tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.1990-cu il tarixdə doğulmuş X5 doğumu Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 242 №-li akt qeydi idlə qeydə alınmışdır. X13 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 ölümü qeydiyyat alınmayıb, məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Qafqaz Müsəlmanları İdarəsi Maştağa «X18» Məscidi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 qəsəbəsi Məmmədbağır qəbristanlığında dəfn olunmuşdur. 9 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X5 ölümünü təsdiq edən xəbərdarlıq vərəqəsi xəstəxanadan vaxtında alınmadığına görə «Ölüm haqqında tibbi şəhadətnamə»nin yazılması səlahiyyətli xaricindədir. Ərizəçinin xx.xx.2003-cü il tarixdə doğulmuş oğlu X8 (Sabunçu rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 403135 №-li doğum haqqında şəhadətnamə, ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi) şahid qismində ifadə verərək qeyd etdi ki, özü şahid olmasa da, böyüklərindən həmişə eşidib ki, Ramiz adında qardaşları bir yaşında ölmüşdür. Ərizəçinin xx.xx.1991-ci il tarixdə doğulmuş qızı X9 (Xətai rayon VVADQ şöbəsi tərəfindən verilmiş XVİ-JQ seriyalı 428313 №-li doğum haqqında və AZ-İ seriyalı 848817 №-li nikah haqqında şəhadətnamələr, 16821688 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi) şahid qismində eyni ifadəni verdi. Hazırda ərizəçi oğlu X5 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Beləliklə, ərizəçinin oğlu X5 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı şahid ifadələri ilə təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1990-cu il tarixdə doğlumuş X5 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar