Məhkəmə qərarları › İş №2(008)-4671/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4671/2024

08.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4671/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1971-ci il tarixdə doğulmuş X1nun xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. O, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdə birlikdə yaşayır. X1 uzun sürən ağır xəstəlikdən sonra, xx.xx.2008-ci il tarixində yaşadığı fərdi yaşayış evində bədbəxt hadisə nəticisəsində dünyasını dəyişmişdir. Vaxtında qardaşı üçün ölüm haqqında şəhadətnamə ala bilməmişdilər. İndi isə, yaşadıqları fərdi yaşayış evinə dair hüquq müəyyən edici sənədlərin alınması və vərəsəliyin müəyyən edilməsi üçün, X1nun ölümünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə olunması zərurəti yaranmışdır. X10 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn olunmuşdur. X1 üçün ölüm haqqında şəhadətnamə ala bilmək üçün Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2024-cü il tarixli cavab məktubunda ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyim tövsiyyə olunmuşdur. Maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı tərəf Sabunçu rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1978-ci il tarizdə doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır (AA ******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsi). X10 xx.xx.1971-ci il tarixdə doğulmuş, ünvan 2 ünvanında qeydiyyatda olmuşdur (AZE seriyalı 06310091 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyət vəsiqəsi). Ərizəçi və X10 qardaşdılar, onların ataları X7, anaları X8r (AZ-İ seriyalı 832490 və İ-JQ seriyalı 319758 №-li doğum haqqında şəhadənamələr). Onların valideynləri xx.xx.1970-ci il tarixdə nikalarını bağlamışlar (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 952 №-li xx.xx.2018-ci il tarixli arayış). Onların ataları X7 xx.xx.1942-ci il tarixdə doğulmuşdur, atası X12, anası X22 (AA seriyalı 218808 №-li doğum haqqında şəhadətnamə). Onların ataları X7 xx.xx.1997-ci il tarixdə ölmüşdür (İV-JQ seriyalı 492774 №-li ölüm haqqında şəhadətnamə). X3 atası X2 xx.xx.1994-cü il tarixdə ölmüşdür (İİ-JQ seriyalı 417390 №-li ölüm haqqında şəhadətnamə). Sabunçu rayonu, Nardaran qəsəbəsi, N.Əsgərov küçəsi, ev 2A X3 mülkiyyətində olmasına dair Azərbaycan SSR, Bakı şəhərində Bələdiyyələşdirilməmiş Tikintilərin Reestrindən Çıxarış verilmişdir (kitab 2, səhifə 202, qeydiyyat tarixi xx.xx.1967). X6 xx.xx.2008-ci il tarixdə Nardaran qəbristanlığında dəfn edilməsi barədə Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı üzrə X4 tərəfindən arayış verilmişdir. Aşağıda qeyd olunan şahidlər X6 xx.xx.2008-ci il tarixdə öldüyü faktını təsdiq etdilər. X11 – ərizəçinin qardaş (Vİİİ-JQ seriyalı 283700 №-li doğum haqqında şəhadətnamə), X9 – ərizəçinin bacısı (İV-JQ seriyalı 384053 №-li doğum haqqında şəhadətnamə, Vİ-JQ seriyalı 369053 №-li nikah haqqında şəhadətnamə). Hazırda ərizəçi X1nun xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar, eyni zamanda adıçəkilən fakt daşınmaz əmlaka dair sənədlərin bərpa edilməsi üçün tələb olunur. Təsdin edilməsi istənilən faktailə üzvləri olan şahid ifadələri, Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu və Pirallahı üzrə X4 tərəfindən verilmiş arayışla, ərizəçinin ulu babasından sonra miras əmlakın qalması isə Bələdiyyələşdirilməmiş Tikintilərin Reestrindən Çıxarışla təsdiq olunur. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il tarixdə doğulmuş X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə X10 barədə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar