Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4697/2021 22.07.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisi 3-cü şəxs Baş Dövlət Yol Polis İdarəsi olmaqla “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə üzrə mülki işə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisi 3-cü şəxs Baş Dövlət Yol Polis İdarəsi olmaqla “mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X6 vərəsəsi tanımağı, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin bərpasını, mirasın qəbulu faktını təsdiq edilməsini, onun adına qeydə alınmış buraxılış ili 2009-cu il tarixli, **- GM-*** dövlət qeydiyyat nişanlı, Hunday Sonata markalı minik avtomobilinə mülkiyyət hüqunun tanınması və Baş Dövlət Yol Polis İdarəsində mülkün adına qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1962-ci ildə anadan olmuşdur. 17.01.1981-ci ildə tarixində 12.10.1958-ci il təvəllüdlü X8 ilə rəsmi qaydada ailə qurmuşdur. Birgə nigahlarından 2 övladı dünyaya gəlmişdir. X16 27.06.1981-ci təvəllüdlü və X19 14.04.1985-ci təvəllüdlü. Birgə nigah dövründə mərhum əri X8 ilə birlikdə ünvan 1 ünvanda yerləşən mülkü əldə etmişlər və mərhum həyat yoldaşı rəhmətə gedənə qədər onlar bir ailə kimi həmin ünvanda yaşamışlar. Mərhum həyat yoldaşı onunla birgə nigah dövründə olarkən buraxılış ili 2009-cu il olan **-GM-*** qeydiyyat nömrə nişanlı, “Hunday Sonata” markalı minik avtomobini almışdır və 04.08.2018-ci ildə həmin avtomobilin qeydiyyat vəsiqəsini öz adına rəsmiləşdirmişdir. Hal-hazırda həmin avtomobil mərhum əri X6 adına qeydə alınmaqdadır. Mərhum əri X8 28.10.2020-ci ildə vəfat etmişdir və ərinin ölümündən sonra miras faktiki olaraq tərəfindən qəbul edilərək idarə olunur. Uşaqlarında mirasın vərəsəlik qaydasında onun adına keçməsinə razıdır. Həmin avtomobilin qeydiyyat vəsiqəsi ərizəçidədir. Onun övladları X16 və X19 Bakı şəhəri 4 saylı Notariat ofisinə müraciət edərək rəsmi olaraq vərəsəlikdən imtina ediblər. O da öz növbəsində 4 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək, 28.10.2020-ci il tarixində vəfat etmiş əri X5 miras qalmış əmlaka (buraxılış ili 2009-cu il tarixli,**-GM-*** qeydiyyat nömrə nişanli, Hunday Sonata markalı minik avtomobili) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahiş etmişdir. Lakin onlar ona imtina etmişlər. İmtinanın səbəbi kimi 4 saylı Notariat ofisində ona bildirdilər ki, o, mirasın qəbulu üçün Notariusa müraciət edərkən, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmış və mirasın qəbulu faktını təsdiq edən sənədi notariat ofisinə təqdim etməmişdir. Həmçinin Notariat ofisində ona bildirdilər ki, mərhum əri X5 miras qalmış əmlaka (buraxılış ili 2009-cu il tarixli,90-GM- 336 qeydiyyat nömrə nişanli, Hunday Sonata markalı minik avtomobili) dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddətin bərpası və mirasın qəbulu faktını təsdiq etmək üçün məhkəməyə müraciət etməyi izah edilmişdir. Mərhum əri X2-19 virusundan dünyasını dəyişmişdir. Həmin zaman o və uşaqları da Covid-19 virusuna yoluxmuşdular. Xəstəliyi ağır keçirməyi səbəbilə sağalmağı uzun müddət çəkmişdir. Bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Notariat ofisinə gec müraciət etmişdir. Bunu üzrlü səbəb kimi sayılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisi və üçüncü şəxs Baş Dövlət Yol Polis İdarəsi məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Bakı şəhəri 4 saylı Notariat Ofisinin və üçüncü şəxs Baş Dövlət Yol Polis İdarəsi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş 31.05.2021-ci il tarixli, 109/2021 nömrəli imtina məktubun surətindən görünür ki, Hyundai Sonata minik markalı, ** GM *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi zamanı mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxılmış və və mirasın qəbulu faktını təsdiq edən sənəd təqdim olunmamışdır. -5 saylı Bakı “Asan xidmət” Mərkəzinin Ədliyyə Nazirliyi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 noyabr 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28.10.2020-ci il tarixdə Covid-19 virusundan ölmüşdür. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin İİİ ЖГ seriyalı, 277000 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 12.10.1955-ci il tarixdə doğulmuşdur. X4, anası isə X9r. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin İİ-ЖГ seriyalı, 373953 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X15 17.01.1981-ci il tarixdə nikaha daxil olmuşlar. Ərə Mirəyev, arvada Mirzəyeva soyadı verilmişdir. -Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbə üzrə nümayəndəliyi 32 nömrəli, 06.01.2021-ci il tarixli arayışın surətindən görünür ki, X8 ölən gün 28.10.2020-ci ilə qədər Ramana qəsəbəsi, Bünyatzadə küçəsi, ev 50/2 ünvanında ailə üzvləri - Ərizəçi, X16, X19 ilə birlikdə yaşamışdır. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin Xİ ЖГ seriyalı, 305080 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 14.04.1985-ci il tarixdə doğulmuşdur. X3, anası isə X11r. -Vətəndaşların vəziyyəti aktları qeydiyyatı şöbəsinin Vİİ ЖГ seriyalı, 405789 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 27.06.1981-ci il tarixdə doğulmuşdur. X3, anası isə X11r. -5 saylı Bakı “Asan Xidmət” X7 24 fevral 2021-ci il tarixli, AZ-İİ seriyalı, 166480 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 20.02.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyindən ölmüşdür. -Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsinin AZ-İİ seriyalı, 127549 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30.05.2000-ci il tarixdə beyinə qansızmadan ölmüşdür. Həmin Məcəllənin 259.0.10-cu maddəsinə müvafiq olaraq, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, məhkəmə sözü gedən ərizəyə baxıldığı zaman hüquq haqqında mübahisə olduğu aşkar etdiyindən ərizəni baxılmamış saxlanılmalı, ərizəçiyə sözügedən tələblə bağlı ümumi qaydada iddia icraatı formasında məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 268, 263-264cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 4 saylı Notariat Ofisi 3-cü şəxs Baş Dövlət Yol Polis İdarəsi olmaqla “mirasın qəbulu üçüm müəyyənləşdirilmiş müddətin bərpası, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizə baxılmamış saxlansın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4697/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4697/2021
22.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver