Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4700/2023 19.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Kreditor İddiaçı-nin (Ləğv prosesindədir) borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barəsində ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kreditor İddiaçı (Ləğv prosesindədir) borclu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” barəsində ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli, 03-465/03 saylı kredit müqaviləsi üzrə 4080 manat əsas, 1052 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 5162 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “28 may” filialı ilə borclu Cavabdeh arasında xx.xx.2014-cü il tarixli 03-465/03 saylı kredit müqaviləsi bağlanaraq borcalana 15 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan krediti və ona hesablanmış faizləri banka ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin borcluya dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq hal-hazıradək kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər yerinə yetirilməmiş, borc ödənilməmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-6159/2016 saylı məhkəmə əmri ilə xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh 4080 manat əsas, 1052 manat faiz borcu, 30 manat cərimə borcu olmaqla, cəmi 5162 manat pul vəsaitinin və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq, ünvan 2 ünvanda yerləşən İddiaçı-nin xeyrinə ödənilməsi əmr edilmişdir. Daha sonra borclu Cavabdeh ərizə ünvanlayaraq məhkəmə əmrinin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-4700/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Kreditor İddiaçı-nin borclu Cavabdeh qarşı kreditin ödənilməsi tələbinə dair Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6159/2016 saylı, xx.xx.2016-cı il tarixli məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmuna uyğun izahat verərək və eyni zamanda məhkəmənin hazırlıq iclasında maliyyə arayışı təqdim edərək orada göstərilən məbləğdə borcun tutulmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı (Ləğv prosesindədir) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 03-465/03 nömrəli kredit müqaviləsinə görə cavabdehə 15 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan əsas kredit borcu 2300,14 manat, faiz borcu 299,77 manat, cərimə borcu 46,28 manat, 878, 08 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 3524,27 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, üzərinə öhdəlik götürmüşlər. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdirlər. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçının digər cavabdehə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2014-cü il kredit müqavilələsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən kredit müqaviləsi üzrə yaranmış əsas borc və faz məbləği maliyyə arayışında göstərilmiş qaydada cavabdehdən tutularaq İddiaçı-yə (Ləğv prosesindədir) ödənilməlidir. Cərimə borcu isə iddia ərizəsində 30 manat nəzərdə tutulduğuna görə və iddianın həcminin artırılması barədə ərizə verilmədiyini nəzərə almaqla 30 manat tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2300 (iki min üç yüz) manat, 14 (on dörd) qəpik əsas, 299 (iki yüz doxsan doqquz) manat, 77 (yetmiş yeddi) qəpik faiz borcu, 30 (otuz) manat cərimə borcu olmaqla, cəmi 2629 (iki min altı yüz iyirmi doquuz) manat, 91 (doxsan bir) qəpik məbləğində pul vəsaiti və 20 (iyirmi) manat ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı-nin (Ləğv prosesindədir) hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-4700/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4700/2023
19.09.2023 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver