Məhkəmə qərarları › İş №2(008)-4700/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4700/2025

08.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4700/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin uşaqları ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Qasım küçəsi, ev 55A ünvanında yerləşən fərdi yaşayış evini xx.xx.2009-cu ildə 38.000 ABŞ dollarına X7 almışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatından keçməsə də, iqtisadi dəyər kimi mövcuddur. Orada yaşayırlar, evin bütün kommunal ödənişləri onun adınadır və onun tərəfindən ödənilir. Cavabdeh keçmiş gəlinidir, oğlu Rəsul Mahmudovdan rəsmi qaydada boşansalar da, onun evində yaşamağa davam edir. Dəfələrlə cavabdehdən evdən çıxmasını tələb etsə də, nəticəsi olmamışdır. Cavabdehin sözügedən evdən istifadə hüququ mövcud deyil, evin tikintisinə və ya təmirinə heç bir xərc qoymamışdır. Cavabdehin onun evindən çıxmaması mülkiyyət (sahiblik) hüquqları pozulur. Göstərilənərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, 2011-ci ildə həmin evə gəlin gəlmişdir. İddiaçının oğlu Rəsul Mahmudovla nikahından övladı Qəzənfər Mahmudzadə doğulmuşdur. 2021-ci ildə nikahları pozulsa da, yaşamağa başqa yeri olmadığı üçün oğlu Qəzənfərlə həmin evdə yaşamağa davam edir. Hər ay 440 manat maaş və 246 manat aliment alır. Həmin məbləğlə həm dolanmaq, həm də kirayə evdə qalmaq mümkün deyil. Ona görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş materialları ilə əlaqəli qaydada araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Sabuncu Rayon İcra Hakimiyyəti başcısının Kürdəxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 5-18-4/2-35/2025-ci il tarixli məktubuna əsasən vətəndaş İddiaçı uzun müddətdir ki, ünvan 2 ünvanın kimin mülkiyyətində olması barədə nümayəndəlikdə məlumat yoxdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 7998347№-li arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən ünvan 3 ünvanında yaşayır. Qeydiyyatda olan digər şəxslər X10, X3, X11, X12, X8, X4r. - Bakı 8 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli Barışıq Sazişinə görə Cavabdeh (sabiq həyat yoldaşı) X12 ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşma çatana kimi saxlanılması üçün X5 ona xx.xx.2025-ci il tarixdən etibarən hər növbəti ayın 5-dək 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır. X12 (sabiq həyat yoldaşı) Cavabdeh ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2025-ci il tarixdən etibarən, hər növbəti ayın 05-dək 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə öhdəlik götürür. - Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş aktdan görünür ki, X14 mərhum atası X9 məxsus Kürdəxanı qəsəbəsi Axund Qasım küçəsində yerləşən həyətyanı sahəsi 402,8 kv.m olan 4 otaqlı ümumi sahəsi 96,9 kvm olan 55a saylı evi ailəsinin və qohumlarının tam razılığı ilə İddiaçı 38.000 (otuz səkkiz min) ABŞ dollarına satdı. X6 verdi ki, satdığı bu ev və həyətyanı torpaq sahəsi barəsində gələcəkdə heç bir vaxt vəsatət qaldırmayacaqdır, yaxın gələcəkdə öz yeni evini tikdirib qurtarandan sonra pasport qeydiyyatından çıxacaq. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-36110/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Axund Qasım küçəsi, 55A saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. “Azəriqaz” İstehsalat Birliyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus ödəniş qəbzlərindən görünür ki, ünvan 3 ünvanı üzrə abonent İddiaçıdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh keçmiş qaynatasıdır. İddia predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Qasım küçəsi, ev 55A ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatından keçməsə də, 2009-cu ildə iddiaçı tərəfindən yaşayış evi kimi alınmışdır. Həmin evin kommunal ödənişləri üzrə abonent İddiaçıdur. Cavabdeh 2011-ci ildə həmin evə gəlin gəlmişdir, 2012-ci ildə övladı Qəzənfər Mahmudzadə doğulmuşdur. 2021-ci ildə nikahları pozulsa da, yaşamağa başqa yerinin olmadığını bildirib oğlu ilə həmin evdə yaşamağa davam edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Qasım küçəsi, ev 55A ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasa da, 16 ildən artıqdır ki, onun sahibliyindədir. İddiaçı və ailə üzvləri həmin ünvanda qeydiyyatda olmaqla orada yaşayırlar. Evin kommunal ödənişləri iddiaçının adına hesablanmaqla, onun tərəfindən ödənilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, A.Qasım küçəsi, ev 55A ünvanında yerləşən fərdi yaşayış evinin faktiki sahibidir və hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh, oğlu xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, oğlu xx.xx.2012-ci il təvəllüdlü X8 ilə birlikdə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsınlar. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməklə, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar