Məhkəmə qərarları › İş №2(008)-4705/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4705/2023

04.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4705/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1939-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası X5 xx.xx.1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuşdur. Anası sağlığında şəkər xəstəliyindən əziyyət çəkmiş və müalicələr almışdır. xx.xx.2023-cü il tarixdə anasının səhhəti qəfil pisləşmişdir. Təcili tibbi yardım briqadası gələnədək anası vəfat etmişdir. Həmin vaxt anasının yanında o və arvadı X11 olmuşlar. Anası müvafiq poliklinikada qeydiyyatda olmadığından, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Daha sonra ölümün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində bununla bağlı qeydiyyat aparılmaqdan imtina edilmişdir. Yaşadığı evin sənədləşdirilməsi ilə bağlı tələb olunduğundan, onun mərhum anasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir.Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur. Ərizəçinin mərhum anası Ceyran Ələkbərova yaşlı və ağır xəstə olmuşdur. Vəfat etdiyi gün - xx.xx.2023-cü il tarixdə onu ziyarətə getmiş, mərhum elə həmin tarixdə də vəfat etmişdir. Ramana qəbiristanlığında dəfn olunmuşdur. Yas mərasimlərində, məclislərində yaxından iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin arvadıdır. Mərhum qayınanası sağlığında onlarda qalmış, ağır xəstə olduğundan, qayınanasına o, qulluq etmişdir. Qayınanasının vəziyyəti son iki ayda daha da pisləşmişdir. Vəfat etdiyi gün, yəni xx.xx.2023-cü il tarixdə yanında olmuşdur. Ölümündən bir gün sonra Ramana qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Ələkbərov Hicran Aydın oğlu ifadəsində bildirmişdir ki, ərizəçi onun bibisi oğludur. Mərhum bibisinin 84 yaşı olmuş və ağır formada şəkər xəstəliyindən əziyyət çəkmişdir. Təsdiq edir ki, bibisi xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Ramana qəbiristanlığında dəfn olunmuşdur. Dəfn, yas mərasimlərində yaxından iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkilləri araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 04674863 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuşdur. İş materialları ilə müəyyən edilir ki, xx.xx.1939-cu il təvəllüdlü X2 Cavad Fərzalı oğlunun anasıdır. İş materiallarında olan Bakı şəhəri Təcili və X7 Stansiyasının xx.xx.2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 11 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Ramana Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından məlum olur ki, X3 qəsəbəsindəki qəbiristanlıqda dəfn edilmişdir. İş materiallarında olan məzardaşının fotoşəklində “X5 xx.xx.1939-xx.xx.2023” yazıları qeyd olunmuşdur. İş materiallarında olan “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan məlum olur ki, X4 heç bir xəstəliklə bağlı müraciəti olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. İş materiallarında olan 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi anası X1 şəkər xəstəliyindən əziyyət çəkmiş, xx.xx.2023-cü il tarixdə səhhəti qəfil pisləşmiş, oğlu və gəlini ilə birgə yaşadığı Sabunçu rayonu, Ramana qəsəbəsindəki fərdi yaşayış evində vəfat etmişdir. Yaşadıqları ərazi üzrə poliklinikada mərhumun xəstəliklə bağlı qeydiyyatı olmadığından, ölümü ilə əlaqədar müvafiq tibbi sənədi almaq mümkün olmamışdır. Ərizəçinin yaşadığı evin sənədləşdirilməsi ilə bağlı tələb olunduğundan, onun mərhum anasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1939-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş X4 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar