Məhkəmə qərarları › İş №2(008)-4705/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4705/2025

14.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4705/2025 14.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X22 qızının katibliyi, Ərizəçi nümayəndəsi Vəkil Səftər qızının iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1894-cü il təvəllüdlü Pərizad Rizvan qızının 21 oktyabr 1978-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.1894-cü il təvəllüdlü Pərizad Rizvan qızı onun ata tərəfindən nənəsidir. Pərizad Rizvan qızı xx.xx.1978-ci il tarixdə Bakı şəhərində Balaxanı qəsəbəsində rəhmətə getmiş və Balaxanı qəbiristanlığında dəfn edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi texniki pasporta əsasən nənəsinin mülkiyyətindədir. Həmin evə dair daşınmaz əmlakın dövlət reyestrindən arayışın alınması və vərəsəlik işinin açılması üçün müvafiq sənədlər toplanılmışdır. X2 ölüm haqqında şəhadətnaməsi yoxdur. Şəhadətnamənin verilməsi üçün maraqlı şəxsə müraciət olunmuş, lakin imtina məktubu ilə məhkəməyə müraciət olunması tövsiyə edilmişdir. Ərizəçi nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1894-cü il təvəllüdlü Pərizad Rizvan qızının 21 oktyabr 1978-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsində ölümünün qeyd edilməsi faktı barəde qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Vəkil ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat şöbəsinin xx.xx.2025ci il tarixli, 3-16-5/8-15-412/2025 nömrəli məktubunda Ərizəçi nümayəndəsi Vəkil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 nömrəli, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 05 sentyabr 2024-cü il tarixli 3-48-TA/2-R-237-6-316/2024 nömrəli arxiv arayışına əsasən, Azərbaycan Respublikası Dövlət Tarix Arxivi üzrə Balaxanı kənd məscidinin sənədlərində X25 (sənəddə olduğu kimi) oğlunun doğum tarixinə dair məlumat aşkar olunduğu bildirilmişdir. Doğum tarixi: 04 fevral 1915-ci il, valideynləri: atası – İlrəvan (sənəddə olduğu kimi) Kərbəlayi Məlik oğlu, anası – Pərzad Rizvan qızı olduğu qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2014-cü il tarixli 9/694 nömrəli arxiv arayışına əsasən, Azərbaycan Respublikası Dövlət X13 məscidinin sənədlərində Pərzad xanım Rizvan qızının doğumu haqqında məlumat aşkar olunduğu bildirilmişdir. Doğum tarixi: 22 may 1894-cü il, valideynləri: atası – X18, anası – Fəxrnisə Cəbrayıl qızı olduğu qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi icra nümayəndiliyi tərəfindən verilmiş AZ-V seriyalı 052391 nömrəli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, X3 xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. X8, anası X5r. İş materiallarında olan Bakı şəhəri, Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 466465 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Natəvan Mehti qızının atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 1981-ci ilin 06 ayının 03 günündə 88 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ seriyalı 323161 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 12 aprel 1981-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1981-ci ilin aprel ayının 24 günündə 170 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan texniki pasporta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Pərizad Rizvan qızının mülkiyyətindədir. İş materiallarına Pərizad Rizvan qızının qəbir daşının fotoşəkili əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadəsində ərizəçinin onun qonşusu olduğunu, uşaqlıqdan ünvan 2 ünvanında yaşadıqlarını, Ərizəçi nənəsi Pərizadın 1978-ci ildə vəfat etdiyini, onların həyətlərində olan tut ağacında tut dərmək üçün kömək etdiyini, Ərizəçi anasının adı İbrahimova Asiyə, atasının adı isə İbrahimov Mehti olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində ərizəçinin onun qonşusu olduğunu, uşaqlıqdan ünvan 2 üvanında yaşadıqlarını, aralarında bir hasar olduğunu, Ərizəçi anasının adı İbrahimova Asiyə, atasının adı isə İbrahimov Mehti olduğunu, X6 Natəvanın nənəsi olduğunu, Pərizad Rizvan qızının 1978-ci ildə vəfat etdiyini, vəfat edərkən 80-dən çox yaşı olduğunu və Balaxanı qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində ərizəçinin onun qonşusu olduğunu, ünvan 2 ünvanında yaşadığını, 1977-ci ildən həmin həmin ünvana gəlin gəldiyini, Ərizəçi anasının adı İbrahimova Asiyə, atasının adı isə İbrahimov Mehti olduğunu, Pərizad Rizvan qızının onun atasının əmisinin gəlini olduğunu, Pərizad Rizvan qızının Ərizəçi nənəsi olduğunu, 1978-ci ildə vəfat etdiyini və Balaxanı qəbirstanlığında dəfn edildiyini bildirdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyərək, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1894-cü il təvəllüdlü Pərizad Rizvan qızının 21 oktyabr 1978-ci il tarixində Bakı şəhərində ölümün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar