Məhkəmə qərarları › İş №2(008)-4711/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4711/2025

25.07.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4711/2025 25.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 (ünvan 3 Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında olan mənzilə dair istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, bununla əsaslandırdı ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 (ünvan 3 Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanındakı mənzil onun xüsusi mülkiyyətindədir. Həmin ünvanda yerləşən həyətdə 30 il əvvəl köhnə ev olmuş, 30 il əvvəl sökülmüşdür. Eyni ünvanda həyətdə ayrıca ev tikilmiş və həmin ev halhazırda onun mülkiyyətidə olan evdir. O, 30 il əvvəl ünvan 2 ünvanı: ünvan 3 Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanda olan evə gəlin gəlmişdir. Həmin vaxt cavabdehlər sözgedən ünvandan köçüb getmişdilər. Cavabdehlər hal-hazırda Maştağa qəsəbəsində Çiləgər adlanan ərazidə özlərinə məxsus evdə yaşayırlar. O, cavabdehlərlə əlaqə saxlayıb onun evindən qeydiyyatdan çıxmalarını xahiş etsə də, cavabdehlər qeydiyyatdan çıxmaqdan imtina edir və bildirirlər ki, “evimizin sənədi yoxdur, ona görə də qeydiyyatdan çıxmaq istəmirik.” Cavabdehlər qaynı, qaynının həyat yoldaşı, qaynının övladları və nəvələridir. Cavabdehlər həmin ünvanda qeydiyyatda olsalar da, orada yaşamırlar. Cavabdehlərin heç vaxt ona məxsus sözügedən evdə yaşamamalarına baxmayaraq, həmin evdə pasport qeydiyyatında qalmaları onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Cavabdehlərə görə mənzil-kommunal xərclərini ödəməkdə çətinlik çəkir. Müəyyən sənədləşmə işlərini apara bilmir. Bu da onun mülkiyyət hüquqlarının əsassız və qanunsuz olaraq məhdudlaşdırılmasına səbəb olur. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onunla cavabdehlər arasında evdən istifadə hüququna dair heç bir razılaşma yoxdur. Lakin cavabdehlərin onun evindən pasport qeydiyyatından çıxarılması üçün cavabdehlərin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23-dən (ünvan 3 Yeni qaydalarla: AZ 1039, ünvan 1 istifadə hüquqlarına xitam verilməli, yaxud da istifadə hüquqlarının olmaması məhkəmə qaydasında müəyyən olunmalıdır. Yalnız bundan sonra o, cavabdehləri pasport qeydiyyatından çıxara bilər. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1 və X2 onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23-ə (ünvan 3 Yeni qaydalarla: AZ 1039, ünvan 1 olan istifadə hüquqlarına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, digər cavabdehlər onun həyat yoldaşı, övladı və nəvələridirlər. 30 ildən artıqdır ki, o və ailə üzvləri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 ünvanında yaşamırlar. Hazırda yaşadıqları fərdi yaşayış evinin çıxarışı mövcud olmadığından, həmin ünvana qeydiyyata düşə bilmirlər. Qeydiyyata düşməyə başqa ünvan da yoxdur. Qeyd edilənlərə əsasən, cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 ünvanında qeydiyyatdadırlar. - Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 ünvanında qeydiyyatdadır. - Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2025-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X1 vərəsəsi: ünvan 4 ünvanında qeydiyyatda olan arvadı İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016 tarixdə X3 verilmiş **********59-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 ünvanında yerləşən ümumi sahəsi 22.3 kv.m olan fərdi yaşayış evindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2025-ci il tarixli, qeydiyyat nömrəsi **********LY30504 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə, mübahisənin hüquqi həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi, Konstitusiya Məhkəməsi, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı mübahisənin hansı normativ-hüquqi aktla tənzimlənməsini məhz mübahisəli hüquq münasibətinin yaranma tarixi ilə əlaqələndirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 (Yeni qaydalarla: AZ 1039, ünvan 1 ünvanı olan fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 həmin ünvanda qeydiyyatda olsalar da, 30 ildən artıqdır ki, orada yaşamırlar. Cavabdeh4 və Cavabdeh5 isə, 2003-cü ildən sonra doğulmaları nəzərə alınarsa, onlar heç vaxt həmin ünvanda yaşamamışlar. İddiaçı cavabdehlərin sözü gedən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsini xahiş etsə də, bu, onların həmin yaşayış sahəsindən istifadə etdikləri təqdirdə, mümkün ola bilərdi. Hazırkı işdə cavabdehin özünün də izahatı ilə müəyyən edilir ki, o və digər cavabdehlər 30 ildən artıqdır ki, həmin evdən istifadə etməmiş, başqa ünvanda yaşamışlar. Yaşadıqları evin çıxarışı olmadığı üçün oraya qeydiyyata düşə bilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, döngə 3, ev 23 ünvanında formal qeydiyyatda qalmışlar. İddiaçı (mülkiyyətçi) cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etsə də, cavabdehlər davamlı surətdə və uzun müddət bu hüquqdan könüllü istifadə etməməklə və başqa yerdə yaşamaqla həmin evə istifadə hüquqlarının olmasını faktiki aradan qaldırmışlar. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası, qanuni əsası olmadığına görə, təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qayda verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar