Məhkəmə qərarları › İş №2(008)-472/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-472/2020

02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-472/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 45 000 manat pulun, evin təmir olunması üçün xərclədiyi 20 000 manat pulun yarısı olan 10 000 manat və kommunal xidmətlər üçün ödədiyi 105 manat pul məbləğində maddi zərərin və dövlət rüsumu üçün ödədiyi 30 manat pulun, cəmi 55 135 manat miqdarında pulun, həmçinin evin təmir olunması üçün xərclədiyi 20 000 manat pulun digər yarısı olan 10 000 manat pulun digər Cavabdeh2 alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia təlbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh1 45 135 manat, Cavabdeh2 isə 20 000 manat məbləğində pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hazırki iddianın aidiyyəti üzrə aidiyyət qaydalarına riayət edilib-edilməməsi məsələsini müzakirəyə çıxardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 işin aidiyyətı üzrə göndərilməsinə etiraz edərək işə Sabunçu rayon məhkəməsində baxılmasını xahiş etdi. Lakin, mülki işin aidiyyəti üzrə Xətai rayon və ya Tovuz rayon məhkəməsinə göndərilməsi seçiminə gəldikdə isə, Cavabdeh1 hüquqi ünvanı olduğu yer üzrə Xətai rayon məhkəməsini seçim etdiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətınə görə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan cavabdehlərin şəxsiyyət vəsiqələrinin məlumatlarından müəyyən olunur ki, Cavabdeh1 Bakı şəhəri, Xətai rayon Polis İdarəsi, Sadıqcan küçəsi, 52, İnzibati binada, digər Cavabdeh2 isə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinə əsasən Bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. İddiaçının nümayəndəsi və vəkili Cavabdeh1 hüquqi ünvanı olduğu yer üzrə Xətai rayon məhkəməsini seçim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2 və 44.2.2-ci maddələrinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx xxxxx 2015-ci il tarixli, 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” qərarına əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" xx xxxx 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası MPM-nin 35, 44, 45, 263-264, 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki iş baxılması üçün ərazi aidiyyətı üzrə Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar