Məhkəmə qərarları › İş №2(008)-4723/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4723/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4723/2021 06.10.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 51 saylı Notariat Ofisinə, Maraqlı şəxs2 QSC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi olmaqla “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X7 qarşı mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər 51 saylı Notariat Ofisinə, Maraqlı şəxs2 QSC, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsi olmaqla “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyəri 650000 (altı yüz əlli min) manat olan pul vəsaitinin cavabdehlər Cavabdeh1 alınaraq iddiaçı Alman vətəndaşı X23 Thomasa ödənilməsi, Cavabdeh1 və X3 ******* (bir milyon altı yüz min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq alman vətəndaşı olan X23 Thomasa ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/2018 saylı 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 2 il sınaq müddəti ilə şərti cəza verilmişdir. Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksi (mebel sexi RX seriyalı 0244336) zərərçəkmiş alman vətəndaşı X23 Thomasın mülkiyyətinə verilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 600/2018 saylı, 30 oktyabr 2018-ci il tarixli hökm qəbul etmişdir. Bundan əlavə olaraq, Cavabdeh1 1 600 000 (bir milyon altı yüz min) manat pul vəsaitini 1 il 6 ay ərzində zərərçəkmiş şəxs alman vətəndaşı X23 Thomas aylıq 100 000 (bir yüz min) manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüş və aralarında barışıq sazişi imzalamışdırlar. Bundan başqa cavabdehlər X12 notarial qaydada 11.10.2018-ci il tarixndə 51 saylı Notariusda ərizə yazaraq öhdəlik götürmüşdür ki, Cavabdeh1 Sazişdə göstərilən məbləği göstərilən müddətdə ödəmədiyi halda Fəxrəddin Ağca oğlu tərəfindən ödənilməsi barədə öhdəlik götürmüşdür. Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini (mebel sexi RX seriyalı 0244336) iddiaçıya təqdim edərkən artıq həmin əmlak "xxxx"da ipoteka yüklü edilmişdir və Bakı Apelyasiya Məhkəməsinin 13.06.2016-cı il tarixli, 2(103)-4289/2016 saylı qərardadı ilə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksi (mebel sexi, RX seriyalı 0244336) ilə bağlı icra vərəqəsi Binəqədi İcra şöbəsinə göndərilmişdir. Burada açıq aydın görünür ki cavabdehlər Cavabdeh1 iddiaçı və Bakı Ağır Cinayətlər Məhkəməsini aldatmış və girovda ipoteka yüklü edilmiş əmlakı pulun əvəzi olaraq iddiaçıya təqdim etmişdir. Qeyd edilən əmlakı iddiaçı öz adına keçirə bilmir, çünki əmlak Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən əvvəl "xxxx" QSC tərəfindən ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə olaraq, Cavabdeh1 1 600 000 (bir milyon altı yüz min) manat pul vəsaitini 1 il 6 ay ərzində zərərçəkmiş şəxs alman vətəndaşı X23 Thomas aylıq 100 000 (bir yüz min ) manatdan az olmamaq şərti ilə qaytarmağı öz öhdəsinə götürmüşdür. Cavabdehlər Sazişdə nəzərdə tutulmuş vəsaitdən 1 manat belə olsun ödəməmişdirlər. Cavabdehlər Cavabdeh1 Saziş və götürdüyü öhdəliklərə görə 2 il sınaq müddəti ilə azadlığa buraxılmışdır. Hazırda iddiaçı heç bir formada ******* (bir milyon altı yüz min) manat pulu və Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksini ala bilmir və ya onun dəyəri 650 000 manat olan pulu heç bir formada ala bilməmişdir. Ona görə də hazırki, iddia ilə məhkəməyə mülki qaydada müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şosesində yerləşən əmlak kompleksinin qiymətləndirilməsi, qiymətləndirildikdən sonra onun pulunu, həm də Sazişdə qeyd edilən məbləğin cavabdehlərlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsini istəyir. Sazişdə göstərilənləri qismən cavabdeh icra etmişdir. Əsas məbləğ ******* manat və əmlak kompleksinin dəyəri olan 650000 manat hələ də icra edilməmişdir. Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmkak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyəri 650000 (altı yüz əlli min) manat olan pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçı Alman vətəndaşı X23 Thomasa ödənilməsi, Cavabdeh1 və X3 ******* (bir milyon altı yüz min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq alman vətəndaşı olan İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X6 nümayəndəsi və vəkili X4 iddia tələbinin qəbul F.Yusifova dair hissəsini qəbul etməyərək rədd edilməsini məhkəmədədn xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs AccessBank QSC-nin nümayəndəsi X13 izahat verərək bildirdiki tərəflər arasında bağlanılmış barışığ sazişində nəzərdə tutulan Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) AccessBank QSC-də ipoteka ilə yüklü olduğundan, bank Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/2018 saylı 30.10.2018-ci il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4289/2016 nömrəli, 13 iyun 2016-cı il tarixli qərardadının surətindən görünür ki,iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X8 və X14 qarşı “kredit borcun ödənilməsi” tələbinə dair iddiası üzrə şikayətə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Xırdalan qəsəbəsi, Şamaxı şossesində yerləşən əmlak kompleksi kimi müəssisənin (mebel sexi) üzərinə həbs qoyulmuşdur. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-38/2018 nömrəli, 31 may 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs2 QSC-nin cavabdehlər Cavabdeh1, X14, X17, "xxxx" Firmasına, X18, X8 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, X19, X15 və "xxxx" Firmasından müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyirinə 513.839,70 (beş yüz on üç min, səkkiz yüz otuz doqquz ABŞ dolları, yetmiş sent) ABŞ dolları kredit borcuödənişin icra edildiyi gün Azərbacan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla, 30 manat dövlət rüsumu, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat məbləğində dövlət rüsumunun və 80 qəpik xidmət haqqı tutulmuş, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksi kimi müəssisəyə, Bakı şəhəri Nərimanov rayonu, Azadlıq prosspektində yerləşən 114 saylı evin 71 saylı mənzilinə, Sumqayıt şəhəri 29-cu məhəllə, 8/29 nömrəli evin, 22 nömrəli mənzilinə və X9 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu, Atatürk pr, 37 saylı evin, 26 saylı mənzilinə yönəldilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1623/2019 nömrəli, 23 yanvar 2019-cu il tarixli qətnaməsinə əsasən apelyasiya şikayəti təmin edilməmişdir. Hazırki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 31 may 2018-ci il tarixli qətnaməsi cavabdehlər X14, X18 və X8 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. - 04.10.2018-ci il tarixli Cavabdeh1 ilə X27 Tomas arasında bağlanmış barışıq sazişindən görünür ki, təqsirləndirilən şəxs Cavabdeh1, onun qızı X2 notarial qaydada təsdiq olunmuş ərizəsinə əsasən razılaşdırılan qiyməti 550 000(beş yüz əlli min) manat olan ünvan 2 ünvanda yerləşən evi (RX seriyalı 07849G2 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış), razılaşdırılan qiyməti 650.000 (altı yüz əlli min) manat dəyərində olan Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmlak kompleksi (mebel sexi; RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış), razılaşdırılan qiyməti 110 000 (yüz on min) manat olan Abşeron rayonu, 3 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 0,6074 ha torpaq sahəsi üzərindəki icarə hüququnu (MH seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış) və razılaşdırılan qiyməti 80.000 (səksən min) manat dəyərində olan Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 533 a saylı bağ evini zərərçəkmiş şəxs İddiaçı verir, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinə öz adından və qızı X2 adından notarial qaydada təsdiq olunmuş ərizə təqdim edir. Bundan başqa, təqsirləndirilən şəxs Cavabdeh1 öhdəlik götürür ki, barəsindəki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan 2 (iki) ay sonra başlayaraq 1 (bir) il 6 (altı) ay müddətində vurduğu zərərin razılaşdırılmış qalan hissəsini, yəni 1 600 000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs İddiaçı hissə-hissə, lakin hər bir halda hər ay 100.000 (bir yüz min) manatdan az olmamaq və müddətin sonunda 1 600 000 (bir milyon altı yüz) manatdan az olmamaq şərti ilə qaytarması barədə razılığa gəlmişlər. - Azərbaycan Respublikası adından Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 178.3.2 və 308.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə CM-nin 178.3.2ci maddəsi ilə 07 (yeddi) ii müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cavabdeh1 həbsdə saxlanıldığı 06 (altı) ay 11 (on bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması barədə hökm çıxarılmışdır. - Azərbaycan Respublikası adından Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökmünün surətindən görünür ki, zərəçəkmiş şəxslə əldə olunmuş barışıq sazişinə əsasən və bu sazişin icrası məqsədi ilə Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi (RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış) Bakı şəhəri, Binəqədi rayonu, Şamaxı şossesində yerləşən əmmlak kompleksi ( mebel sexi –RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıaxrış) və Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 533 a saylı bağ evi zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verilməsinə dair mülki iddiaya xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30.07.2021-ci il tarixli 1(103)-619/2021 saylı qərarında görünür ki, hüquqi şəxs Maraqlı şəxs2 QSC-nin nümayəndəsinin X13 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsi. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökmü mülki iddaya aid hissədə dəyişdirilməsi. Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verilməsi hissəsi hökümdən xaric edilməsi və Mülki iddia həmin hissədə təmin edilməmişdir. - X12 11.10.2018-ci il tarixli ərizə notarail orqanda imzalanmış ərizəsindən görünür ki, o İddiaçı ilə Cavabdeh1 ilə arasında imzalanmış Barışıq Sazişində göstərilən məbləğ Cavabdeh1 tərəfindən Sazişdə göstərilən müddətdə Georg Stichternatha ödənilmədikdə həmin məbləğ 6 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. - Məhkəmə qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki işin araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı etibarından sui-istifadə etmək və aldatmaq yolu ilə dələduzluq cinayəti törədərək, İddiaçı pul vəsaitini ələ keçirərək ona ziyan vurmuşdur və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökmü ilə həmin cinayəti törətməkdə təqsirli bilinərək məhkum edilmişdir. Cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxs İddiaçı mülki iddia verərək mülki iddiaçı qismində tanınmışdır. Məhkəmə icraatı dövründə Cavabdeh1 ilə İddiaçı arasında dəymiş ziyanın ödənilməsi üçün barışığ sazişi bağlanılmış və həmin barışığ sazişi ilə Cavabdeh1 İddiaçı vurmuş olduğu maddi ziyanının ödənilmə qaydaları müəyyən edilmişdir. Belə ki, həmin barışıq sazişinin birinci şərtinə əsasən Cavabdeh1 bir sıra əmlaklarını o cümlədən dəyəri tərəflərin razılığı ilə 650.000 (altı yüz əlli min ) manat qiymətləndirilmiş Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verəyini öhdəsinə götürmüş və barışıq sazişinin bu hissəsi Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökümünün mülki iddiaya aid hissəsində öz əksini tapmışdır. Lakin daha sonra Accessbank QSC Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) Accessbank QSC qarşısında yüklü edildiyindən ipoteka predmenti saxlayanın razılığı olmadan zərəçəkmiş şəxs İddiaçı mülkiyyətinə verildiyi üçün hökümün mülki iddiaya aid olan həmin hissəsindən Bakı Apellyasiyya Məhkəməsinə apellyasiya şikayəti vermiş və Bakı Apellyasıya Məhkəməsinin 30.07.2021-ci il tarixli 1(103)-619/2021 saylı qərarı ilə Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şössesində yerləşən əmlak kompleksinin (mebel sexi) zərərçəkmiş şəxs İddiaçı mülkiyyətinə verilməsi hissəsi hökmdən xaric edilməşdir. Beləliklə, məlum olur ki, barışıq sazişində Binəqədi rayonu, Şamaxı şösesində yerləşən əmlak kompleksi Cavabdeh1 iddiaçıya vurmuş olduğu zərərin bir qismini yəni 650000 (altı yüz əlli min) manat olan hissəsini ödəmək məqsədi ilə X23 Thomasın mülkiyyətinə keçirilməsi nəzərdə tutulmasına baxmayaraq, yuxarda qeyd edilən səbəblərdən həmin əmlak zərərin həmin hissəsinin ödənilməsi üçün iddiaçının mülkiyyətinə keçirilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin Bakı şəhəri Binəqədi rayonu, Şamaxı şosesində ünvanında yerləşən əmlak kompleksinin (mebel sexi) barışıq sazişində razılaşdırılan dəyəri 650000 (altı yüz əlli min) manat olan pul vəsaitinin Cavabdeh1 alınaraq iddiaçı X23 Thomasa ödənilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 və X3 ******* (bir milyon altı yüz min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlərdən alınaraq alman vətəndaşı olan X23 Thomasa ödənilməsi hissəsinə münasbət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış 01.10.2018-ci il tarixli barışıq sazişinin 1.2-ci bəndindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəələsinin 178.3.2 və 308.1-ci maddələri ilə nəzərəd tutulan əməli törətməsi nəticəsində X23 Thomasa dəymiş olduğu ******* (bir milyon altı yüz min) manat məbləğində zərəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-600/20188 nömrəli, 30 oktyabr 2018-ci il tarixli hökümü qanuni qüvvəsini aldıqdan 2 (iki) ay sonra başlayaraq 1 (bir) il 6 (altı) ay müddətində vurduğu zərərin razılaşdırılmış qalan hissəsini, yəni 1 600 000 (bir milyon altı yüz min) manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs İddiaçı hissə-hissə, lakin hər bir halda hər ay 100.000 (bir yüz min) manatdan az olmamaq və müddətin sonunda 1 600 000 (bir milyon altı yüz) manatdan az olmamaq şərti ilə qaytarması barədə üzərinə götürmüş olduğu öhdəlikdən də görünür ki, Cavabdeh1 öz əməli nəticəsinə X23 Thomasa ******* (bir minilyon altı yüz min) manat məbləğində zərər vurmasını etiraf etmiş və X23 Thomasa dəyən zərərin ödənilməsinə ilə bağlı tərəflər arasında razılıq əldə olunmasına baxmayaraq Cavabdeh1 həmin pul vəsaitinin hər hansı bir ödəniş etməmiş və ya ödəniş edilməsinə dair hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin həmin hissəyə münasibətdə qismən təmin edilməli, tələbinin Cavabdeh1 ******* (bir milyon altı yüz min) manat pul vəsaiti alınaraq alman vətəndaşı olan X23 Thomasa ödənilməlidir. Bundan başqa məhkəmə ******* (bir milyon altı yüz min) manat pul vəsaitinin Cavabdeh1 və X3 müştərək qaydada cavabdehlərdən alınaraq alman vətəndaşı olan X23 Thomasa ödənilməsi dair iddia tələbinin X3 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, pul vəsitinin zərərvuran şəxslə yanaşı digər cavabdeh X3 müştərək qaydada tutulması hissəsinin nə qanuni, nədə hüquqi əsası olmadığından iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil X10 tərəfindən 11.10.2018-ci il tarixində notarial orqanda yazmış olduğu ərizəsi əsasında ******* manat pul vəsaitini Ələddin Ağca oğlu ilə yanaşı X3 müştərək qaydada tutulmalı olduğunu qeyd etsədə məhkəmə hesab edir ki, X21 tərəfindəm yazılmış olan sözügedən ərizə hər hansı bir öhdəliyin yaranmasına səbəb olmur. Eyni zamanda zaminlik müqaviləsinin şərtlərini özündə ehtiva etmədiyindən də zaminlik müqaviləsi kimi də nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəlləsinin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 2.250.000 (iki milyon iki yüz əlli min) manat borc pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin ediməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar