Məhkəmə qərarları › İş №2(008)-4726/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4726/2023

06.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4726/2023 06.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu ildə doğulmuş qardaşı X1 xx.xx.2008-ci il tarixdə, 1928-ci ildə doğulmuş anası X9 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmələrinə dair hüquqi əhəmiyyəti faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, qardaşı X4 xx.xx.2008-ci ildə, anası X17 isə xx.xx.2008-ci ildə Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi ünvanında yaşadıqları ünvanda vəfat etmiş və Sabunçu rayon Maştağa qəsəbəsindəki Məhmət Bağır qəbirstanlığında dəfn edilmişlər. Poliklinikada xəstəliklə bağlı qeydiyyatları olmadığından, qardaşı və anası barəsində ölüm haqqında tibbi şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında şəhadətnamələrin verilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, məsələnin həllinin qeydiyyat orqanında mümkün olmadığı bildirilmişdir. Anası və qardaşının ölüm haqqında şəhadətnamələri hazırda ona yaşadığı evin sənədləşdirilməsi ilə bağlı tələb olunur. Göstərilənlərə əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, ərizəçi onun bibisi oğlu olmaqla yanaşı, qonşu olmuşlar. Ərizəçinin qardaşı Hidayət mübahisə əsnasında 2008-ci ilin sentyabrın ayında Maştağa qəsəbəsində yaşadığı evin qarşısında öldürülmüşdür. Onun vaxtsız ölümünə dözməyən anası Səfiyə xx.xx.2008-ci ildə ölmüş, hətta eyni - Maştağa qəsəbəsindəki Məhmət Bağır qəbirstanlığında dəfn edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, ərizəçi ilə 35 il qonşu, həm də uzaqdan qohum olmuşlar. Ərizəçinin qardaşı Hidayət 2008ci ilin yay-payız aylarında Maştağa qəsəbəsində yaşadığı evin qarşısında vurulmuşdur. Hadisənin təsiri nəticəsində, yaşlı anası Səfiyə xanım xəstə düşmüş və bundan cəmi bir neçə ay keçdikdən sonra vəfat etmişdir. Keçirilmiş yas mərasimlərində iştirak etmişdir. Onlar Maştağa qəsəbəsindəki Məhmət Bağır qəbirstanlığında dəfn ediliblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Ərizəçila uzun müddət qonşu olmuşlar. Vaqifgil üç qardaş olmuşlar. Kiçik qardaşı Hidayət xx.xx.2008-ci il tarixdə vurularaq öldürülmüş, anası Səfiyə xanım isə bu hadisədən bir neçə ay sonra, təxminən noyabr ayında xəstələnib ölmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını (eləcə də fotoşəkilləri) nəzərdən keçirib və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - Bakı şəhəri Maştağa ZAQS bürosu tərəfindən xx.xx.1955-ci ildə verilmiş Evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X8 və X6 xx.xx.1955-ci ildə nikaha daxil olmuşlar. - Bakı şəhəri Sabunçu rayon Maştağa qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X8, anası isə X3r. - Bakı şəhəri Maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan məlum olur ki, X5, xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş, atası X8, anası isə X3r. - Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023-cü il tarixli arayışlarında görünür ki, X5 və X7 vəfat etdikləri 2008-ci ilədək ünvan 2 ünvanında yaşamışlar. - “X29” PHŞ-nin 7 nömrəli Birləşmiş Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X1 və X9 poliklinikaya müraciəti olmadığı üçün “ölüm haqqında şəhadətnamə” yazılması səlahiyyətləri xaricindədir. - Maştağa “X31” məscidi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, həmin arayışa əlavə edilmiş fotoşəkillərdəki məzar daşları X2 və X12 aiddir, Maştağa qəsəbəsi, Məhmət Bağır qəbirstanlığında yerləşir. - Fotoşəkillərdən məzardaşılarında “X17 1928-2008.23.Xİ” “X4 19.İİ.1969-2008.İ.İX” yazıları qeyd edildiyi müəyyən olunur. - İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, X1 və X9 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədləri olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi qardaşı xx.xx.1969cu ildə Bakı şəhərində doğulmuş X4 xx.xx.2008-ci ildə aralarında yaranmış münaqişə zəminində Maştağa qəsəbəsindəki yaşadığı evin qarşısında öldürülmüş, həmin hadisəyə dözməyən anası Məmmədbağırova (Hüseynova) Səfiyə Hənfə qızı bundan bir neçə ay sonra, daha dəqiq xx.xx.2008-ci ildə Maştağa qəsəbəsində yaşadığı evdə vəfat etmişdir. Yaşadıqları ərazi üzrə poliklinikada mərhumların xəstəliklə bağlı qeydiyyatları olmadığından, ölümləri ilə əlaqədar müvafiq tibbi sənədi almaq mümkün olmamışdır. Hazırda ərizəçinin yaşadığı evin sənədləşdirilməsi ilə bağlı tələb olunduğundan, onun mərhum qohumlarının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamələrin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə Bakı şəhərində doğulmuş X1 xx.xx.2008-ci ildə, 1928-ci ildə Bakı şəhərində doğulmuş Məmmədbağırova (Hüseynova) Səfiyə Hənfə qızının xx.xx.2008-ci ildə Bakı şəhərində ölmələri barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar