Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4740/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ödənilməmiş vəsaitin indeksasiya olunaraq hesablanması tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi Maraqlı şəxs qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 65000 ABŞ dolları pul vəsaitinin məhkəmə qaydasında qaytarılmasına dair Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 №-li qətnaməsinə əsasən ödənilməsi pul məbləğinin indeksasiyası olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırımışdır ki, Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(008)-2758/2021 №-li qətnaməsi ilə Maraqlı şəxs 65000 ABŞ dolları pul vəsaitinin Ərizəçi xeyrinə tutulması qət edilmişdir. Üç ildən çoxdur ki, həmin məbləği əldə edə bilmir. Hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən həmin məbləğ indeksasiya olunmalıdır. Ərizəni nəzərdən keçirib hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sabunçu rayon məhkəməsinin 2(008)- 2758/2021 №-li işi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, Maraqlı şəxs 65000 ABŞ dolları pul vəsait Ərizəçi xeyrinə tutulmuşdur. Ərizənin məzmunundan həmin qətnamənin artıq icra mərhələsində olduğu müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin: 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi, ödənilməmiş pul məbləğlərinin indeksasiyası Mülki-Prosessual Məcəllədə artıq icra mərhələsində məhkəmə tərəfindən həll olunur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun28.2-ci maddəsinə əsasən icrada tərəflər tələbkar və borcludur. Göründüyü kimi, ödənilməmiş pul məbləğlərinin indeksasiyası ilə əlaqədar verilən ərizədə tərəflər ərizəçi və maraqlı şəxs deyil, tələbkar və borcludur. Hazırki ərizə faktiki olaraq xüsusi icraat qaydalarına uyğun verilib və bu icratda bu tələb baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, və 268cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizə icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4740/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4740/2022
21.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver