Məhkəmə qərarları › İş №2(008)-4742/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4742/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4742/2021 10.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Cəfərli Nilufər Arif qızı, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi olmaqla «doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair ərizə və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi olmaqla «doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməldir. Ərizənin məzmunundan görünür ki, ərizəçi inzibati orqan olan maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə atasının doğum haqqında şəhadətnaməsinin ona verilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Hesab edirəm ki, Ərizəçi bu cür tələb ilə ümumi məhkəməyə müraciət edərkən məhkəmə aidiyyətinə dair Mülki Prosessual və İnzibati Prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.4. İddia ərizəsini qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5. İddia ərizəsini qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin maraqlı şəxsə olmaqla, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsi olmaqla «doğum haqqında şəhadətnamənin verilməsi» tələbinə dair ərizən qəbul edilməsindən imtina edilsin. Ərizəçi hazırki tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar