Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-475/2020 02.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İlk iddia tələbi üzrə İddiaçı nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı təbii X5nın pozulmasına görə dəymiş ziyanın ödənilməsi tələbinə dair ilk iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOKAR İddiaçı Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 5015,58 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu, cəmi 5045,58 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixli 04/2476 saylı «Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqısatqısı barədə Müqavilə» əsasında Cavabdeh məxsus fərdi yaşayış evini qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X5”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X5n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli 092596 saylı akt əsasında 194.40 manat, xx.xx.2016-cı il tarixli 080685 saylı akt əsasında 122.40 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 172.80 manat, xx.xx.2016-cı il tarixli ******* saylı akt əsasında 95.60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 343.60 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 317.60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 228 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 97.20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 11.40 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 121 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 47.60 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akt əsasında 208.40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 552.80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 300 manat, xx.xx.2018-ci il tarixli,0148180 saylı akt əsasında 275.60 manat,xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 194.40 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 45.60 manat, xx.xx.2018-ci il tarixli, 0171787saylı akt əsasında 153.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 153.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018ci il tarixli, 0178910saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2018-ci il tarixli akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133.20 manat və xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat və xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,4 manat, cəmi 4674,80 manat İddiaçı İB-nə ziyan dəymişdir. Bundan əlavə 340,78 manat əvvəldən borcu qalmışdır.Cavabdehə Birliyin işçiləri tərəfindən 5015,58 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçın tərəfindən tərtib olunmuş aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 5015,58 manat məbləğin hesab kodundan silinməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, tərəfindən sayğaca heç bir müdaxilə edilməmiş və heç bir əlavə xəttə qoşulmamış, cavabdehin iddia etdiyi həcmdə qazdan artıq istifadə etməyi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır.Qeyri-qanuni tərtib edilmiş aktlar əsasında onun hesab koduna əsassız olaraq borc yazılmışdır.Halbu ki, onun tərəfindən təbii qazdan qanununsuz istifadə hallarına yol veirlməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xx.xx.2020-ci il tarixli qərardadla qarşılıqlı iddianı baxılmamış saxlamışdır. Hazırda məhkəmə ilk iddiaya baxır. İddiaçının nümayəndəsi məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını təhqiq edib, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı İddiaçı İB arasında xx.xx.2016-cı il tarixli 04/2476 saylı saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan aktların surətindən görünür ki, həmin ünvanda Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar edilmişdir. İş materiallarında olan **********00000 abonentin (Cavabdeh) abonent saldosundan görünür ki, cavabdehə təbii qazdan qeyri-qanuni istifadə etməsinə görə 4674,80 manat məbləğində dəymiş ziyan hesablanmış, eləcə də cavabdehin təbii qazdan istifadə edilməsi ilə bağlı 340,78 manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdeh tərəfindən təbbi qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 5015,58 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun ödənilməsini istəyir. İş materiallarından dəymiş ziyanın və yaranmış borcun cavabdeh tərəfindən ödənilməsi görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya 5015,58 manat məbəlğində ziyan dəymiş və təbii qazdan istifadə edilməsi ilə bağlı 340,78 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 5015,58 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu, cəmi 5045,58 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən təbii qazdan qeyri qanuni istifadəyə görə hesablanmış 5015,58 manat məbləğində dəymiş ziyan və 30 manat dövlət rüsumu, cəmi 5045,58 manat pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhərinin Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-475/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-475/2020
02.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver