Məhkəmə qərarları › İş №2(008)-476/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-476/2022

05.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-476/2022 05.05.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə3, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, cavabdehin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 MTK, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (sonradan – DƏDRX) qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək: Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 №-li 15 mərtəbəli yaşıyış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, 01.06.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi; Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair 26.07.2019-cu il qeydiyaat tarixli, ********** qeydiyyat nömrəli və 30.11.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3A saylı binanın 88 saylı mənzilini Cavabdeh1 MTK-dan 08 iyul 2010-cu il tarixdə 105.000 manat ödəyərək almış və buna görə aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzil hazır olduqdan sonra mən həmin mənzilə köçüb yaşamışam, ev tam olaraq ev əşyaları ilə təmin edilmişdir. Səhhətiylə əlaqədar olaraq xaricdə olduğu üçün uzun müddət həmin mənzildə yaşamamışdır. Anası ilə birlikdə həmin mənzildə qeydiyyatdadılar. Lakin, DƏDRX tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1 V, 88 saylı mənzil Cavabdeh1 MTK-nin 015 nömrəli 29.06.2019-cu il tarixli protokolundan çıxarışına, 03.06.2019-cu il tarixli maliyyə arayışına və Cavabdeh1 MTK ilə bağlanılmış 047 nömrəli 01.06.2006-cı il tarixi müqaviləyə əsasən 26.07.2019-cu il tarixdə Cavabdeh2 adma ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 26.04.2021-ci il tarixli, qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Şirinov X4 Ayna Cəlal qızma və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 və İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 01.06.2006-cı il tarixli, 047 nömrəli müqavilə iddiaçının hüquqlarını pozur. Belə ki, həmin müqavilə qanusuzdur və saxtadır. Həmin müddətdə, yəni 01.06.2006-cı il tarixdə bağlanmamışdır və heç bir hüquqi nəticə yaratmır. Müqaviləyə nəzərə salınsa 01.06.2006ci il tarixdə bağlanmış müqavilənin heç də həmin tarixdə tərtib edilməsi görünmür. Çünki müqavilənin özündə göstərilən bənddən də açıq aşkar görünür ki, müqavilə bağlanan müddətdə Cavabdeh2 vəsiqəsi 26.09.2009 il tarixdə Nizami rayon Polis İdarəsi tərəfindən verilmişdir. Əgər Cavabdeh1 MTK Cavabdeh2 ilə 2006-cl ildə müqavilə bağlayaraq sözügedən mənzili ona vermişdirsə, iddiaçı həmin mənzildə necə və hansı əsasla yaşamışdır. O evdə olan əşyalar iddiaçıya məxsusdur. Cavabdeh2 iddiaçının qadın olmağından və əmisinə arxayın olmaqla iddiaçının mənzilnə qanunsuz daxil olmaqla iddiaçının mülkiyyətindən məhrum edib. Cavabdehlər Cavabdeh1 MTK və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilməklə məlumat verilsə də onlar nümayəndələrinin iştirakını məhkəmədə təmin etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qeyd etdi ki, iddiaçı və anası sözügedən mənzildə 2011-ci ildən qeydiyyatdadırlar. Bundan başqa Qaraxan MTK tərəfindən verilən arayışdan da görünür ki, iddiaçı və anası həmin evdə yaşamışlar. Hətta qardaşının toyu belə həmin ünvanda olmuşdur. Bu barədə toydan çəkilən şəkillərdə həmin mənzilin iddiaçıya aid olmasını bir daha təsdiq edir. X8 rayon prokuroru işlədiyindən və Cavabdeh1 MTK rəhbərliyi ilə aralarında yaxşı münasibət olduğundan Cavabdeh1 MTK həmin mənzilə dair sənədləşmə işlərini saxtalaşdırmaqla köhnə tarixdən müqavilə və arayışlar tərtib edib ki, mənzili onun əlindən alsınlar. O, həmin mənzili alandan sonra mənzili təmir etdirmiş, mebellər almış, tam abadlaşdırmış, anası və qardaşı ilə orada yaşamışdılar. Cavabdehin əmisi ilə 2013-cü ildən yaxın münasibətləri olmuşdur, mübahisəli ev isə 2010-cu ildə iddiaçının özü tərəfindən alınmışdır, hazırda münasibətləri pozulduğundan sonuncu Sabunçu rayonundakı nüfuzundan istifadə edərək ondan qisas almaq niyyətilə saxta yollarla MTK ilə əlbir olub mənzili qardaşı oğlunun adına rəsmiləşdirib. Xahiş edir iddia təmin edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, Cavabdeh2 ilə bağlanan müqavilə iddiaçı ilə bağlanan müqavilədən sonra tərtib edilməsinə həm də o hal dəlalət edir ki, həmin mənzilin illər keçdikcə ölçüsündə dəyişiklər baş vermişdir - 179,29 km metr iddiaçı ilə bağlanan müqavilədə, 167,28 km metr Cavabdeh2 ilə bağlanan müqavilədə, 154,9 kv m Cavabdeh2 adına verilmiş Çıxarışlarda. Belə ki, o, özü DƏDRX-nin keçmiş əməkdaşı kimi bilir ki, çoxmənzilli binalar inşa edilərkən ilkindən nəzərdə tutulmuş ölçülürdə getdikcə azalma baş verir, buna səbəb mənzillərdəki arakəsmələr, inşa edilən divarların qalınlığı, balkonlar və sair amillər olur. Çıxarış verilən zaman balkonların 1/3 ölçüsü Çıxarışa salınır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 izahat verərək qeyd etdi ki, iddiaçının iddia etdiyi mənzillə cavabdehə məxsus mənzil fərqli mənzillərdir, bu hal qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə sübut edilmişdir. Adıçəkilən mənzil mülkiyyət hüququ ilə cavabdehə məxsusdur, cavabdeh isə bu günə kimi mənzilinə dair çıxarış almamışdır. Bu əsasdan, məhz cavabdehin hüquqları dövlət tərəfindən qorunduğundan hesab edir ki, eyni mübahisəyə artıq baxılıb qətnamə çıxarılıldığından hazırki işin icraatına xitam verilməlidir. 01.12.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında şahid qismində ifadə verən X1 qeyd etmişdir ki, iddiaçı İsmayıl onun qardaşı oğludur, İsmayılın babası ona ev almışdır. Bu vaxt iddiaçı ilə tanış olmuş, iddiaçı şəhid ailəsindən olduğu üçün ona kömək etmiş, xəstəliyi ilə əlaqədar müalicəyə göndərmiş, təhsil xərclərini ödəmiş, maşınlar almış, iddiaçının anası üçün evini təmir elətdirmişdir. Hazırki evi qardaşı oğluna o, iddiaçı ilə tanış olmamışdan əvvəl almış, evin sənədləri düzgün olmamış, sənədlərin kötüyü olmamış, sənədi o düzəltdirmiş ki, iddiaçı çöldə yaşamasın və həmin evdə yaşamasına icazə vermişdir. O, iddiaçıya Bakı şəhərində ev almamış, Türkiyə Respublikasında ev almışdır. Mübahisəli evin pulunu o və İsmayıl ödəmişdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, şahidin ifadəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaçı («Payçı») ilə Cavabdeh1 MTK («Kooperativ») arasında 08.07.2010-cu il tarixli 047 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bakı şəhəri İH-nin 247 saylı, 15.09.2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir; 1.2-ci bəndinə əsasən ünvan 3 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli ümumi sahəsi layihə üzrə 179,29 km metr təşkil edən 3 otaqlı mənzil «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verildməsini, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər; 5.1-ci və 5.2-ci bəndlərində mənzilin dəyəri 105000 manat müəyyən edilmiş, həmin məbləğin «Payçı» tərəfindən «Kooperativ»in kassasına ödənilməli olduğu nəzərdə tutulmuşdur. Cavabdeh1 MTK tərəfindən elə həmin gün, yəni 08.07.2010-cu il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İddiaçı və onun anası X6 ünvan 3 saylı mənzilinə qeydiyyata düşmüşdülər və bu günədək həmin ünvanda qeydiyyatdadılar. İddia ərizəsinə, iddiaçı tərəfin mövqeyinə görə iddiaçı anası və qardaşı ilə həmin mənzili təmir etdirmiş, lazımi əşyalarla abadlaşdırmış və uzun müddət orada yaşamış, bu halları təsdiq edən fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Cavabdeh1 MTK tərəfindən: 02.05.2012-ci il tarixdə iddiaçının anası X5 ünvan 3 ünvanında Cavabdeh1 MTK-nin inşa etdiyi Bina 1A, mənzil 88 ünvanında yaşaması və qeydiyyatda olması barədə arayış verilmiş; 02.02.2021-ci il tarixdə İddiaçı və X6 həmin mənzildə qeydiyyatda olması, lakin həmin mənzildə yaşamaq hüquqlarının olmaması barədə yeni bir arayış verilmiş, bu zaman yaşamaq hüquqlarının olmamasının səbəbləri barədə hər-hansı bir açıqlama verilməmiş; MTK-nın arxivində saxlanan sənədlər əsasında İddiaçı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hər-hansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin məhv edildiyi barədə tarixi göstərilməyən, lakin 10.02.2021-ci il tarixli vəkil sorğusuna cavablanan məktub verilmiş; Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində MTK tərəfindən 1A saylı evin inşa edilməsi, 1V saylı evin isə inşa edilməməsi barədə məhkəmənin sorğusuna 23.11.2021-ci il tarixli məktub ünvanlanmış; İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin köitüyünün mövcud olmaması barədə vəkilin 24.11.2021-ci il tarixli sorğusuna savab ünvanlanmışdır. Cavabdeh1 MTK heç bir məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etmədyindən daha geniş araşdırmanın aparılması mümkün olmamışdır. İddiaçı həmin mənzildə kommunal xidmətlər üzrə abonent kimi qeydiyyata alınmamışdır. Bu halı iddiaçı tərəf onunla izah etmişdir ki, bütün sakinlər kommunal xidmətlər üzrə ödənişləri MTK-ya ödəmiş və bunu təsdiq edən ödəniş qəbzlərini məhkəməyə təqdim etmişdilər (sakinlərlə MTK arasında olan ödənişləri). Hazırda DƏDRX tərəfindən verilmiş 30.11.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1ci Yavər Əliyev küçəsi, ev 1, 154,9 kv metrdən ibarət olan mənzil 88 Cavabdeh2 mülkiyyətindədir. Həmin mənzil Cavabdeh2 aşağıdakı qaydada keçmişdir. Cavabdeh1 MTK («Kooperativ») ilə Cavabdeh2 («Payçı») arasında bağlanmış 01.06.2006-cı il tarixli, 047 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən Bakı şəhəri İH-nin 247 saylı, 15.09.2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir; 1.2-ci bəndinə əsasən ünvan 3 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 13-cü mərtəbəsində yerləşən 88 nömrəli ümumi sahəsi layihə üzrə 167,28 km metr təşkil edən 3 otaqlı mənzil «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər; 5.1-ci və 5.2-ci bəndlərində mənzilin dəyəri 48511,20 manat müəyyən edilmiş, həmin məbləğin «Payçı» tərəfindən «Kooperativ»in kassasına ödənilməli olduğu nəzərdə tutulmuşdur. Adıçəkilən 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən 26.09.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlırandın görünür ki, Nizami rayon Polis İdarəsi tərəfindən 26.09.2009-cu il tarixdə verilmiş vəsiqədə Cavabdeh2 qeydiyyat ünvanı ünvan 4kilinin sorğusuna Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 13.04.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 11.07.2002-ci il tarixdən 25.04.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, 25.04.2008-ci il tarixdən isə ünvan 5 ünvanında qeydiyyatdadır. Cavabdeh2 şəxsiyyət vəsiqəsi sonuncu dəfə 06.05.2019-cu il tarixdə yenilənmişdir. Cavabdeh1 MTK tərəfindən 13 il sonra, yəni 03.06.2019-cu il tarixdə Cavabdeh2 həmin məbləğin tam ödənilməsi barəldə maliyyə arayışı verilmişdir. İddiaçı ilə bağlanan müqavilə ilə hazırki müqavilənin fərqi tarixindən, mənzilin ölçüsündən, mənzilin dəyərindən, binanın nömrəsindən (1 və 1A) ibarət olmuşdur. MTK tərəfindən Cavabdeh2 adına 29.06.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 №-li Protokolundan Çıxarış verilmşdir. Həmin Çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmiş, mənzilin ölçüsü 167,28 kv metr qeyd edilmişdir. Bu əsasdan ilk olaraq Cavabdeh2 DƏDRX tərəifndən verilmiş 26.07.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışda Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 1-ci Yavər Əliyev küçəsi ev 1 V, mənzil 88 qeyd olunmuşdur. Çıxarışda mənzilin ölçüsü 154,9 kv metr göstərilmişdir. Sonradan onun özünün müraciəti əsasında yanlışlıq aradan qaldırılmış və yuxarıda qeyd olunun Çıxarış verilmişdir, yəni ev 1-ə dair. Cavabdeh2 elektrik enerjisinə görə hesablaşmaları iddiaçı kimi MTK ilə aparmış, lakin "xxxx" ASC-də özü abonent kimi qeydiyyata düşmüş, mənzilinə öz adına internet xətti və domofon çəkdirmişdir. Bu hadısələrin hamısı 2019-cu ilə təsadüf edir. Cavabdehin vəkili tərəfindən təqdim edilən fotoşəkildən görünür ki, Cavabdeh1 MTK tərəfindən yan-yana üç bina inşa edilmişdir. Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri İH-nin 247 saylı, 15.09.2005-ci il tarixli sərəncamına əsasən inşa edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi: 1 №-li bina, blok A və B, 2 girişli, 14 (+texniki mərtəbə) mərtəbəli, 2 səviyyə zirzəmili; və 1 girişli, 15 (+mansarda) mərtəbəli, 2 səviyyəli zirzəmili yaşayış binaları 04.05.2019-cu il tarixdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən istismarına İcazə verilmişdir. Göründüyü kimi, Cavabdeh1 MTK tərəfindən inşa edilən üç binanın bir yeganə ünvanı olmuş - Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1. Eyni zamanda, adıçəkilən «İcazə» sənədinə diqqət yetirələndə görünür ki, əslində iki bina inşa edilmiş və istsmara qəbul edilmiş, sadəcə birinci bina iki girişli, blok A və B – dən ibarət olduğundan iki bina kimi görünür. Həmin iki girişli, A və B bloklarından ibarət olan bina 15 mərtəbəli olmuş (14 mərtəbə + texniki mərtəbə), digər bina isə 16 mərtəbəli (15 mərtəbə + mansarda) olmuşdur. İddiaçı və cavabdehə 15 mərtəbəli binaya dair müqavilələr bağlanmışdır, yəni A və B blokundan ibarət olan iki girişli binaya dair. İddiaçı ilə cavabdeh arasında əvvəllər aşağıdakı məhkəmə çəkişməsi olmuşdur. Həmin qətnamədən aşağıdakılar görünür. Cavabdeh2 cavabdehlər X5 və İddiaçı Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi 1 saylı evin 88 saylı mənzilindən istifadə hüquqlarının olmayan hesab edilməsi barədə iddia vermiş, İddiaçı Cavabdeh2 qarşı DƏDRX tərəfindən verilmiş 26.07.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın ( 1V evə dair) etibarsız hesab edilməsi barədə qaşılıqlı iddia vermişdir. Bakı şəhəri, Sabunçu rayon məhkəməsinin 26.04.2021-ci il tarixli qətnaməsi ilə hər iki tələb rədd edilmişdir (qətnamə qanuni qüvvəsini almışdır). Hər iki iddianın rədd edilməsinin əsası ondan ibarət olmuşdur ki, Cavabdeh2 mülkiyyətində olan mənzil 1V binada, İddiaçı adında olan mənzil isə 1A binada, yəni fərqli ünvanlarda olmuşdur. Hazırda iddiaçı

1. Cavabdeh2 ilə «Qaraxan” MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 №-li 15 mərtəbəli yaşıyış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, 01.06.2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi; Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair 26.07.2019-cu il qeydiyaat tarixli, ********** qeydiyyat nömrəli və 30.11.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışların ləğv edilməsi; Cavabdeh2 və onun ailə üzvlərinin həmin mənzildən çıxarılmaqla, iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə iddianın qismən əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Cavabdeh tərəf iddiaya etiarazları əsasən ondan ibarət olmuşdur ki, iddiaçı ilə cavabdehə verilmiş mənzillər fərqli ünvanlarda olmuşdur, yəni iddiaçıya 1A binada, cavabdehə isə 1V və ya 1 binada. Məhkəmə buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunanlardan görünür ki, Bakı şəhəri İH-nin 247 saylı, 15.09.2005ci il tarixli sərəncamına əsasən Cavabdeh1 MTK tərəfindən ünvan 3 ünvanında yerləşən 15 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh1 MTK-ya verilmiş yaşayış binası kompleksinin istismarına 04.06.2019-cu il tarixli İcazədən görünür ki, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri İH-nin adı çəkilən sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1 ünvanında blok A və B-dən ibarət, 2 girişli, 14 (+texniki mərtəbə) mərtəbəli və 1 girişli, 15 (+mansarda) mərtəbəli yaşayış binaları inşa edilmiş və istismara qəbul edilmişdir. Yəni, göründüyü kimi, MTK tərəfindən faktiki olaraq 3 bina inşa edilmişdir – 15 mərətəbəli A blok və B blok və 16 mərətəbəli digər bina. Göründüyü kimi, MTK tərəfindən inşa edilmiş kompleksin bir ünvanı olmuşdur - Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 1. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı ilə Y.Əliyev küçəsi, 1 ünvanında 1A nömrəli binada yerləşən 88 №-li mənzilə dair müqavilə bağlanmışdır, yəni ünvan Y.Əliyev küçəsi 1 olmuş, yalnız binanın nömrəsi 1A qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış müqavilədə MTK binanı 1A qeyd etməklə əslində 1 nömrəli binanın A blokunu nəzərdə tutmuşdur. Cavabdehlə bağlanan müqavilə isə Y.Əliyev küçəsi, 1 ünvanında 1 nömrəli 15 mərtəbəli yaşayış binasındakı mənzidə dair olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, cavabdehlə bağlanmış müqavilədə MTK binanı 1 qeyd etməklə əslində 1 nömrəli binanın yenə də birinci blokunu, yəni A blokunu nəzərdə tutmuşdur. MTK tərəfindən Cavabdeh2 adına 29.06.2019-cu il tarixli MTK-nın üzvlərinin ümumi iclasının 015 №-li Protokolundan Çıxarışda binanın nömrəsi artıq 1 deyil, 1V göstərilmişdir, halbuki MTK tərəfindən məhkəməyə 1V binanın mövcud olmaması barədə məktub göndərilmişdir. MTK səlahiyyətli nümayəndəsinin iştirakını heç bir iclasda təmin etmədiyindən 1V binanın olmadığı halda hansı səbəbdən Protokolda 1V bina qeyd edildiyi barədə MTK-nın mövqeyini öyrənə bilməmişdir. Qeyd edildiyi kimi, Cavabdeh2 DƏDRX-dən ilk aldığı Çıxarışda da binanın nömrəsi 1V göstərilmiş, sonra onun özünün müraciəti əsasında binanın nömrəsi 1 qeyd edilmişdir. Eyni zamanda, şahid qismində ifadə verən X1 da, iddiaçının məhz İsmayılın mülkiyyətində olan mənzildə onun icazəsi ilə yaşadığını və ona sənədləri düzəltdiyini təsdiq etmişdir. Eyni zamanda, şahidin ifadəsində ziddiyətli məqamlar olmuşdur. Belə ki, o, ifadəsində mənzilin İsmayıla babası tərəfindən alındığını, sonra özü tərəfindən alındığını, sonra isə ödənişlərin İsmayıl və onun tərəfindən edilməsini demişdir. Bundan başqa, qeyd edlidiyi kimi, iddiaçı və onun anası Y.Əliyev küçəsi 1 ünvanında yerləşən 88 №-li mənzilə qeydiyyata düşmüşdülər və hal-hazırda qeydiyyatdadırlar. Adıçəkilən məhkəmə qətnaməsinin hazırki iş üçün preyudisial qüvvəsi yoxdur, belə ki, həmin qətnamə qəbul edilən zaman Cavabdeh2 ünvanı 1V evə dair olmuşdur, həmin qətnamədə əsas götürülən reyestrdən çıxarış hazırda qüvvədə deyil. Beləliklə, məhkəmə hesab edr ki, MTK iddiaçı və cavabdehlə eyni mənzilə dair müqavilələr bağlamışdır. MTK tərəfindən MTK-nın arxivində saxlanan sənədlər əsasında İddiaçı tərəfindən MTK-dan mənzilin alınması və həmin şəxs tərəfindən pay haqqının ödənilməsi barədə hər-hansı bir məlumatın aşkarlanmadığı, təlimata uyğun sənədlərin saxlanma müddəti 5 il müəyyən edildiyindən, 2015-ci il tarixədək olan sənədlərin məhv edildiyi barədə, İddiaçı tərəfindən MTK-nın kassasına ümumiyyətlə hər-hansı bir ödənişin aparılmasını təsdiq edən kassa mədaxil orderinin köitüyünün mövcud olmaması verilən məlumatlara dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi, MTK ilə iddiaçı arasında bağlanmış müqavilənin 5.1-ci və 5.2-ci bəndlərində mənzilin dəyəri 105000 manat müəyyən edilmiş, həmin məbləğin «Payçı» tərəfindən «Kooperativ»in kassasına ödənilməli olduğu nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən müqavilə şərtlərinə görə rəsmi qaydada MTK-nın kassasına 105000 manat mədaxil edilmədiyi, onun tərəfindən müqavilə şərti pozulduğu təqdirdə yenə müqavilə şərtlərinə görə ona maliyyə arayışı verilməməliydi. Odur ki, məhkəmə hesab edir ki, kassa mədaxil orderinin köitüyünün mövcud olmaması İddiaçı təqsirindən deyil, MTKnın təqsirindən baş vermişdir. Bundan başqa, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6-cı maddələrinə əsasən daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi biansında yaşayış(qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə), 8.0.9.2 və 8.0.10.1-ci maddələrinin mənasına əsasən müvafiq olaraq 01.01.2013-cü il tarixədək inşa edilmiş çoxmənzilli bianalara münasibətdə digər sənədlərlə yanaşı istismara qəbul aktı, 01.01.2013-cü il tarixdən sonra inşa edilmiş həmin binalara dair tikinti obyektinin istismarına icazə əsas hesab olunur. Yəni, hər-hansı bir MTK-nın hər-hansı bir payçısı tərəfindən mənzilinə dair Çıxarışın alınması üçün binanın istismarına icazə verildikdən sonra yol verilir və bu zaman payçıya maliyyə araryışı, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı tələb olunur. Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Cavabdeh1 MTK-ya verilmiş yaşayış binası kompleksinin istismarına İcazə 04.06.2019-cu il tarixdə verilmişdir. Məhkəmə hesab edir ki, həmin istismara icazə verilənədək MTK-nın payçılara dair hər-hansı sənədi məhv etmək hüququ olmamışdır. Beləliklə, İddiaçı Cavabdeh1 MTK-dan mənzil almış, həmin mənzilin tam dəyərini ödəmiş, həmin mənzilə qeydiyyata düşmüş, MTK 2012-ci ildə iddiaçının anası X5 həmin mənzidə yaşaması və qeydiyyatda olması faktını verdiyi arayışda təsdiq etmiş, lakin sonradan izahsız bunları inkar etmişdir. Bu zaman, MTK yalnız məhkəməyə və vəkillərə ünvanladığı məktublarda bu halları qeyd etmiş, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiqş, buna dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı qeyd-şərtsiz ünvan 3 ünvanında 1A nömrəli 15 mərtəbəli yaşayış binasının 13-cü mərtəbəsində yerləşən 88 nömrəli mənzili əldə etmiş və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin (01.07.2018-ci il tarixədək olan redaksiyasında) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (iddiaçı 2010-cu ildə əldə etmişdir mənzili). Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir, 113.3-cü maddəsinə əsasən mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh2 ilə bağlanmış 2006-cı ildə deyil, çox sonralarda arxa tarixlə tərtib edilmişdir. Belə ki, qeyd edildiyi kimi, 2006-cı ildə bağlanan müqavilədə Cavabdeh2 Nizami rayon Polis İdarəsi tərəfindən 26.09.2009-cu il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmiş, həmin vəsiqədə onun qeydiyyat ünvanı Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 4A, 47 göstərilmiş, halbıki Cavabdeh2 11.07.2002-ci il tarixdən 25.04.2008-ci il tarixədək Gəncə şəhəri, Kəpəz rayonu, Ş.İ.Xətai küçəsi, bina 3, mənzil 13-də qeydiyyatda olmuş, 25.04.2008-ci il tarixdən isə ünvan 5 ünvanında qeydiyyatda düşmüş, onun şəxsiyyət vəsiqəsi sonuncu dəfə 06.05.2019-cu il tarixdə yenilənmişdir. Belə olan halda inkaredilməz faktdır ki, həmin müqavilə 2006-cı ildə bağlana bilməzdi. İşin halları həmin müqavilənin 2019-cu ildə bağlandığına dəlalət edir. Belə ki, qeyd edildiyi kimi, protokoldan çıxarış, maliyyə arayışı 2019-cu ildə verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə arxa tarixlə tərtib edildiyindən həmin müqavilə etibarlı əqd hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər, 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə hesab edir ki, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında tərtib edilmiş 01.06.2006-cı il tarixli, 047 №-li müqavilə əhəmiyyətsiz əqddir və etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin əhəmiyyətsiz əqdin hüquqi nəticəsi Cavabdeh2 adına verilmiş 26.07.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və 30.11.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, həmin Çıxarışlar ləğv edilməlidir. Məhkəmə hesab edir ki, həmin çıxarışların mövcudluğu iddiaçının öz mənzilinə mülkiyyət hüququnu dövlət reyestrində qeydə alınmasını istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 həmin mənzildən çıxarılmalı və iddiaçı həmin mənzilə köçməlidir. Lakin, məhkəmə hesab edir ki, iddia «ailə üzvlərinin həmin mənzildən çıxarılması» hissəsində rədd edilməlidr. Belə ki, həmin ailə üzvləri iş üzrə cavabdeh olmamışdılar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında Bakı şəhəri, Y.Əliyev küçəsi,1 ünvanında 1 №-li 15 mərtəbəli yaşıyış binasının 13-cü mərtəbəsində yerləşən 88 №-li mənzilə dair bağlanmış 047 №-li, 01.06.2006-cı il tarixli müqavilə etibarsız hesab edilsin; Həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlər və bu qeydlər əsasında Cavabdeh2 adına verilmiş ünvan 2 ünvanına dair 26.07.2019-cu il qeydiyaat tarixli, ********** qeydiyyat nömrəli və 30.11.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin; Cavabdeh2 həmin mənzildən çıxarılsın, İddiaçı həmin mənzilə köçürülsün. İddia «ailə üzvlərinin həmin mənzildən çıxarılması» hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar