Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4766/2025 05.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdeh Kərimova (Həsənova) Alidə Tərlan qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “evdən və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh (Həsənova) Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı sahədən və qeyd olunan həyətdə yerləşən 2 otaqlı mənzildən (evdən) əşyaları boşaldılmaqla çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, faktiki və hüquqi olaraq iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən həyət evinin həyətyanı sahəsinin bir hissəsində 2014-cü ildə mərhum oğlu X9 üçün 2 otaqdan ibarət təqribən 35 kv.m ölçüsü olan ev tikmişdir. Bundan sonra 2015-ci ildə mərhum oğlu X5 cavabdeh (Həsənova) Cavabdeh ilə evləndirmişlər. Mərhum övladının qeyd olunan evlilikdən bir övladı doğulmuş və həmin vaxtda da körpə uşaq həyatını itirmişdir. 2017-ci ildə X1 xəstəlikdən əziyyət çəkərək vəfat etmişdir. Həmən ildə cavabdeh (Həsənova) Cavabdeh yaşadığı evi tərk edərək öz ata evinə qayıtmışdır. Həmin vaxtlardan onunla heç bir qohumluq münasibəti saxlamamışdır. Cavabdeh (Həsənova) Cavabdeh təqribən 8 il sonra yenidən qayıdaraq barəsində heç bir hüquqi əsası olmayan bilə-bilə yalan məlumatlar verməklə şikayət edərək Sabunçu RPİnin 15-ci PB-nin əməkdaşlarının iştirakı ilə qanunsuz olaraq, heç bir məhkəmə qərarı olmadan həyətinə (mənzilinə) yerləşdirilmişdir. Cavabdeh (Həsənova) Cavabdeh qanunsuz olaraq mənzilinə (həyətinə) yerləşdirilməsi qanuna ziddir və başqasının əmlakına qanunsuz olaraq daxil olmaq hesab edilir. Ən əsası isə bu kimi qanuna zidd əməllərdə Sabunçu RPİ-nin 15-ci PB-nin əməkdaşlarının iştirakı tamamı ilə əsassız və vəzifə səlahiyyətlərini aşma kimi qanuna zidd əməldir. Haqlı olaraq iddia tələbi irəli sürür ki, cavabdeh (Həsənova) Cavabdeh qeyri-şərtsiz olaraq, ona məxsus olan həyətyanı sahədən və mənzildən (evdən) yerləşdirdiyi əşyaları boşaldılmaqla çıxarılmalıdır. Məlumat üçün bildirir ki, cavabdeh (Həsənova) Cavabdeh mənzilə köçürülmə və əmlaka dair aidiyyəti üzrə hər hansısa iddia tələbinin irəli sürülməsi üçün, müvafiq qanunvericiliklə nəzərdə tutulan prosessual müddəti heç bir üzürlü səbəb olmadan ötürmüşdür. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh olduğu hazırkı iş üzrə qarşı tərəf hesab edilən İddiaçı tərəfindən verilmiş iddia ərizəsini əsassız və ədalətsiz hesab edir. Belə ki, hazırkı iddia tələbində qeyd edilən ünvan üzrə əmlaklar dövlət qeydiyyatından keçməmişdir. Həmçinin qarşı tərəf də iddia üzrə onun yaşayış hüququnun olmasını da təsdiq edir. Həmçinin ətrafda yaşayan qonşular da akt üzrə qeydiyyatsız həyat yoldaşı ilə birgə yaşamağı barədə təsdiq edirlər. Hazırkı iddia tələbi özbaşına tikili olduğundan həyət evindən onun çıxarılması əsassızdır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verdi, iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyildir. Həyətdə əslində 3 ev olub. Qayınatasının evi elə öz evləridir, qayını sonradan ev tikib və onun evi. O həyət onun həyat yoldaşına bağışlanmışdı. 2014-cü ildə nişanlanıb, 2016-cı ildə evlənib toyda yığılan pulları axşam yoldaşı qayınanasına verir, amma pul evdən yoxa çıxır. Pul itdiyinə görə yoldaşı xalası və əmisindən pul götürüb evi tikir. Həyat yoldaşı ilə rəsmi nikaha girmiş, o ölənə qədər boşanmamışdılar. Ailə qurandan sonra da evin pulunu birlikdə ödəməyə başladılar, o, həmin vaxtlar işləyirdi. Sonra həyat yoldaşının xəstəliyi ilə bağlı ödəyə bilmədiyi üçün 4700 manatı öz şəxsi pulu ilə ödədi. Xərcləri, borcları valideynləri ödədi. Evin, torpağın onda heç bir sənədi yoxdur. Yoldaşının son anlarına qədər, bütün xəstəliyi vaxtı o yanında olmuş, hazırda həmin evdə tənha yaşayır. Bir uşağı olub, onu da ki bunların ucbatından itirmişdir. Mübahisəli evi iddiaçı yox, yoldaşıyla özü tikmişdir. 6 ildir ki, iddiaçı 15000 manat oğlunun borcunu və müalicə pullarını ona ödətdirmişdir. Ondan əlavə də işləyib 4700 manat evin tikilməsi üçün yoldaşına köməklik etmişdir. İddiaçının məqsədi evi satmaqdı. İddiaçı ev tikən olsaydı, gedib subay oğlu üçün tikərdi, o mərhum yoldaşı ilə 2 il nişanlı qalıb evi birgə tikmişlər, şahidlər də vardır. Həyat yoldaşının müalicəsi üçün başqasından borc alaraq onu İrana müalicə olunmaq üçün aparmışdır. İddiaçının ev tikilməsinə 1 manatı belə istifadə olunmayıb, onlar ancaq narkotik istifadə etmək haqqında düşünürlər. Hazırda o, işdən gələndə evə girə bilmir, ya onu döyür, ya evə buraxmırlar. Həyat yoldaşı öləndən sonra elə o evdə mərhum anası ilə birlikdə qalırdı. Onu 2024-cü ildə döydükləri üçün evdən çıxmışdır. 2025-ci il 21 iyunda həyat yoldaşının ölüm günü ilə bağlı yas mərasimi keçirəndə də onu evə buraxmamışlar. İddiaçı gətirdiyi şahidi ucqar yerdən gətirib, eləsi var evinin işığı barədə deyir, amma küçədən onun evinin işığı görünmür. İddiaçı hər dəfə qışda soyuqda evə çatan kimi qazı, işığı kəsirdi deyə evdə qala bilmirdi. Rafət əmi ona evdəkilərin onu evdən qovması barədə dediyini, amma onu qova bilməyəcəyini demişdi və onun öz razılığı ilə oradan çıxmağını xahiş etmişdi. O, da bu üçotaqlı evi ona verəcəyini demiş, amma əvəzində bir otaqlı ev almasını xahiş etmişdir. Gəlib atası ilə danışıb ev almaq üçün 1500 manat pul təklif etmişdir, amma o pula heç yerdən ev almaq olmazdı. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X18 izahatında bildirmişdir ki, Sadıq Cəfərov 32 ünvanında Refətlə eyni məhəllədə yaşayırlar. Hasarları yaxındır. Refətin evinin nömrəsini bilmir, dəyişilib. Həyət evidir. Əvvəlki ad leytenant Şmidt idi, ancaq indi Sadıq Cəfərov kimi qedy olunur. Cavabdehi üzdən görməmişdir. İbrahim öləndən sonra da cavabdehi görməmişdir. Evlənmə tarixləri 2016-cı il, ya da 2017-ci il tarixi ola bilərdi. Onlarla hər gün salamlaşsa da, həyətlərinə gediş-gəlişi olmamışdır. Onun evinin pəncərələri Refətin evinin həyətinə açılırdı, ona görə də həyətdə neçə ev olduğunu bilirdi. Həyətdə 2 ev var, biri Refət əminin idi, digərini isə İbrahim özü tikmişdir. Hətta İbrahimlə eyni vaxtda ev tikmişlər. Özü birinci olaraq 2014-cü ildə evini tikib qurtarmışdır. Elə demək olar ki, eyni vaxtda evləri tikib qurtarmışlar. İbrahimdə 2 otaqlı ev idi. İbrahim evini tikəndən sonra evləndi, sonra cavabdeh ora köçdü. Evlənəndən sonra orada yaşadılar, sonra İbrahim öldü, bundan sonra gəlini o evdə görməmişdir. Hazırda cavabdeh orada yaşamır, bunu dəqiq bilir, çünki evdən işıqlar görünmür. Gəlini birinci dəfədir ki, burada görmüşdür. Refət subay oğlu və kiçik oğlundan olan nəvələri və həyat yoldaşı ilə birlikdə öz tikdiyi evdə yaşayır. Refətin 3 oğlu, 2 qızı var. İbrahim ölənəcən gəlin orda yaşamışdır. Məhkəmə baxışı iclasında iştirak edən şahid X16 izahatında bildirmişdir ki, Refətlə uzaq qohum və yaxın qonşudurlar. ünvan 3 ünvanında yaşayırlar. Sadıq Cəfərov küçəsi 75-i tanımır. Cavabdehi bir-iki dəfə gəlin gəldiyi qapıda görmüşdür. Evlənmə tarixlərini bilmir. Onun bildiyinə görə Refət həmişə bir otaqlı evdə qalmış, İbrahim özünə ev tikdirmişdir. Hazırda həyətdə iki ev var. Evin birində Refət kişi öz ailəsi ilə, digərində isə İbrahim yaşayırdı. İbrahim evlənəndən sonra cavabdehlə orada yaşamağa başladı. İbrahim öləndən sonra tez bir zamanda deyildi ki, gəlin ata evinə gedib. Hazırda cavabdeh orada yaşamır, ora bağlıdır. İbrahim pandemiyadan əvvəl ölmüşdür. Cavabdehi İbrahim sağ olan vaxtlarda o həyətə girəndə görmüşdür. Məhkəmə baxışı iclasında iştirak edən şahid X7 izahatında bildirmişdir ki, Zabrat qəsəbəsində 1982-ci ildə gəlin gəlmişdir. Onlarda ünvan Sadıq Cəfərov 30 ünvanı kimi göstərilir. Sadıq Cəfərov 75 ünvanını tanımır. Refətlə qonşudur, yolun bir tərəfi onun evi, digər tərəfində isə Refetin evi yerləşir. Cavabdeh ora gəlin kimi köçmüşdür, onu bir-iki dəfə orada görmüşdür. Nə vaxt köçdüyünü isə bilmir. Qonşu kimi həyətlərinə gedib-gəlmişdir. Həyətdə 2 ev vardır. Evlər İbrahim və Refətə məxsus idi. Refət əminin ailəsi ilə qaldığı yer tövlə kimi yerdir. Digər evi isə İbrahim özü tikib, evlənəndən sonra cavabdehlə orada yaşamışlar. İbrahim xəstələndi, təxminən bir il bir yerdə yaşadılar. İbrahim öləndən sonra gəlin qapını bağlayıb çıxıb getdi. Sonra bu yaxınlarda görmüş ki, cavabdeh ora gəlib ev davası edir. Qonşu kimi onların səs-küylərini eşitməmişdir. Cavabdeh ora bir-iki dəfə gəlib yer-yığış edib getmişdir. Məhkəmə baxışı iclasında iştirak edən şahid X10 izahatında bildirmişdir ki, mərhum İbrahim onun bacanağıdır. Qonşu kimi o ərazidə yaşamır, yəni qonşuları deyildir. Özü Kürdəxanı qəsəbəsində yaşayır. Cavabdeh Alidə xanım İbrahimin həyat yoldaşıdır, Alidə xanımın bacısı da onun həyat yoldaşıdır. İbrahimin toyu olandan sonra evi yarımçıq idi. İbrahimlə Alidə ikisi o evi tikiblər. Cavabdeh hazırda işləyərək borcu özü ödəyir. Alidə xanımın gəlin köçdüyü evi görmüşdür, ev Zabrat qəsəbəsindədir, amma yerləşdiyi ünvanı dəqiq bilmir. Həyətdə 2 ev var, birində Refət yaşayır, digəri mərhum İbrahimin evidir. Toy vaxtlarını bilmir. İbrahim ölüb. Onun öldüyü günə qədər cavabdehlə həmin evdə yaşayıblar, övladları isə yoxdur. İbrahim öləndən sonra Alidə xanım orada 5-6 ay yaşamışdır. Cavabdeh indi atası evində qalır, çünki onu İbrahimin evində qalmağa qoymurlar, bıçaqla hədə-qorxu gəlirlər. Orada qaldığı vaxtda da hədə-qorxu gəlirdilər, həmin evdə güclə yaşamışdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikası torpağın mülkiyyətə verilməsinə dair JN 19901D saylı şəhadətnamədən görünür ki, Sabunçu rayon, XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 35/85 saylı qərarı ilə ünvan 4 ünvanında yerləşən 0.075 hektar ölçülü torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. - AZ-İİ seriyalı 124445 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X11 ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2369 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. - AZ-İ seriyalı 967112 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh X6 rəhbərlik etdiyi tikiş fabrikində (VÖEN **********) xx.xx.2012-xx.xx.2017-ci illərdə tikişçi vəzifəsində işləmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. Mərhum həyat yoldaşı X11 ilə birlikdə ölən günə qədər yaşamışdır. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Zabrat qəsəbəsi inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikasının DİN Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh ünvan 6 ünvanında həyat yoldaşı İbrahim Həsənov vəfat etdikdən sonra valideynləri tərəfindən ona qarşı qanunsuz hərəkətlər edilərək evə buraxılmamağı barədə müraciət etmişdir. Müraciət araşdırma aparılması üçün Sabunçu Rayon Polis idarəsinə göndərilmişdir. - Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 05 nömrəli qısa müddətli mühafizə orderindən görünür ki, vətəndaşlar İddiaçı, X12, X17 vətəndaş Cavabdeh qarşı aşağıdakı hərəkətlərin edilməsi qadağan edilmişdir: 1. məişət zəminində fiziki zorakılıq - zor tətbiq etməklə məişət zorakılığına məruz qalmış şəxsin təhlükəsizliyinin pozulması, döyülməsi, sağlamlığına zərər vurulması, işgəncə verilməsi, azadlıq hüququnun məhdudlaşdırılması, 2. Məişət zəminində psixi zorakılıq - qəsdən məişət zorakılığına məruz qalmış şəxsə psixi təzyiq göstərilməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlər 3. Məişət zəminində cinsi zorakılıq - məişət zorakılığına məruz qalmış şəxsin iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur edilməsi 4. Məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi – məişət zorakılığına məruz qalmış şəxsin mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlər. - Bakı şəhəri Sabunçu rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli, 05 nömrəli xx.xx.2025-ci il tarixli, 05 nömrəli icra sənədi icra edilməsi üçün Azərbaycan Respublikasının DİN Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəllələrində (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş və 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabunçu rayon, XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 35/85 saylı qərarı ilə ünvan 4 ünvanında yerləşən 0.075 hektar ölçülü torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Daşınmaz əmlaka (torpaq sahəsinə, həmçinin evə) mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin torpaq sahəsində X11 tərəfindən ayrıca ev tikilmiş, həmin evə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış, statusuna görə özbaşına tikilidir. X11 ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlanmış, iddiaçının oğlu və onun həyat yoldaşı, yəni hazırkı cavabdeh nikaha girdikdən sonra evlilik boyu hər ikisi orada yaşamışlar. X11 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Cavabdeh iddiaçı maneə törətdiyinə görə istənilən vaxt ora daxil ola bilmir. X2 gəlini X4 həmin torpaq sahəsi və oğlu İbrahimin sağlığında tikdiyi mübahisəli evdən – özbaşına tikilidən çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, X14 həmin evdə yaşamaq hüququ olduğu üçün mübahisəli evdən, eyni zamanda vahid əmlak sayıldığından torpaq sahəsindən də çıxarıla bilməz. Belə ki, iddiaçının sözügedən özbaşına tikiliyə hansı hüququ varsa, X4 da eyni əsaslarla orada yaşamaq hüququ var. Belə ki, X4 da yaşayış yeri məhz həmin evdir. Sadəcə iddiaçı və onun ailə üzvləri cavabdehin həmin evdən istifadəsini mümkünsüz etdikləri üçün cavabdeh valideynlərinin yanında yaşamağa məcbur olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisəli əmlaka iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmazdan öncə cavabdehin istifadə hüququ yaranmışdır. Cavabdeh həmin əmlakın mülkiyyətçisi olmasa da, ev onun sahibliyində və istifadəsində olmuşdur. Cavabdehin həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma və ya bunu təsdiq edən məhkəmə qərarı da yoxdur. Cavabdeh iddiaçının ailə üzvü (əri, arvadı, valideynləri, uşaqları) deyildir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Kərimova (Həsənova) Alidə Tərlan qızına qarşı “yaşayış sahəsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdeh Kərimova (Həsənova) Alidə Tərlan qızına qarşı “yaşayış sahəsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4766/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4766/2025
05.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver