Məhkəmə qərarları › İş №2(008)-4784/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4784/2023

25.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4784/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs qismində Sabunçu Rayon Qeydiyyat Şöbəsi cəlb olunmaqla “doğumun qeyd edilməsi faktı” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X1 Rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2, anası X4 olan Ərizəçi xx.xx.1987-ci il tarixdə Ermənistanın Kalinin rayonunda doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1987-ci ildə Ermənistan Respublikasının Kalinin rayonunda anadan olmuşdur. Daha sonra Bakı şəhərinə köçmüş və yaşadığı müddət ərzində doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda atasının mülkiyyətində olan evin ona bağışlanması ilə bağlı doğum haqqında şəhadətnamə tələb olunur. Məhkəmə iclasında iştirak etmiş ərizəçi X10 ərizəni müdafiə edərək və məhkəməyə tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, X5 xx.xx.1987-ci il tarixində Ermənistan Respublikası, Kalinin rayonunda doğumun qeyd edilmə faktının (ata qrafasında X8, ana qrafasında X3 qeyd edilməklə) müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - İş materiallarında olan 5 saylı Bakı Asan Xidmət X11 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 3-16-5/8-10-1431/2023 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün olmamışdır. -Ermənistan SSR Stepanavan rayonu Kalinin qəsəbə sovetliyi tərəfindən verilmiş İ-ЖЗ seriyalı 646810 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada tsədiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. -Ermənistan SSR Stepanavan rayonu Kalinin rayonu Mixaylovka kənd sovetliyi tərəfindən verilmiş İ-ЖЗ seriyalı 390835 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada tsədiq olunmuş surətindən görünür ki, X8 xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasında anadan olmuşdur. -İİİ-CЛ seriyalı 275272 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1965-ci il tarixdə Ermənistan Respublikası, Tumanyan rayonunda anadan olmuşdur. -Kalinin rayonu VVADQ şöbəsi tərəfindən verilmiş İİ-СЛ seriyalı 499958 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X6 xx.xx.1986-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikah akt qeydlərinə 5 nömrə ilə qeyd olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edildi ki, ərizəçi X10 xx.xx.1987-ci il tarixində Ermənistan Respublikası, Kalinin rayonunda anadan olmuşdur. X2, anası X3 olmaqla hər ikisi milliyətcə azərbaycanlıdır. Məhkəmə hesab edir ki, göstərilən faktın digər yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 saylı qərarı ilə təstiq edilmiş «Vətəndaşların vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəyyən edən əsas müddəalar»la müəyyən olunur. «Əsas müddəalar»ın 13-14-cü bəndlərinə görə, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi həqiqətən də Ermənistan Respublikası, Kalinin rayonunda doğulmuş və bu barədə doğum akt qeydi tərtib olunmuşdur. Ərizəçi qeyd olunan doğum haqqında şəhadətnaməsini itirdiyinə görə və onun bərpası başqa yolla mümkün olmadığına görə doğumun qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1987-ci il tarixində Ermənistan Respublikası, Kalinin rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin. (ata qrafasında X8, ana qrafasında X3 qeyd edilməklə). Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar