Məhkəmə qərarları › İş №2(008)-479/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-479/2025

25.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-479/2025 25.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirzə Fərəc küçəsi, giriş 10 nömrəli və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, yeni qaydalarla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirzə Fərəc küçəsi, 12A nömrəli torpaq sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdir ki, xx.xx.2024-cü ildə həyat yoldaşı X6 tərəfindən ona məxsus mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,05 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə ona hədiyyə etmişdir. Belə ki, qeyd edilən torpaq sahəsi yoldaşı X12 mülkiyyətində olmuş, daha sonra isə ona bağışlanma edilmiş və adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Bakı şəhəri Sabunçu rayonu, yeni qaydalarla AZ1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirzə Fərəc küçəsi giriş 10 nömrəli evə və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, yeni qaydalarla AZ1039 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Mirzə Fərəc küçəsi 12A nömrəli evə çıxarış verilmişdir. Bir neçə müddətdir ki, cavabdeh olan qaynı Cavabdeh ona məxsus torpaq sahələrinin onun olduğunu iddia edərək mülkiyyətində olan torpaq sahələrini zəbt etmişdir. Dəfələrlə cavabdehə qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsindən çıxmasını bildirsə də, o, könüllü olaraq torpaq sahədən çıxmaq istəmir. Ona görə Cavabdeh ona məxsus qanunsuz yolla zəbt etdiyi torpaq sahəsindən çıxarılmalıdır. II. Tərəflərin izahatı İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci ildə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, “Mərkəz” Vəkil bürosunun müdiri, Vəkillərin İntizam Komissiyasının üzvü olduğundan və ilin sonu olduğu üçün iş yükünün çox olduğundan, eyni zamanda Ədliyyə Akademiyasında təlimçi qismində iştirak etdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. Ona görə də iclası iştirakı olmadan keçirilməsini və məhkəmə qətnaməsinə əsasən iddiaçının adına tərtib edilmiş çıxarışlar ləğv edildiyi üçün, cavabdehin torpaq sahəsi üzərində payı müəyyən edildiyi üçün hazırki iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. III. İşin faktiki halları İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, X15 və Gürsüm Əlimirzə qızı arasında nikah haqqında xx.xx.1950-ci ildə 357 nömrəli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan AZ-T seriyalı 254753 nömrəli Bakı Şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X9 03.1.1951-ci ildə doğulmuşdur, atası X10, anası X16r. İş materiallarında olan İİİ-ЖГ seriyalı 375365 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1986-cı ildə vəfat etmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı 491351 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1989-cu ildə vəfat etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu ildə vəfat etmiş X2 vərəsəsi X3r, şəhadətnamə verilən miras əmlak isə Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 1087 nömrəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsindən ibarətdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 (Albalılıq-1) bağ massivində yerləşən 0,1 ha 1087 nömrəli bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X11 arasında bağlanmış xx.xx.1986-cı il tarixli 16371 nömrəli müqavilə İdarənin arxivində mövcuddur . İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 1087 nömrəli bağ sahəsinə xüsusi mülkiyyət hüququ X2 adına xx.xx.2022-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 1087 nömrəli bağ sahəsi, yeni qaydalarla AZ1039 ünvan 3 ünvanında olan əmlak xüsusi mülkiyyət hüququ X1 adına xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X6 (hədiyyə verən) tərəfindən İddiaçı (hədiyyə alana) Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-1 bağ sahəsi 1087 nömrəli bağ sahəsi, yeni qaydalarla AZ1039 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,1 ha torpaq sahəsini bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, yeni qaydalarla AZ1039 ünvan 4 ünvanında olan əmlak xüsusi mülkiyyət hüququ X1 adına xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, yeni qaydalarla AZ1039 ünvan 5 ünvanında olan əmlak xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”ndən görünür ki, X6 (hədiyyə verən) tərəfindən İddiaçı (hədiyyə alana) AZ1039 ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha torpaq sahəsini bağışlamışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, yeni qaydalarla AZ1039 ünvan 4 ünvanında olan əmlak xüsusi mülkiyyət hüququ İddiaçı adına xx.xx.2024-cü ildə qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(008)-561/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə aşağıdakılar qət edilmişdir:

1. Cavabdeh X4 Bakı şəhəri 18 nömrəli Notariat Ofisi tərəfindən verilmiş 2V-305 reyestrli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin.

2. Cavabdeh X27Teymur oğlu ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və həmin daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat və əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin.

3. Cavabdeh X6 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilsin.

4. ƏMDK yanında DƏDRX tərəfindən X2 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,10 ha olan torpaq sahəsi üzrə ½ hissədə Cavabdeh, ½ hissədə X1 payı müəyyən edilsin. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3105/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh X1 apellyasiya şikayəti təmin edilməməsi, hazırkı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

IV. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahələri X7 məxsus olmuş, o, xx.xx.1989-cu ildə vəfat etdikdən sonra oğlu X4 qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Daha sonra X6 həmin torpaq sahələrini arvadı olan İddiaçı bağışlamışdır. İddiaçının hüquqları dövlət qeydiyyatından keçmişdir. Lakin cavabdeh iddiaçıya qarşı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsini, onun əsasında verilmiş çıxarışın ləğv edilməsini, bağışlama müqaviləsinin etibarsız hesab edilməsini və onun əsasında verilmiş çıxarışların ləğv edilməsini, miras əmlakda payın müəyyən edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(008)-561/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilərək, həmin şəhadətnamə əsasında reystrdə olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qeydiyyat ləğv edilmişdir. Eyni zamanda xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli bağışlama müqavilələri də etibarsız hesab edilərək, müqavilələr əsasında iddiaçıya keçən mülkiyyət hüquqlara dair qeydiyyatlar ləğv edilmişdir. Beləliklə, faktiki olaraq hal-hazırda iddiaçının boşaldılması tələbini irəli sürdüyü mübahisəli torpaq sahələrinə dair hüquqlarını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddiaçı tələb irəli sürən zaman iddia tələbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahələri əri tərəfindən ona bağışlanmış, tam mülkiyyət hüququ əsasında ona məxsusdur və hüquqların qeydiyyata alınmasına dair çıxarışları mövcuddur. Ərinə isə sözügedən əmlaklar qanun üzrə vərəsəlik qaydasında keçmişdir. Lakin iş materiallarından görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəmsinin qətnaməsi ilə həmin qanun üzrə vərəsilik hüququ haqqında şəhadətnamə etibarsız hesab edillərək, sonradan torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı olan bütün aktlar (bağışlama müqavilələri, hüquqa dair çıxarışlar) ləğv edilmişdir. Beləliklə, iddiaçı sözügedən əmlaka aid iddia irəli sürməsi üçün subyektiv hüquqa malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

V. Nəticə: Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh, qarşı "torpaq sahəsindən çıxarılma" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərclər iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ruslan Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar