Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4793/2024 30.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X15 qızının katibliyi, İddiaçı2, İddiaçı1, İddiaçı2 nümayəndəsi Vəkil oğlunun iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon Kürdəxanı Bələdiyyəsini cəlb etdiyi “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Krokus” MMC tərəfindən zəbt olunan Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən onlara məxsus ümumillikdə 4800 kv.m torpaq sahəsinin, o cümlədən X3 aid 1200 kv.m torpaq sahəsinin, İddiaçı2 oğlna aid 1200 kv.m torpaq sahəsinin, İddiaçı4 aid 1200 kv.m torpaq sahəsinin, Əli-zadə Haci İlqar oğluna aid 1200 kv.m torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən, ümumilikdə 6000 kv.m torqaq sahəsi onların ata-baba torpaqları olmuşdur. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Tarix Arxivi tərəfindən verilən xx.xx.2005-ci il tarixli 9/1132 nömrəli məktub-arayışa əsasən X9 “Bakı Qradonaçalnikinin dəfətərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan bağ sahiblərinin 10 avqust 1913-cü ilə dair siyahısından məlum olur ki, Atabala İslam oğlunun Kürdəxanı kəndində 3 desyatin 1020 kv. sajinə bərabər olan torpaq sahəsi olmuşdur. Yüz ildən artıqdır ki, həmin torpaq sahələri fasiləsiz olaraq onların ailəsinə məxsus olmuş, torpağa mulkiyyətçi kimi sahiblik etmiş və istifadə etmişlər. Mərhum babaları Atabala İslamovun özü, ailə üzvləri, övladları, nəvələri həmin bağdan istifadə etmiş, hamısı uşaq vaxtı həmin sahədə oynamış, bağdakı bar verən ağaclardan meyvə dərmişlər, bu yerlərdə böyüyüb boya-başa çatmışlar. Lakin torpaq sahələrinin ailə üzvlərinin adına sənədləşməsi işləri başa çatmamış qalmışdır. Belə ki, onlar mülkiyyət sənədi üçün müvafiq dövlət orqanlarına zaman-zaman, mütəmadi müraciət etmişlər. Onlara bildirilmişdir ki, bu zonada torpaq sənədləşməsinin başa çatdırılması üçün yüksək səviyyədə işlər aparılır, müvafiq qərar qəbul olunacaq və işlər yekunlaşacaqdır, bir müddət gözləmək lazımdır. 2005-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən onlara bildirmişlər ki, dövlət arxivindən sənəd aldıqdan sonra müvafiq bələdiyyəyə müraciət etməklə sənədləşmə işlərini apara bilərlər. Onlar da Dövlət Arxivindən sənəd alaraq, Kürdəxanı Bələdiyyəsinə müraciət etmiş və Bələdiyyə tərəfindən müvafiq sənədlər hazırlanıb verimişdir. Beləliklə, 2007-ci ildə sözügedən torpaq sahələri, İslamov Atabalanın ailə üzvləri kimi onların adına, hər birinin adına 1200 kv.m. (0.12 ha) olmaqla sənədləşdirildi. X2 vəfat etmişdir, onun adına olan torpaqla bağlı ayrıca iddia qaldırılacaqdır. Mərhum babaları Atabala İslamovdan qalan torpaqları, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1075 nömrəli X8 əsasən X2, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1428 nömrəli X8 əsasən İddiaçı1, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1343 nömrəli X8 əsasən İddiaçı2, Kürdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1067 nömrəli X8 əsasən İddiaçı4, Kurdəxanı Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı, xx.xx.2007-ci il tarixli 1605 nömrəli X8 əsasən İddiaçı3 adına rəsmiləşdirilmişdir. Sözügedən bələdiyyə qərarlarının 3-cü bəndinə əsasən torpaq sahəsində tikinti işləri aparıla bilər. 2007-ci ildən başlayaraq Cavabdeh şirkətinin əməkdaşları tərəfindən torpaqlarının zəbt olunmasına cəhdlər oldu, şirkət əməkdaşları tikinti apararkən onların sahəsinə keçmiş, dərhal etiraz edərək, polis orqanlarına və Bələdiyyəyə şikayət etmişlər. Şikayətlərinə əsasən Polis orqanı və Bələdiyyə tərəfindən Cavabdeh şirkətinin əməkdaşları ərazidən kənarlaşdırılmış, o cümlədən aparılan kiçik həcmli qanunsuz tikililər sökülərək, ərazidən kənarlaşdırılması təmin edilmişdir. Bundan sonra Cavabdeh şirkətinin əməkdaşları onlarla əlaqə yaradaraq torpaqlarını almaq niyyətində olduqlarını bildirmişlər. Cavabdeh şirkətinin nümayəndələri bəyan etmkşlər ki, Cavabdeh şirkəti bu ərazidə böyük həcmdə investisiya yatıraraq turizm obyektləri inşa etməyi planlaşdırır, torpaq sahələrini alır və müvafiq olaraq kompensasiya ödəyir. Şirkətdən onlara demişlər ki, onların torpaqları bir neçə ailə üzvlərinin adına olduğundan hər kəslə ayrı-ayrı danışıqlar aparılması vaxt itkisinə səbəb olar, ümumi niyyət və razılıq olarsa, bir nəfər təmsilçi təyin olunsun və o, nümayəndə kimi şirkətlə danışıqlar aparsın, müzakirə aparsın, qarşılıqlı razılaşma əldə olunsun. Bu minvalla onlar, ailənin etibarlı nümayəndəsi, bilik və savadı ilə seçilən, babaları, Atabala İslamovun sevimli övladı, X4 hamının səlahiyyətli nümayəndəsi kimi seçmişlər, notariat qaydasında da etibarnamə verərək, onu bütün lazımi səlahiyyətlərə malik nümayəndələri təyin etmişlər. Nümayəndələri və ailənin təmsilçisi kimi Hafizə İslamova Cavabdeh şirkətilə danışıqlar aparmış, hər dəfə ona müvafiq kompensasiya ödəniləcəyi vədi verilərək, yaxında ödənişlərin icra olunacağı deyilsə də, heç bir nəticəsi olmamışdır. Bir müddət sonra torpaqları cavabdeh tərəfindən zəbt olunmuş, nə torpaq sahələri qaytarılır, nə də ki, kompensasiya ödənilir. Onları yalan vədlərlə aldadaraq, cavabdeh zaman qazanmağa çalışmışdır. İddiaçılar və nümayəndələri Hafizə İslamova ölkə başçısı, Prezident cənab İlham Əliyevə, vitse-prezident, birinci xanım Mehriban xanım Əliyevaya şikayət ərizələri yazdıqdan sonra, onlarla təkrar maraqlanmağa başlamışlar. Krokus şirkətinin nümayəndələri Hafizə İslamovanı dəvət edərək, görüşmüş və bildirmişlər ki, yaxın vaxtlarda müvafiq kompensasiya ödənişi həyata keçiriləcəkdir, narahatçılığa əsas yoxdur, şikayət olunmasın, bütün lazımi tədbirlər görüləcək, vaxtında bütün məsələlər öz müsbət həllini tapacaqdır. Lakin yenə də verilən söz və vədlərə əməl olunmadığından, məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Onlar uzun illərdir, onillərdir (100 ildən artıq) sahibi olduqları ata-bala torpaqlarına mülkiyyət sənədləri, eləcə də tikiləcək tikililər ilə bağlı müvafiq sənədləri düzəltmək, qaydaya salmaq üçün iş aparırmışlar. Lakin cavabdeh bunlara mane olaraq onların torpaqlarını zəbt etməyə başlamışdır. Hazırda cavabdeh onlara məxsus torpaq sahəsinə qanuna zidd olaraq, özbaşınalıqla sahiblik edir, ondan istifadə edir və onlara qarşı zorakılıq tətbiq edərək sahəyə buraxmır. Cavabdeh şirkətin bir çox vicdanlı əməkdaşları isə onlara bildirir ki, əslində cavabdeh şirkətin rəhbərliyi onlara kompensasiya ayırmışdır, lakin şirkətin bəzi əməkdaşları ayrılan kompansasiyanı mənimsədiyindən, müxtəlif yollarla onları uzaqlaşdırmağa, vaxt qazanmağa çalışırlar, eləcə də qeyd edirlər ki, 25 ha torpaq sahəsinin pulu verilməyib, ödənişlər olmalıdır, 77 ha torpaq sahəsi Kürdəxanı Bələdiyyəsindən alqı-satqı yolu ilə alınıb, onların torpaqları həmin 77 ha sahəyə aid deyildir, pulu verilməyən 25 ha sahəyə daxildir. Göründüyü kimi cavabdeh onlara məxsus əmlakı əvəzsiz olaraq mənimsəmək niyyətindədir. Cavabdeh sözün həqiqi mənasında onlara məxsus sözügedən torpaq sahəsini zorakılıqla zəbt etmişdir. Cavabdeh şirkət həmin torpaq sahəsinə dair hüquqlarını təsdiq edən sənədi onlara təqdim etməkdən boyun qaçırdır. Uzun müddətdir ki, davamlı olaraq cavabdehə yazılı və şifahi qaydada müraciət edərək, ərizə və məktublar ünvanlansa da, cavabdeh şirkət tərəfindən onlara yazılı heç bir cavab verməmişdir. Hər dəfə onlardan sənədlərin surətləri alınmış və şifahi olaraq kompensasiya ödəniləcəyi vəd edilmiş, lakin indiyə kimi nə kompensasiya ödənilmiş, nə də torpağımız qaytarılmışdır. Cavabdeh hazırda onlara məxsus torpaq sahəsinə qanunsuz və əsassız olaraq sahiblik edir, ondan istifadə edir, hətta üzərində sərəncam verəcəyini bəyan edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 23 aprel 2024-cü il tarixli 3-21-3/2-İ-0298-8/2024 nömrəli müraciətə baxılmasının nəticəsi barədə məktubunda onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Güloğlan Məmmədov tərəfindən onlara ünvanlanan xx.xx.2016-cı il tarixli məktubda (eyni məzmunlu çoxsaylı digər məktublarda) bildirilir ki, onlara məxsus bağ sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının 284 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Cavabdeh MMC-yə icarəyə verilmiş əraziyə düşür və məsələ ilə bağlı həmin Cəmiyyətə müraciət etmələri bildirilmişdir. Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatından onlara sözügedən sərəncamda Cavabdeh MMC-yə sahibkarlıq məşğul olunması üçün verilən sahədə qarşılıqlı razılıqla torpaq sahələrinin alınması və müvafiq qaydada kompensasiya verilməsi şərti qeyd olunmuşdur. Bununla yanaşı onlara deyilib ki, həmin sərəncam əsasında Cavabdeh MMC-yə verilən sahənin ölçüsü və yerləşmə sxemi ilə onların sahələrin yerləşmə sxemi fərqlidir. Cavabdeh zəbt etdiyi torpaq sahəsinə dair özündə mövcud olan hər hansı sənədi onlara təqdim etməkdən boyun qaçırdır, onların çoxsaylı ərizə, şikayət və müraciətlərinə yazılı qaydada cavab verməkdən boyun qaçırdır. Bununla da cavabdeh təqsirli və qərəzli olduğunu nümayiş etdirir. Məhkəmə iclasında iştirak edən İddiaçı2, İddiaçı1, İddiaçı2 nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdilər. İddiaçılar İddiaçı3, İddiaçı4, Cavabdeh MMC və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayon Kürdəxanı Bələdiyyəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar, cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 27 sentyabr 2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X5 ifadəsində, torpaq sahələrinin zəbt edildiyini, sənədlərin ailə üzvlərinin adına rəsmiləşdirildiyini, iddiaçılara məxsus torpaq sahəsinin 77 ha torpaq sahəsinin içində olmadığını, 2005-ci ildə atasına məxsus sənədləri arxivdən çıxartdığını və həmin vaxt cavabdeh şirkətə torpaq sahəsi verilmədiyini bildirmişdir. Tərəflərin izahatını, iş uzrə toplanmış subutları nəzərə alan məhkəmə hesab edir ki aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş mətubundan görünür ki, Azərbaycan Respublikası X9 “Bakı qradonaçalnikinin dəftərxanası” fondunun sənədlərində Kürdəxanı kəndi üzrə istifadələrində həyətbaşı miras qalmış torpaq sahələri olan bağ sahiblərinin 10 avqust 1913-cü ilə dair siyahısından məlum olur ki, X14 Kürdəxanı kəndində 3 desyatin 1020 kv.m sajına bərabər olan torpaq sahəsi olmuşdur. İş materiallarından görünür ki, (icarəyə verən) Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) X2 arasında 11 yanvar 2007-ci il tarixli 1075 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Kürdəxanı Bələdiyyəsi protokol əsasında yerləşən ümumi sahəsi 08 yanvar 2007-ci il tarixli 01 nömrəli “icarəçi” isə onu qəbul edir, icarəyə verilmiş torpaq sahəsinin təyinatı “Bağçılıq”, sahəsi 1200 kv.m, ümumi sahə üçün illik icarə haqqı 24 manat təşkil etmişdir. İş materiallarından görünür ki, (icarəyə verən) Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) X13 arasında 30 noyabr 2007-ci il tarixli 1605 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsi 12 noyabr 2007-ci il tarixli 18 nömrəli protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçinin icarəsinə verir, icarəçi icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul edir. İş materiallarından görünür ki, (icarəyə verən) Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) İddiaçı1 arasında 17 iyul 2007-ci il tarixli 1428 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsi 09 iyul 2007-ci il tarixli 12 nömrəli protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçinin icarəsinə verir, icarəçi icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul edir. İş materiallarından görünür ki, (icarəyə verən) Azərbaycan Respublikasının Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə (icarəçi) İddiaçı2 Aynı oğlu arasında 31 may 2007-ci il tarixli 1343 nömrəli torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən “icarəyə verən” Sabunçu rayon Kürdəxanı qəsəbə Bələdiyyəsi 07 may 2007-ci il tarixli 09 nömrəli protokol əsasında şimal-şərq hissəsində yerləşən ümumi sahəsi 1200 kv.m olan torpaq sahəsini icarəçinin icarəsinə verir, icarəçi icarə haqqını ödəməyi öz öhdəsinə götürməklə onu qəbul edir. İş materiallarında olan Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 11 yanvar 2007-ci il tarixli 1075 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş X1 icarəsinə verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 31 may 2007-ci il tarixli 1343 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı2 icarəsinə verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 17 iyul 2007-ci il tarixli 1428 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı1 icarəsinə verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 30 noyabr 2007-ci il tarixli 1605 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı3 icarəsinə verilmişdir. İş materiallarında olan Sabunçu Rayon Kürdəxanı Bələdiyyəsi torpağın icarəyə verilməsinə dair 30 noyabr 2007-ci il tarixli 1607 nömrəli qərarın surətindən görünür ki, Kürdəxanı qəsəbəsi, şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi vətəndaş İddiaçı4 icarəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 09 sentyabr 2024-cü il tarixli məktubundan görünür ki, İcarə müqavilələri Kürdəxanı Bələdiyyənin sənədlər arxivində yoxlanılmışdır. 1075 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi X1, 1428 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi İddiaçı1, 1343 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi isə X7 adına ayrılmışdır. 1605 nömrəli İcarə müqaviləsi Bələdiyyəsinin sənədlər arxivində yoxdur. Həmçinin məktubda adları qeyd olunan İddiaçı3 və İddiaçı4 adına sənəd aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 22 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, İcarə müqavilələri Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində yoxlanılmış, 1075 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi X1, 1428 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi İddiaçı1, 1343 (xx.xx.2007) nömrəli İcarə müqaviləsi isə X7 adına bağlanmışdır. 1605 nömrəli İcarə müqaviləsi və məktubda adları qeyd olunan İddiaçı3 və İddiaçı4 adına Kürdəxanı Bələdiyyəsinin sənədlər arxivində heç bir sənəd mövcud olmadığı bildirilmişdir. Həmçinin İcarə müqaviləsinin plan-sxemində bağ nömrəsi qrafikasında “Nəzərdə tutulan bağ” göstərilmişdir, bu səbəbdən də sahəsinin koordinatlarının və yerinin təyin olunması qeyri mümkündür. Sözügedən icarə müqaviləsi əsasında ayrılmış torpaq sahələri Kürdəxanı Bələdiyyəsinin inzibati ərazisi daxilində olsa da, mülkiyyətində olmadığı qeyd edilmişdir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə hesab edir ki, mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən - Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Şərh olunanları məcmu halında qiymətləndirən məhkəmə qərara gəlir ki, aşağıda göstərilən əsaslara görə iddiaçıların tələbi rədd edilməlidir:
1. İddiaçılar mübahisəli torpaq sahəsinin Bakı Qradanaçalnikinin dəftərxanası fondunun 10 avqust 1913-cü il tarixli, siyahısına əsasən babaları Atabala İslam oğlunun mülkiyyəti olmaqla ondan miras qalmasına, miras əmlak kimi onların qanuni mülkiyyəti olmasına istinad edirlər. Məhkəmə qeyd edir ki, bu istinadın heç bir hüquqi əsası yoxdur. Belə ki, Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 05 may 1920-ci il tarixli Torpaq haqqında Dekretlə bütün torpaq sahələri milliləşdirilməklə dövlət mülkiyyətinə verilmişdir. İnqlabdan əvvəl əldə olunan torpaq sahələrinin hazırda vərəsələr tərəfindən qəbulu qanunla tənzimlənməməklə resitutsiyaya yol verilmir.
2. İddiaçılara Bələdiyyə tərəfindən ayrılmış torpaq sahələrinin cavabdehin istifadəsində olan torpaq sahələrinin hüdudları daxilində olması təstiq olunmur. İddiaçılar bu tələblərini təstiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
3. iddiaçıların mübahisəli torpaq sahəsinədə hər hansı bir hüququnun olması məhkəmə iclasında müəyyən edilməmiş və bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Eyni zamanda 2007-ci ildə Kürdəxanı Bələdiyyəsi ilə bağlanmış icarə müqaviləsnə əsasən torpaq sahələri 10 (on) il müddətinə iddiaçılara icarəyə verilmiş, yəni 2017-ci il tarixinə kimi lakin 2017-ci il tarixindən sonra sözügedən torpaq sahələrinin iddiaçıların istifadəsinə verilməsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon Kürdəxanı Bələdiyyəsini cəlb etdiyi “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh MMC-yə qarşı “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sabunçu rayon Kürdəxanı Bələdiyyəsini cəlb etdiyi “zəbt edilmiş torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Ruslan Mirzəliyev