Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4793/2025 17.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilərək Cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8166.05 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Qaz sayğacı atası X3 adına qeydiyyatdan keçmişdir. Atası xx.xx.2014-cü il tarixdə dünyasın dəyişmişdir. Bildirmək isyir ki, bir dəfə qeyri- qanuni qaza qoşaraq istifadə etmişdir. Sonradan heç vaxt qeyri-qanuni qazdan istifadə etmədiyi halda əsasız cərimələr yazılıb. Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanına qeyri-qanuni aktlar tərtib olunmuşdur. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Cərimə tam qərəzli şəkilədə yazılmışdır. Hesab edir ki, qeyri-qanuni yazılan cərimə əsasız olduğuna görə silinməlidir. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa sayğacın təmir edilməsinin onun tərəfindən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Ümumiyyətlə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh əməkdaşları tərəfindən qərəzli şəkildə borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq, iddia ərizəsinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı öz iddia ərizəsində bildirir ki, **********20000 saylı istehlakçı hesabı üzrə yaranmış 8166,05 manat borc məbləğini silinsin. Lakin aşağıda göstərilən əsaslarla onun bu tələbi irəli sürməyə heç bir subyektiv hüququ yoxdur. Belə ki, 1-ci borc İddiaçı adına olan istehlakçı hesabına deyil X6 yazılıb, 2ci İddiaçı "Azəriqaz" İB ilə qarşılıqlı öhdəliklərini müəyyən edən heç bir müqaviləsi yoxdur, 3-cü borc yazılan ünvan abonent saldosunda ünvan 2öngə 4, ev 14B göstərilmiş, lakin İddiaçı mülkiyyətini təsdiq edən sənəddə ünvan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X24 küçəsi, giriş 268 göstərilmişdir. Yəni çıxarışda göstərilən ünvan abonent saldosunda göstərilən ünvan deyil, 4-cü bütün aktlar və tələbnamələr İddiaçı adına deyil, X3 adına rəsmiləşdirilmişdir. 5-ci İddiaçı atası X3 vərəsəsi olduğunu təsdiq edən heç bir vərəsəlik şəhadətnaməsi yoxdur. Yuxarıda 5 (beş) bənddə sadalanan əsaslarla müəyyən olunur ki, İddiaçı borcun silinməsi tələbini irəli sürülməsinə yönəlik heç bir subketiv hüququ yoxdur. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş edir. İddiaçı heç bir borcu yoxdur, borc Axundov Rafiqin borcudur. Çox güman ki evi satıblar, çünki Maştağa qəsəbəsi, Şeyx Hüseyn küçəsi döngə 4, ev 14 B ilə bağlı vərəsəliyi də təsdiq edən heç bir sənəd yoxdur. Cərimələrin əsassız olduğunu desə də, ödənişlər etmişdir. Əvvəl abonent kodu Axundov Rafiqin adına olsa da, indi X11 adınadır. İddiaçı bu ünvana aid deyil. Vaxtı ilə Axundov Rafiqin adına aktlar yazılıb. Abunə kodu bir dənə olur, Kənan borclar ödəniləndən sonra abunə kodunu çıxarış əsasında öz adına keçirir. 2020-2021-ci illər aktlarını məhkəmədə mübahisələndirməmişik, ödənişlər edirdi. X8 ola bilər, amma vərəsəlik üzrə heç bir sənədini təqdim etməyib. Bütün aktları elektron sistemə yerləşdirmişlər, 2010-cu ildən hazırkı günədək aktlar, sərfiyyat göstərilib. Rafiqin müqaviləsi var, təxminən 6000 manata yaxın akt borcudur. Aktları qanunsuz hesab etsəydilər, ödəniş etməzdilər, borcu etiraf edirlər. İddiaçının bu işə aidiyyəti olmadığı və borc tam ödənildiyi üçün iddianın rədd olunmasını xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bilgəh yolunun üstü, sahə 7 (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X25 küçəsi, giriş 26B) ünvanında yerləşən 0.0440 ha torpaq sahəsi xx.xx.2025-ci il tarixdən İddiaçı mülkiyyətindədir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2007-ci il tarixli arayışından görünür ki, Maştağa rayonu, ZDS-i İK-nin 28 fevral 1958-ci il tarixli 32 saylı qərarına əsasən fərdi yaşayış evi tikmək üçün ona Maştağa qəsəbəsi X24 küçəsi 4-cü döngə ev 16 (Maştağa qəsəbəsi Bilgəh yolu üstü adlanan yerdən 7 №-li torpaq sahəsi) ünvanda ayrılmış torpaq sahəsində tikdiyi mülkün ünvanı Maştağa qəsəbəsi, X24 küçəsi, 4-cü döngə ev 16-dır. - İİ-ЖГ seriyalı, 282411 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1973-cü il tarixdə doğulmuşdur, atası X9, anası X1r. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, X10 ilə X12 xx.xx.1995-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. - AZ-İ seriyalı, 694945 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2014-cü il tarixdə ölmüşdür. İş materiallarında olan abonentin saldosundan görünür ki, X3 yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 604.80 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 489.60 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 518.40 manat məbləğində borc xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan abonentin saldosundan görünür ki, **********20000 saylı abunə kodu hazırda X11 adınadır və həmin koda hesablanmış 8182.98 manat borc üzrə 2025-ci ilin avqust ayında 8183 manat pul ödənilmişdir. Hazırda borc yoxdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X4 məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi bütün aktlar X2 adına tərtib edilmiş, sonuncu isə xx.xx.2014-cü il tarixdə ölmüşdür. X7 iddiaçının atası olmuşdur. Belə olan halda, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ mövcud olmuşdur. İddiaçının mərhum atası X7 xx.xx.2014-cü il tarixdə ölməsinə baxmayaraq, sağlığında yaşamış olduğu fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 604.80 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 583.20 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 489.60 manat məbləğində borc, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 295.20 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1188 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 518.40 manat məbləğində borc xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 540 manat məbləğində borc, cəmi 6069.60 manat borc hesablanmışdır. X7 xx.xx.2014-cü il tarixdə öldükdən sonra 04/20xx-xx/2021- ci illər ərzində yazılmış aktlar mötəbər sayıla bilməz və həmin aktlar üzrə hesablanmış 6069.60 manat borc əsassız sayılmalıdır. İddiaçının məhkəməyə müraciət etdiyi xx.xx.2025-ci il tarixə həmin abunə koduna hesablanmış 8166.05 manat məbləğində borcdan aktlar üzrə hesablanmış 6069.60 manat borcu çıxsaq, qalan 2096.45 manat borc isə debitor borc olmuşdur (81xx.xx- 6069.60=2096.45). Məhkəmə araşdırması zamanı, həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 1 yerləşən fərdi yaşayış evinə dair abonent saldosu (**********20000 saylı abunə kodu) hazırda X11 adınadır və həmin koda hesablanmış 8182.98 manat borc üzrə 2025-ci ilin avqust ayında 8183 manat pul ödənilmişdir. Hazırda borc yoxdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə hesab edir ki, iddia qismən – aktlar üzrə hesablanmış 6069.60 manat borcun silinməsi hissəsində əsaslı olsa da, hazırda borc iddiaçı tərəfindən tam şəkildə ödənildiyindən və borc olmadığından iddia rədd edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “təbii qazdan istifadəyə görə əsassız hesablanmış 8166.05 manat məbləğində borcun silinməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-4793/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4793/2025
17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver