Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-48/2025 22.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, Ərizəçi ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi nəzdində “Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Rabilitasya Müəssissəsi”nin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi nəzdində “Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Rabilitasya Müəssissəsi” maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə informasiya” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq müdafiə etdikləri əvvəllər müəssisədə benefisiyar olmuş İsmayilova (Əhədova) Ballı Məcid qızı və Fedosova (Feyzullayeva) Aleftina Mixayılovna müəssisədən xaric edildiyindən ərizənin baxılmamış saxlanılmasını, ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət təmin edilməli, ərizə baxılmamış saxlanılmalı və ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Vəsatət təmin edilsin. Ərizəçi ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi nəzdində “Həssas Əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Rabilitasya Müəssissəsi”nin maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-48/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-48/2025
22.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver