Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-480/2024 23.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X4”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X3”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, o, xx.xx.1989-cu il tarixli, 30/2189 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən anası, X1 adına olan ünvan 1 ünvanında yerləşən əmlaka dair "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsi üçün Bakı şəhəri 17 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Ermənistan SSR, Kalinino rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə Ərizəçi verilmiş doğum haqqında şəhadətnamə qaçqınlıq dövründə itdiyindən, 17 saylı Notariat Ofisinin notariusu "Vərəsəlik hüququ haqqında şəhadətnamə"nin verilməsindən imtina etmişdir. X2 xx.xx.1985-ci il tarixdə vəfat etmiş və Ermənistan SSR Kalinino rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1989-cu il tarixdə "ölüm haqqında şəhadətnamə” verilmişdir. Anası X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə "ölüm haqqında şəhadətnamə" verilmişdir. O, xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək Ermənistan SSR, Kalinino rayon VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnaməsinin itməsi səbəbindən "doğum haqqında akt qeydinin bərpa edilməsi"ni xahiş etmişdir. Lakin, Maraqlı şəxs tərəfindən "doğum haqqında akt qeydinin bərpa edilməsi" məsələsinin qeydiyyat orqanında mümkün olmadığını, bu barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydinin bərpa ediləcəyini və "doğum haqqında şəhadətnamə" ilə təmin olunacağı bildirilmişdir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o, ərizəçinin qonşusu olmuşdur. Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmuşdur. Onun anası X3, milliyəti azərbaycanlı, X2, milliyəti azərbaycanlı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, ərizəçi bacısıdır. Təsdiq edir ki, qardaşı xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmuşdur. Onun anası X3, milliyəti azərbaycanlı, X2, milliyəti azərbaycanlı olmuşdur. 1988-ci ildə köçəndə qardaşı Müsəllimin doğum haqqında şəhadətnaməsi Ermənistanda qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid, ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Qardaşı Müsəllim xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmuşdur. Onun anası X3, milliyəti azərbaycanlı, X2, milliyəti azərbaycanlı olmuşdur. Ona məlumdur ki, 1988-ci il köçəndə qardaşı Müsəllimin doğum haqqında şəhadətnaməsi digər bütün sənədlər kimi Ermənistanda qalmışdır. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində anadan olmuşdur. Qeydiyyat ünvanı ünvan 2şdirmə işinin aparılması ilə əlaqədar şəhadətnamə tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Şəxsiyyətini təsdiq edən yeganə sənəd şəxsiyyət vəsiqəsidir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər Ərizəçi AA ******* seriya nömrəli şəxsiyyət vəsiqələrinin surəti, şahid ifadələri, ərizəçinin 8 illik məktəb şəhadətnaməsinin surəti, A 799143 seriya nömrəli diplomun surəti, anası Yevgeniya İbrahimovnanın əmək kitabçasının surəti, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubu və digər sənədlərlə təsdiqlənir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında – “X4”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X3”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1970-ci il tarixdə Ermənistan SSR, Kalinino rayonu, Evli kəndində doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında – “X4”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X3”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-480/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-480/2024
23.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver