Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4802/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsədin sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi, maraqlı şəxs 5 saylı Maraqlı şəxseydiyyat şöbəsi olmaqla, doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində ev şəraitində qız uşağı doğulması faktının müəyyən edilməsi və uşağın doğum haqqında şəhadətnaməsində anası Ərizəçi olması faktını müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, Seymur Musa adlı şəxslə qeyri-rəsmi ər-arvad münasibətində olub və bu münasibətdən 19 sentyabr 2018-ci ildə Zeynəb adlı qız övladı ev şəraitində anadan olmuşdur. Müəyyən səbəblərdən yəni uşağın atası Seymur adlı şəxs barədə tam malumatı olmadığı üçün və qızı Zeynəb ev şəraitində anadan olduğu üçün doğum haqqında şəhadətnamə ala bilməyib. Uşağa doğum haqqında şəhadətnamənin verilməsi üçün xx.xx.2023-cü il tarixində 5 saylı Bakı Maraqlı şəxseydiyyat Şöbəsinə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və imtina məktubunu təqdim edərək bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Doğum haqqında şəhadətnamə uşağın ərizəçinin üzərinə qeydə alınması və uşağın təhsil alması üçün lazım olduğundan, və bunu başqa qaydada ala bilmədiyindən məhkəməyə doğum faktının müəyyən edilməsinə dair ərizə vermək qərarına gəlib. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edib məzmununa uyğun izahat verərək təmin edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Ərizəçi qonşusu olduğunu, hamilə olduğunu bildiyini və bir gün gecə vaxtdı doğumun həyata keçirilməsinə köməklik etməsi üçün çagırıblar. Məhkəmədə şahid qismində dindirilmiş X1 Zəhra Gəray qızının uzaq qohumu olduğunu, 2018-ci ilin sentyabr ayında bir qız uşağı doğmasını və o, gələn zaman evdə Telan xanımın olduğunu gördüyünü dedi. Məhkəmə ərizəçini, şahidləri dinləyib, iş üzrə toplanmış digər sübutları araşdıraraq və onlara qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Maraqlı şəxseydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-10-1662/2023 nömrəli cavab məktubunda tələb olunan Tibbi şəhadətnaməni onlara təqdim edilmədiyindən doğumun qeydə alınması tərəflərindən mümkün deyil və bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyə olunub. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 3 nömrəli qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Məhkəmə hesab edir ki, hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi ərizəçinin hüquqlarının əmələ gəlməsi, həyata keçirilməsi və təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyindən, Ərizəçi hazırkı ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, toplanmış və araşdırılmış sübutlar Ərizəçi bir qız uşağı doğması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-in 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2018-ci il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində ev şəraitində bir qız uşağının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4802/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4802/2023
05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver