Məhkəmə qərarları › İş №2(008)-4809/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4809/2023

25.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4809/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hüquqi hərəkətlərin icrasına törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərildiyi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “hüquqi hərəkətlərin icrasına törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona dəqiqləşdirmə ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinin mütəxəssisləri tərəfindən evlərə və torpaq sahəsinə baxış keçirilməsinə, yoxlama-ölçü işlərinin aparılması üçün onlara şərait yaradılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxışa cavabdehlər tərəfindən yaradılan maneələrə qadağan qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, babası X24 miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən əmlak xx.xx.2014-cü il tarixdə dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmiş və X26 vərəsələrinə 1/4 pay ayrılmışdır. X1 2014-cü ildə vəfat etmiş və onun 1/4 hissədə payı X4r. Həmin şəxs hal-hazırda İsraildə yaşayır. Payçılardan X11 digər payçıların razılığı ilə payına düşən torpaq sahəsinin 1/4 hissəsini mişar daşı ilə hasara almışdır. X2 2010-cı ildə vəfat etmiş və onun 1/4 hissədə payı cavabdehlər X3 və Cavabdeh2 Balağa oğlunun istifadəsindədir. O, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 (keçmiş Gənclər) küçəsi, ev 9 ünvanında yerləşən 773.10 m2 torpaq sahəsini dövlət reyestrində qeydiyyatdan keçirmək üçün xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Yoxlama-ölçü işlərinin aparılması və fərdi yaşayış evlərinə tam texniki baxış keçirilməsi üçün idarə tərəfindən həmin ünvana mütəxəssis göndərilmiş, lakin cavabdehlər X6 və Cavabdeh2 Balağa oğlu iddiaçıya və idarənin mühəndisinə qarşı kobud ifadələr işlətməklə mühəndisin işinə müdaxilə etmiş və sonda iddiaçının və mühəndisi zorla həyətdən çıxarmışlar. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********46 № li bildirişinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 küçəsi, ev 9 ünvanında yerləşən 773.10 m2 torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. İmtinaya səbəb kimi, payçılar tərəfindən şəraitin yaradılmaması və payçılardan X5 payına düşən torpaq sahəsinin 1/4 hissəsini mişar daşı ilə hasara alınması səbəbindən torpaq sahəsinin perimetrik ölçülərinin pozulması göstərilmişdir. İdarənin mütəxəssisinin rəyinə əsasən 773.10 m2 torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra X5 payına düşən torpaq sahəsinin 1/4 hissəsində dəyişiklik etmək mümkündür. Lakin digər payçılar, yəni cavabdehlər X6 və Cavabdeh2 Balağa oğlu X7 İsraildə yaşamasından istifadə edərək onun payını və iddiaçını həyətdən qovlamaqla onun da payını mənimsəmək istəyirlər. Bu səbəbdən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evlərə və torpaq sahəsinə baxış keçirilməsinə, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxşa və hasarın çəkilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrə görə cavabdehlərə qadağan olunması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək izahatında bildirdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 küçəsi ünvanında yerləşən 9 saylı evin ¼ hissəsi X8 qalmış, lakin o, 2010-cu ildə vəfat etmişdir. Onlar həmin ¼ hissəni miras əmlak kimi faktiki qəbul etmişlər və hazırda həmin hissə onların faktiki istifadəsindədir. Onlar aidiyyəti mütəxəssislər tərəfindən əraziyə baxış keçirilməsinə maneə törətmişlər. Lakin onlar da iştirak edəcəkləri təqdirdə, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bak Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən evlərə və torpaq sahəsinə baxış keçirilməsinə, həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün onlara şəraitin yaradılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxışa onlar tərəfindən yaradılan manelərin qadağan olunmasına dair qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul edib və digər cavabdehin izahatında göstərdiklərini təsdiq edib, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, nümayəndənin iştirakı olmadan Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX0323505 seriya nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 küçəsi ünvanında yerləşən 9 saylı evin ¼ hissəsi xx.xx.2014-cü il tarixdə yerləşdiyi torpaq sahəsi 0.03109 ha olmaqla İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, digər hissələr hər biri ¼ hissə olmaqla, X8, X9 və X10 məxsusdur. İşdə olan İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan aydın olur ki, paylı mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş fərdi yaşayış evinə tam texniki baxış keçirilməsinə digər payçılar tərəfindən şərait yaradılmamışdır. Həmçinin, elektron kadastr məlumatına əsasən təqdim edilmiş texniki pasportun baş planında göstərilən sahə ilə torpaq sahəsinin faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 küçəsi ünvanında yerləşən 9 saylı evin ¼ hissəsi xx.xx.2014-cü il tarixdə yerləşdiyi torpaq sahəsi 0.03109 ha olmaqla İddiaçı adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və həmin hissə faktiki onun istifadəsindədir. Evin digər - X8 verilmiş ¼ hissəsi isə hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 faktiki istifadəsindədir. Məhkəmə iclasında cavabdehlərin verdikləri izahatdan görünür ki, onlar aidiyyəti qurumun əməkdaşları tərəfindən mübahisə predmeti olan evə baxış keçirilməsinə mane olmuşlar. Lakin hazırda maneə törətmir və iddia tələbinin təmin edilməsinə razıdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-152.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə olan halda, məhkəmə işin faktiki hallarını və iş materiallarını, o cümlədən cavabdehlərin iddinı qəbul etmələrini nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 küçəsi ünvanında yerləşən 9 saylı evə və yerləşdiyi torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin tam texniki baxış keçirilməsinə, yoxlama-ölçü işlərinin aparılmasına, həyətyanı torpaq sahəsinə giriş-çıxışa cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən maneə yaradılması qadağan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Eyni zamanda, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, cavabdehlərin iddianı etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, X30 küçəsi ünvanında yerləşən 9 saylı fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tam texniki baxış keçirilməsinə, yoxlama-ölçü işlərinin aparılmasına və həyətyanı torpaq sahəsinə giriş-çıxışa maneələr yaradılması cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar