Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4835/2021 14.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, iddiaçı X1 cavabdeh «xxxx» ASC-nin Sabunçu rayon Enerji və satışı İdarəsinə qarşı abonent kodunun addan ada keçməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərədən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı X1 cavabdeh «xxxx» ASC-nin Sabunçu rayon Enerji və satışı İdarəsinə qarşı məhkəmədə iddia qalıdraraq Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsində yerləşən fərdi yaşayış evinin işıq kodunun X3 adından çıxarılaraq onun adına dəyişdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, yolaşı öldükdən sonra yaşadığı evdə abonentin işıq kodu onun adında qalmışdır. Kodun adına kiçirilməsi barədə müraciət etməyinə baxmayaraq bundan imtina edilmşdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməldir. Ərizənin məzmunundan görünür ki, mübahisə inzibati məhkəmə icraatı qaydasında həll olunmalıdır. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Məhkəmə hesab edir ki, hazırki iddia «xxxx» ASC-nin inzibati funksiyası ilə əlaqəlidir və bu əsasdan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq inzibati icraat qaydasında verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin: 153.2-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə; 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir; 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur; 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 267- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddianın yolverilməzliyinə görə X1 cavabdeh «xxxx» ASC-nin Sabunçu rayon Enerji və satışı İdarəsinə qarşı abonent kodunun addan ada keçməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. X2 hazırki iddia tələbi ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4835/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4835/2021
14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver