Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-4850/2020 10.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Cavabdeh iştirakları ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən təbbi qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2837,60 manat məbləğində dəymiş ziyanın və 30 manat dövlət rüsumunun, cəmi 2867,60 manat pulun “İddiaçı” İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək iddia ərizəsini qəbul etməkdən imtina edilməsi barədə qərardad çıxarılmasın xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə “İddiaçı” İB-nə qarşı Cavabdeh hesab koduna qanunsuz hesablanmış 2367,10 manat məbləğində pulun qanunsuz hesab edilməsi barədə «İstehlakçı hüqununun müdafiəsinə, aktın ləğvinə və akt əsasında tətbiq edilmiş 2367,10 manat məbləğin hesab kodundan silinməsinə dair» Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 5 ünvanında 30 ildən artıq yaşayan cavabdehin qohumu X2 oğlu X1 rayon məhkəməsinə müraciət etmiş və Sabunçu Rayon Məhkəməsinin 2(008)-858/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş və qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında qeyd etdi ki, eyni predmet barəsində Saubunçu rayon məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, hazırkı iddia üzrə yekun məhkəmə aktı çıxarıldığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh tərəfindən məhkəməyə dəqdim olunmuş sənədlərdən görünür ki, eyni predmetinə dair Sabunçu Rayon Məhkəməsinin 2(008)-858/20 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mövcuddur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi artıq iddiaçı “İddiaçı” İB ilə Cavabdeh arasında olan mübahisəyə hüquqi qiymət verilmişdir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4850/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-4850/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver