Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4864/2024 07.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X8, Ərizəçi, onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi oğlunun maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə ilə barədə ərizə ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək X12 xx.xx.2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində doğulması, anasının X9, atasının X4ması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il təvəllüdlü X14 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X18 Baş İdarəsinin icraatında olan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-2-ci (məcburi əmək) maddəsi ilə cinayət işi üzrə zərərçəkmiş şəxsdir. O, insan alveri qurbanı olan uşaq kimi AR DİN İAQMBİ-nin tabeliyində olan, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən “insan alveri qurbanları üçün” Sığınacağa yerləşdirilmişdir və hal-hazırda o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydalar”na müvafiq olaraq müxtəlif növ yardımlar alır. Marat Rusanenko, xx.xx.2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində ev şəraitində anadan olmuşdur. Onun anası X9 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Onun valideynlərinin nikahları olmamış, atası Qriqoriy Anatolyeviç haqqında heç bir məlumat yoxdur. Marat Rusanenkonun doğum faktını onun nənəsi X16, xalası X17 və digər şəxslər məhkəmədə təsdiq edə bilərlər. Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 109 nömrəli xx.xx.2024-cü il tarixli Sərəncamı ilə ərizəçi X12 qəyyumu təyin edilmişdir. Marat Rusanenko cinayət işi üzrə zərərçəkmiş şəxs qismində iştirak etdiyi üçün onun ifadələri cinayət işinin araşdırılması üçün zəruridir. Lakin, onun şəxsiyyyətini müəyyən edən sənədlər olmadığı üçün Marat Rusanenkonun ifadəsi alınması qeyri-mümkündür. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 109 №-li xx.xx.2024-cü il tarixli Sərəncamı ilə Ərizəçi xx.xx.2017-ci il tarixdə doğulmuş X12 qəyyumu təyin edilmişdir. Həmin sərəncamdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X18 Baş İdarəsinin rəhbərliyi, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Marat X1 Ələsgərov tərəfindən dilənçilik etməyə məcbur edilməsi faktının aşkar edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli məktubla Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müəyyən olunmuşdur ki, yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü şəxsiyyətini təsdiq edən sənədi olmayan M.Q.Rusanenko Baş idarəyə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa (Bakı şəhəri, Nərimanov rayon ərazisində yerləşir) yerləşdirilmiş, ona tibbi və psixoloji yardım göstərilmiş və barəsində qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada sosial reabilitasiya tədbirləri həyata keçirilmişdir. M.Q.Rusanenkonun qayğısına sığınacaq rəhbəri Ərizəçi qalır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan X18 Baş İdarəsi tərəfindən aşağıdakı məzmunda xx.xx.2024-cü il tarixli arayış verilmişdir. Daxili İşlər Nazirliyinin İnsan X18 Baş İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2017-ci il təvəllüdlü X12 dilənçilik etməyə məcbur edilməsi faktı aşkar edilmiş, istintaq orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144-2-ci (məcburi əmək) maddəsi ilə cinayət işi başlanmış, hazırda istintaq aparılır. Yetkinlik yaşına çatmayan, şəxsiyyətini təsdiq edən sənədi olmayan Marat Rusanenko Baş İdarəyə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün sığınacağa (sığınacaq Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşir) yerləşdirilmiş, ona tibbi və psixoloji yardım göstərilərək qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş qaydada barəsində sosial reabilitasiya tədbirlərinin həyata keçirilməsi davam etdirilir. Nazirlər Kabinetinin 2009-cu il 19 noyabr tarixli 180 nömrəli qərarı ilə təsdiq edilmiş «İnsan alveri qurbanı olmuş uşaqların sığınacaqda yerləşdirilməsi və saxlanılması Qaydaları»nın 5-ci bəndinin icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciətlər edilmiş, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli Sərəncamı ilə sığınacağın direktoru Ərizəçi Marat Rusanenkoya qəyyum təyin edilmişdir. Marat Rusanenkonun qeyd olunan cinayət işi üzrə aparılan istintaq hərəkətlərində iştirakını təmin etmək məqsədilə onun şəxsiyyətini təsdiq edən sənədlə təmin edilməsi zərurəti yaranmışdır. X9 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X13, anası X7 (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış). X9 xx.xx.2019-cu il tarixdə ölmüşdür (Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 206065 №-li ölüm haqqında şəhadətnamə). Məhkəmə iclasında şahidlər X17 (Kristinanın bacısı), X16 (Kristinanın anası) Maratın xx.xx.2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində doğulması, anasının X9, atasının X4ması faktını təsdiq etdilər. Hazırda ərizəçi Maratın doğum faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Yuxarıda qeyd olunan hallardan görünür ki, X14 xx.xx.2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində doğulmuşdur, anası X9, atası X3. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: X12 xx.xx.2017-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsində doğulması, anasının X9, atasının X4ması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi X14 barəsində doğum akt qeydinin açılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4864/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4864/2024
07.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver