Məhkəmə qərarları › İş №2(008)-4866/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4866/2024

14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4866/2024 14.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Ərizəçi, onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək onun 1996-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı, heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun İlməzli kəndində anadan olmuşdur. 1969-cu ildə həmin kənddə orta məktəbinin birinci sinfinə getmiş və 1978-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. Elə həmin ildə də, Gürcüstan SSR Bolnisi rayon 114 №-li orta texniki peşə məktəbinə daxil olaraq 1981 -ci ilə kimi orada təhsil almış və “kimyəvi və bakterioloji analiz üçün laboratoriya köməkçisi” ixtisasına yiyələnmişdir. xx.xx.1983-cü il tarixdə X6 ilə nikaha daxil olmuş, nikahdan dörd uşağı doğulmuşdur. 1988-ci ilin dekabr ayında azərbaycanlıların Ermənistandan deportasiyası zamanı əri, qardaşı və qardaşının ailə üzvləri ilə birlikdə qaçqın kimi Azərbaycan Respublikasına gələrək Balakən rayonunun Kortala kəndində məskunlaşmışlar. Uşaqları çox kiçik olduqları üçün onlarla birlikdə Azərbaycana gələ bilməmiş, iki azyaşlı uşağı ilə birlikdə Gürcüstanın Marneuli rayonunda yaşayan bacısının evinə getmişdir. Əvvəl əri gəlib Azərbaycanda yaşamaqları üçün yer müəyyən etməli, sonra o, uşaqları ilə birlikdə Azərbaycana gəlməli idi. Təxminən 1989-cu ilin aprel ayının sonlarında o, qaçqın kimi Azərbaycana gəlmiş və əri, iki uşağı və qaynının ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanına köçüb orada yaşamışdılar. 1990-cı ilin sentyabr ayında ailə üzvləri ilə birlikdə (əri və uşaqları) işləmək məqsədilə Ukrayna Respublikasına getmiş və 1996-cı ilə kimi orada yaşamışdır. O, orada Luqansk vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində yaşayış yeri üzrə qeydiyyata alınmış, lakin faktiki olaraq Luqansk vilayətinin Starobilsk rayonunun Baydovka kəndində yaşamışdılar. Ukraynada yaşadıqları müddətdə onlar Azərbaycana da gəlib-gedirdilər. xx.xx.1996-cı ildə Ukraynadan Azərbaycana qayıtmış, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycanda yaşamışdır. Azərbaycana qayıtdıqdan sonra 2008-ci ilə onlar ünvan 1 ünvanında yaşamış, 2008-ci ildə həmin mənzil satıldığı üçün oradan çıxaraq ünvan 2 ünvanına köçmüşdülər. Bir müddət sonra isə Bakı şəhəri, Sabunçu rayonöu, Ramana qəsəbəsi, Südçülük sovxozu ərazisində ev tikərək oraya köçmüşlər, hazırda həmin ünvanda yaşayırlar. X2 xx.xx.1960-cı il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 4 ünvanında yaşayır, "xxxx" MMC-də “kafel - metlax üzləyicisi” vəzifəsində çalışır. X3 xx.xx.1984-cü il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 5 ünvanında yaşayır, 187 nömrəli tam orta məktəbdə “ingilis dili” müəllimi vəzifəsində çalışır. X1 xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 6 ünvanında yaşayır, işləmir. X18 Fəhradovna xx.xx.1990-cı il tarixdə Ukrayna SSR-nin Voroşilovqrad (indiki Luqansk) vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda Şamaxı rayonu, Meysəri kəndində yaşayır, o, Meysəri kənd orta məktəbində “azərbaycan dili və ədəbiyyat müəllimi” vəzifəsində çalışır. X19 Fəhradoviç xx.xx.1995-ci il tarixdə Ukrayna Respublikasının Luqansk vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, hazırda ünvan 4 ünvanında yaşayır, “Mətanət A” şirkətində “keyfiyyətə nəzarət üzrə mütəxəssis” vəzifəsində çalışır. Ermənistan SSR-dən Azərbaycana qaçqın kimi gəlmiş ailə üzvlərimin hamısı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilsələr də, o, bu vaxta qədər Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlə təmin edilməmişdir. Hazırda onun hər hansı bir ölkənin vətəndaşlığına mənsubiyyətini təsdiq edən sənədi yoxdur, bu səbəbdən də o, vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək mənim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimin müəyyənləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixik ******* nömrəli arayışından görünür ki, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətim tanınmamışdır. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciət edərək mənim Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmiş, DMX xx.xx.2022-ci il tarixli, R/İ-1815 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: “Təqdim edilmiş sənədlərə əsasən aparılmış icraat nəticəsində Sizin “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığınız müəyyən edilmişdir. Odur ki, 1996-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağınız və heç bir dövlətin vətəndaşlığına mənsub olmamağınız faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilərsiniz. ” Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək aşağıdakı vəsatətlər verilmişdir:

1. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd (faktiki hala görə Gürcüstan) təqdim edilməsini;

2. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə şəxsin ölkə ərazisindən girişçıxışının qeydə alınıb-alınmaması barədə sorğunun göndərilməsini;

3. 1-ci və 3-ci bənd üzrə müvafiq sənədlərin elektron məhkəmə sisteminə əlavə edilməsini;

4. 1-ci bənddə göstərilən sənəddə vətəndaşlığının olmaması və 3-cü bənddə girişçıxışının olmaması təsdiqlənəcəyi halda şəxs ərizəsinin təmin olunmasına tərəflərindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılması. Vəsatətlrə onunla əsaslandırılmışdır ki, ərizəçinin “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Lakin bununla bərabər, Dövlət Sərhəd Xidmətinə müvafiq sorğunun göndərilməsi məqsədəuyğun hesab olunur. Əlavə olaraq bildirilir ki, ərizəçi ərizəsində dəqiqləşmə apararaq Azərbaycan Respublikasına gəlmə tarixi barədə müvafiq məlumat verməlidir. Maraqlqı şəxs məhkəmə baxış iclasında nümayəndəsinin iştirirakını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi, onun vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə, ərizəçi tərəfin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi BMT QAK mandatı altında olan şəxsdir, o, xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun İlməzli kəndində doğulmuşdur, atası X10 və anası X12r (İ-ZJ № 457581 doğum haqqında şəhadətnamə). Ərizəçi xx.xx.1983-cü il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunun İlməzli kəndində X6 nikahını bağlamışdır (İİ-SL № 308933 №-li nikah haqqında şəhadətnamə). Ərizəçini X2 Azərbaycan Respublikasının vətəndaşıdır (AA5498176 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçinin dörd uşağı var, onların ikisi Gürcüstanda, ikisi Ukraynada doğulmuşdur. Belə ki, X3 xx.xx.1984-cü il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır (Vİ-Tİ seriyalı 333497 №-li doğum haqqında şəhadətnamə, AZ-İ seriyalı 227563 №-li nikah haqqında şəhadətnamə, AA2619689 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X1 xx.xx.1987-ci il tarixdə Ermənistan SSR-nin Kalinino rayonunda doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır (V-SL seriyalı 486243 №-li doğum haqqında şəhadətnamə, 278387 №-li nikah haqqında şəhadətnamə, AA4438116 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X18 Fəhradovna xx.xx.1990-cı il tarixdə Ukrayna SSR-nin Voroşilovqrad vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır İV seriyalı 408291 doğum haqqında şəhadətnamə, AZ-İ seriyalı 901899 №-li nikah haqqında şəhadətnamə, AZE seriyalı 15355503 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X19 Fəhradoviç xx.xx.1995-ci il tarixdə Ukrayna Respublikasının Luqansk vilayətinin Starobilsk rayonunun Kalmıkovka kəndində doğulmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır (İ-QD seriyalı 296127 №-li doğum haqqında şəhadətnamə, AA2147998 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Maraqlı şəxs Qaçqin Statusunun мüəyyənləşdirilməsi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-37/2-İ-5387-xx-xx-16207/2023 №-li arayışdan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, xx.xx.1961-ci il təvəllüdlü Rafiqə İsmailovaya (himayə sənədi Nq ***-*******3) ondan ötrü ki, o, Dövlət Miqrasiya Xidməti tərəfindən 8 iyun 2023-cü il tarixindən 30 iyun 2024-cü il tarixinədək ünvan 7 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. X9 Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə xx.xx.2024-cü il tarixdə daxil olmuş məktubdan görünür ki, Dövlət Miqrasiya Xidmətində olan məlumatlara və Ukrayna DMX-nin ərazi orqanlarının mövcud qeydlərinə əsasən (müvəqqəti olaraq öz səlahiyyətlərini yerinə yetirməyən Krım MR-da Ukrayna DMX-nin Bİ, Ukayna DMXnin Sevastopol şəhərindəki idarəsi və Ukrayna DMX-nin Donetsk vilayətindəki Baş idarəsinin və Ukrayna DMX-nin Luqansk vilayətindəki idarəsinin ayrı ərazi bölmələri və aktiv döyüş hərəkatları aparılan ərazilərdə yerləşən DMX-nin ərazi bölmələri istisna olmaqla) xx.xx.1961-ci il təvəllüdlü Ərizəçi siyahıya alınmayıb. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ******* №-li arayışa əsasən Ərizəçi Azərbaycan Respublikası vətəndaşı olmadığı müəyyən edilmişdir. Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-1614/2-8293/2024 №-li arayışdan görünür ki, Gürcüstan Ədliyyə Nazirliyinin X4 Agentliyinə təqdim edilmiş sənədlərə əsasən Ərizəçi Gürcüstan vətəndaşı hesab olunmur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən Ərizəçi dövlət sərhədindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. Hazırda ərizəçi onun heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında xx.xx.1996-cı il tarixdən daimi yaşaması faktının müəyyən edilməsi istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında’' Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. 310.2-ci maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 №-li Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 12-ci bəndi ilə müəyyən edilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddənin 4-cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1- dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir .Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. 12.1-ci bəndi ilə müəyyən edilmişdir ki, bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. 12.2-ci bəndi ilə müəyən edilmişdir ki, həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1961-ci il tarixdə Ermənistan SSR-də doğulmuş, 1983-cü il tarixdə orada nikaha daxil olmuş, iki uşağı Gürcüstanda, iki uşağı Ukraynanı doğulmuş, 1996-cı ildə Azərbaycana gəlmiş, ondan sonra sərhədini keçməmiş və daimi burada yaşamışdır, Gürcüstan və Ukrayna vətəndaşı olmamışdır. Odur ki, məhkəmə hsab dir ki, ərizə təmin edilməli, ərizəçinin heç bir dövlətn vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında 1996-cı il tarixdən daimi yaşaması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. Ərizəçi 1996-cı il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşamağı, heç bir dövlətin vətəndaşlığına mənsub olmamağı faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar