Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4868/2025 06.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi ilə, Məhkəmə islas katibi X4, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxs cəlb edilməklə ölüm faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri, Maraqlı şəxs cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 25 fevral 1950-ci ildə Bakı şəhərində doğulmuş anası X2 08 may 2010-cu il tarixində Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası X7, 25 fevral 1950-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yaşamışdır. X7 08 may 2010-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Sabunçu rayonu Kürdəxanı qəsəbəsi H.Hacıyev küçəsində yerləşən 2 saylı qəbiristanlıqda dəfn edilmişdir. Lakin anasının ölümündən sarsıldığından və hüquqi savadsızlığından anasının ölüm haqqında şəhadətnaməsinin alınması üçün zamanında müraciət edə bilməmişdir. Hazırda atasından miras qalmış əmlakla bağlı anasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ”X15 “Bakı Baş Səhiyyə Mərkəzi” X15 Kürdəxanı Sağlamlıq Mərkəzinə müraciət etmiş, Mərkəzin ona ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilir ki, X2 ölüm tarixi 08 may 2010-cu il olduğuna və poliklinikanın arxivində bu tarix aralığında vaxt baxımı ilə heç bir sənəd olmadığına görə ölüm barədə sənəd təqdim edə bilmirik. Bununla əlaqədar Bakı şəhəri Maraqlı şəxsnə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Həmin orqanın 05 iyun 2025-ci il tarixli cavab məktubunda qeyd edilir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Buna görə, də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Göründüyü kimi, anasının ölüm haqqında şəhadətnaməsini başqa yolla ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin müddəalarını rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərərk, ərizəsiin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda, qeyd etdi ki, hazırki faktın müəyyən edilməsi ata-babadan qalan mülkün sənədlərinin bərpa edilməsi üçün lazımldır. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından aşağıdakılar görünür. Ərizəçi xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, Sabunçu rayonunda qeydiyyatdadır. AZ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, xx.xx.1955-ci il tarixdə doğulmuş Ərizəçi anası X5r. Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası X7 xx.xx.2010-cu il tarixdə vəfat etmiş və 2 saylı qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası «TƏBİB» «Bakı Səhiyyə Mərkəzi» X16 Kürdəxanı Xəstəxanası tərəfindən verilmiş 18-1-1-102/3-102/2025 №-li xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 qeydiyyat şöbəsində ölüm faktının qeydə alınması mümkün deyil. X1 (ərizəçinin bacısı, Ş/V seriyası AA6915570 №-li), X3 (ərizəçinin bacısı, Ş/V seriyası AA1201917 №-li), X8 (ərizəçinin qardaşı, Ş/V seriyası AA4432065 №-li) X2 xx.xx.2010-cu il tarixdə öldüyü faktını təsdiq etmişdilər. Hazırda ərizəçi anası X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 nömrəli qərarlarının 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Həmin Qanunun 9.2-ci bəndinə əsasən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi ölüm haqqında şəhadətnamənin alınması ilə əlaqədar, eyni zamanda adıçəkilən fakt daşınmaz əmlaka dair sənədlərin bərpa edilməsi üçün tələb olunur. Qeyd olunanlara əsasən məhkəmə ərizənin təmin edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X13
Məhkəmə qərarları › İş №2(008)-4868/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4868/2025
06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver