Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4869/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X27 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Sabunçu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum, X6 06 avqust 1979-cu ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə ona xx.xx.1992-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamədə ata adı qrafasında X4 qeyd aparılmışdır. Atası, X11 xx.xx.1968-ci ildə Bakı şəhərində doğulmuş, ona bu barədə xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamə verilmiş, şəhadətnamənin ata adı qrafasında X5 qeyd aparılmışdır. Atası xx.xx.2016-cı ildə vəfat etmiş, babası X16 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. Babasının atası X13 xx.xx.1906-cı ildə Bakı şəhərində doğulmuş, xx.xx.1979-cu ildə vəfat etmişdir. Lakin ölüm haqqında şəhadətnamə alınmamışdır. Belə ki, onun babasının atasının səhhətində heç bir şikayəti olmamış, lakin 06 avqust 1979-cu ildə səhətində qəflətən dəyişkənlik baş vermiş və vəfat etmişdir. Bundan sonra mərhum Maştağa qəsəbəsində yerləşən “Pirşəhid” qəbristanlığında dəfn olunmuşdur. Mərhumun xx.xx.1979-cu ildə vəfat etməsi və “Pirşəhid” qəbristanlığında dəfn olunması faktı foto şəkillərlə, həmçinin Bakı şəhəri Maştağa Bələdiyyəsinin verdiyi xx.xx.2024-cü il tarixli arayışı ilə təsdiq olunur. Ərizəçi mərhumun vəfat etməsini və dəfn olunmasını təsdiq edən sənədlərə əsaslanaraq Sabunçu rayon qeydiyyat şöbəsinə müraciət edərək ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin qeydiyyat şöbəsindən verilmiş cavab məktubuna əsasən mərhumun ölümünü təsdiq edən tibbi şəhadətnamə olmadığından ölüm haqqında şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmiş və ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sabunçu Rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. - XVİİ-ЖГ seriyalı 266093 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1992-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X2r. - АЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1968-ci il tarixində Bakı şəhərində doğulmuşdur. X3r. - Sabunçu rayon Qeydiyyat şöbəsinin AZ-İ seriyalı, 796922 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixində Bakı şəhərində ölmüşdür. - ИЕ seriyalı 819386 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1906-cı ildə Bakı şəhərində doğulmuşdur. - İİİ-ЖГ seriyalı 450553 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8- 15-386/2024 nömrəli məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X7 X21”nın təsdiq edilməsi barədə xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarının 8.5-ci bəndinə əsasən ölüm faktını təsdiq edən (ölüm haqqında həkim və ya feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilməsi və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət olunması qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin 07 may 2024-cü il tarixli 3-48-DA/3- 35/2024 nömrəli arxiv arayışında Ərizəçi bildirilmişdir ki, 4 saylı Bakı “Asan Xidmət” Mərkəzindən daxil olan 03 may 2024-cü il tarixli ərizəyə cavab olaraq “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1937-ci ilə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında 16 (sənəddə olduğu kimi) avqust (sənəddə olduğu kimi) 1937-ci ildə doğulan X19 Zaman (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Atası: X32 (sənəddə olduğu kimi) Abdul oğlu, milliyyəti - azərbaycanlı Anası: X14, milliyyəti - azərbaycanlı kimi qeyd edilmişdir. - Bakı şəhəri Maştağa Bələdiyyəsi tərəfindən 06 aprel 2024-cü il tarixdə verilmiş 124 nömrəli məktubdan görünür ki, X13 xx.xx.1979-cu il tarixdə vəfat etmiş, Maştağa qəsəbəsi, “Pirşəhid” qəbiristanlığında dəfn olunmuşdur. - X6 qəbir daşının foto-şəkili də əlavə olunmuşdur. - Ədliyyə Nazirliyinin X7 Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-6168/2024 nömrəli sorğuya cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Z.Yaqubovun doğumu haqqında məlumat aşkar edilməmişdir. Məlumat verilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Xidmətin və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, X7 qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrinin və X7 reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv idarəsinə təhvil verilir. Göstərilənlərlə əlaqədar Z.Yaqubovun doğumu barədə sənəd qeyd edilən ildən əvvəlki dövrə aid olduğundan onun əldə edilməsi üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Dövlət Arxivinin 29 avqust 2024-cü il, 3-48-DA/2- 532/2024 nömrəli sorğuya cavab məktubundan görünür ki, 16 (sənəddə olduğu kimi) 08 (sənəddə olduğu kimi) 1937-ci il tarixində Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbəsində doğulmuş X19 Zaman (sənəddə olduğu kimi) oğlunun Bakı şəhəri Lenin (Sabunçu) rayonu Maştağa qəsəbə icra nümayəndəliyi tərəfindən xx.xx.1937-ci il tarixində tərtib olunmuş 340 nömrəli doğum haqqında akt qeydinin təsdiq olunmuş ksero surəti məhkəməyə təqdim olunmuşdur. Doğum haqqında akt qeydinin təsdiq olunmuş ksero surətindən görünür ki, X1 atası X25r. 06 avqust 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X22 ifadəsində ərizəçi onun bacısı nəvəsi olduğunu, Yaqubov Yaqub bacısının qaynatası olduğunu, Yaqubov Yaqub 1979-cu ildə vəfat etdiyini, bacısının qaynanasının adının Suqra olduğunuda bildirmişdir. 06 avqust 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iştirak edən şahid X23 ifadəsində Yaqubov Yaqub onun babası olduğunu, Yaqubov Zeynalabdin isə onun dayısı olduğunu, həmçinin Yaqubov Yaqubun ata adı Zeynalabdin olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1906-ci il tarixdə doğulmuş X6 (X15) xx.xx.1979-cu il tarixində ölməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-4869/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4869/2024
09.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver