Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4871/2023 01.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "cavabdeh tərəfindən iddaçı barəsində hesablanmış 1555,20 manat əsassız borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "cavabdeh tərəfindən iddaçı barəsində hesablanmış 1555,80 manat əsassız borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, mənzilində qaz xətti balans mənsubiyyəti sərhəddində quraşdırılmış, kodu adına olan mexaniki G-4 markalı **********8 nömrəli qaz sayğacı onun iştirakı və xəbəri olmadan Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2023-cü ildə xəttdən çıxarılmış və əvəzinə yeni sonradan ödənişli qaz sayğacı quraşdırılmışdır. Yeni sayğacın dəyişdirilməsi ilə bağlı heç bir müqavilə bağlanmamış və yeni sayğacın kartı mənzildə olan azyaşlı övladına təqdim edilmişdir. Bu səbəbdən mənzildə qaz təminatı dayanmışdır. O, xx.xx.2023-cü ildə "Asan kommunal" mərkəzinə yaxınlaşaraq kartı aktivləşdirmək istədikdə 1555,80 manat borc yazıldığı bildirilmişdir. "Azəriqaz" X1 Departamentinə getdikdə sayğacın yoxlanılmadığı və vizual baxış zamanı hesablama mexanizminin kənar təsir nəticəsində deşildiyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən iddiaçıya hesablanmış borcun 1555,80 manat deyil, 1555,20 manat olması məlum olduqdan sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 1555,20 manat əsassız borcun silinməsini xahiş etmiş və həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməmiş və iddiaya qarşı verdiyi xx.xx.2023-cü il tarixli yazılı etirazda bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda olan qaz sayğacına Cavabdeh əməkdaşları tərəfindən baxış keçirilərkən sayğacın hesablama mexanizminə müdaxil faktı aşkar edilmişdir. Aşkar edilən nöğqsanlar istehlakçıya bildirilmiş və sayğac əvəz olunaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlamanın rəyinə əsasən, sayğaca müdaxilə edildiyi və onun istifadəyə yararsız olduğu öz təsdiqini tapmışdır. Bununla əlaqədar xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etdiyinə görə işə onun iştirakı olmadan baxıldı. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Cavabdeh işçiləri tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Aktda göstərilmişdir ki, Balaxanı qəsəbəsi Musavat küçəsi 54A ünvanında istehlakçı İddiaçı adına olan mexaniki G-4 markalı **********8 nömrəli qaz sayğacının hesablama mexanizmi kənar təsir nəticəsində deşilmişdir. Həmin ev üzrə istehlakçının **********10000 nömrəli hesab kodu İddiaçı adına öncədən ödənişli G-4 markalı **********8 nömrəli qaz sayğacı xx.xx.2023-cü ildə ******* nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt" tərtib edilmiş və sonradan ödənişli yeni qaz sayğacı quraşdırılmışdır. İddiaçının adına olan abonentin saldosunda onun akt üzrə 2023-cü ilin aprel ayına 12960 kub.m qaza görə borcunun 1555,20 manat təşkil etdiyi göstərilmişdir. Həmin borc qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6 kub.m x 24 saat x 90 gün = 12960 kub.m x 0,12 manat = 1555,20 manat) hesablanmışdır. İşdə olan, xx.xx.2023-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, G-4 markalı **********8 nömrəli qaz sayğacının hesablama mexanizmi kənar təsir nəticəsində deşilmişdir. İşdə olan, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, İddiaçı qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 12960 kub.m itirilmiş qaz hesablanmışdır. İşdə olan, İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2023-cü ilin aprel ayına 12960 kub.m qaza görə borcu 1555,20 manat təşkil edir. İşdə olan xx.xx.2023-cü il tarixli "6970282 nömrəli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt" dan görünür ki, İddiaçı adına olan G-4 markalı **********8 nömrəli qaz sayğacı sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1-ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" qaz sayğacının hesablama mexanizminin kənar təsir nəticəsində deşilməsi ilə bağlı tərtib edilmiş və 1555,20 manat məbləğində borc həmin akt əsasında hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacın işlək vəziyyətdə olmamasının müəyyən edilməsi halı mübahisəsiz olsa da, sayğaca məhz İddiaçı tərəfindən müdaxilə olunmasını təsdiq edən heç bir sübut yoxdur, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında iddiaçıya 1555,20 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia təmin edilərək həmin borc silinməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1555,20 manat məbləğində borc silinsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.
Məhkəmə qərarları › İş №2(008)-4871/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4871/2023
01.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver