Məhkəmə qərarları › İş №2(008)-4873/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4873/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4873/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X1, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakdan qanunsuz istifadənin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakdan qanunsuz istifadənin qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 3 ünvanında yerləşən 9 saylı mənzildən cavabdehlərin istifadə etməsinin qadağan olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İddiaçı həmin evdə 1996-cı ildən pasport qeydiyyatındadır. Bütün qonşular kimi o da həmin evdə artırmalar etmişdir. Belə ki, ümumi sahədə olan sanuzel də evinin içində yerləşdirilmişdir. Bu hal bütün qonşular tərəfindən qəbul edilsə də, qonşulardan Cavabdeh1 və ailəsi buna razı olmadıqlarını bildirməklə, onun evinin içində yerləşən həmin yerə bir neçə şüşə banka qoymaqla iddiaçının və ailə üzvlərinin oradan istifadələrinə qadağa qoymuşlar. Bu dözülməz hal illərdir ki, davam edir. Cavabdehlər günün müxtəlif saatlarında evə icazəsiz daxil olmaqla orada olan lazımsız bankaları götürüb-qoymaqla iddiaçının və ailə üzvlərinin vəziyyətinin gərginləşməyinə səbəb olurlar. Dəfələrlə bununla bağlı aralarında problemlər yaranmış və onlar iddiaçını onun ərini polisə verəcəkləri ilə hədələmişlər. Cavabdehlərdən Cavabdeh2 Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində işlədiyi üçün iddiaçı daha çox çəkinmişdir. Lakin artıq bu hala dözə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bununla bağlı bildirir ki, yaşayış yerindən arayışdan göründüyü kimi, iddiaçı və ailə üzvləri 1996-cı ildən həmin evdə yaşayırlar. Həmin mənzil onların istifadəsindədir. Plan-eskiz layihəsindən də göründüyü kimi, həmin mənzil 54,0 kv.m yaşayış sahəsindən, 24,46 kv.m köməkçi sahədən və 3,0 kv.m əl damından ibarətdir. İddia ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsindən də göründüyü kimi, iddiaçı həmin mənzilin mülkiyyətçisidir. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil cavabdehlərin iddiaçıya məxsus ünvan 1-dan qanunsuz istifadəsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, məhkəmə iclasında iddiasını müdafiə edərək, nümayəndə və vəkilinin izahatında göstərdiklərini təsdiq edib, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, ünvan 2 ünvanı iddiaçının mülkiyyətində deyildir, oradakı əl damı ümumi istifadədir, o və ailə üzvləri həmişə həmin əl damından istifadə edəcəklər. Orada yaşayan hər kəs kimi, iddiaçı mənzilinin qarşısında artırma etmişdir, lakin həmin artırma onun və digər qonşuların ümumi istifadəsində olan əl damından istifadə etməyə maneələr yaratmışdır. O, həmin yerdən 10 ildən çoxdur ki, əl damı olaraq istifadə etmişdir. İddiaçı özünə məxsus olan mənzilin qapısını bağlayaraq ümumi istifadədə olan yolda başqa bir qapı açmışdır. Qonşular razı olsalar da, o və ailə üzvləri ümumi istifadədə olan yerin yalnız iddiaçı tərəfindən istifadə edilməsinə razı deyil. Qeyd olunanlara əsasən, cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı, 013178 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 3 saylı evin 9 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.1996-cı il tarixdə qeydiyyata alınmışdır. -Sabunçu rayon İcra Hakimiyyəti MKTB-nin 44 saylı MKİS-nin həmin mənzilə dair verdiyi plan cizgidə yaşayış sahəsinin 54 kv.m, köməkçi sahənin 24,46 kv.m və əlavə olaraq 3 kv.m əl damının olduğu göstərilmişdir. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı, 009737 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 3 saylı evin 11 saylı mənzili üzərində Cavabdeh4 xüsusi mülkiyyət hüququ xx.xx.1999-cu il tarixdə qeydiyyata alınmışdır. -Tərəflərin qonşuları Səmayə Əhmədova, Gülnarə İdrisova və Firdovsi Məmmədov tərəfindən tərəfindən tərtib edilərək imzalanmış aktlara əsasən onlar, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 3 saylı evin 9 saylı mənzilinə aid əlavə artırılmış tikilinin sakinlərə maneçilik törətmədiyini və orada yerləşən əraziyə iddia və şikayətlərinin olmadığını təsdiq etmişlər. - Məhkəmənin xx.xx.2023-cü il tarixli yerli baxış protokoluna əsasən, yerli baxış zamanı ünvan 3 ünvanında 2-ci mərtəbədə sol tərəfdə İddiaçı ailəsi ilə birlikdə yaşadığı artırmadan daxil olduqda solda təmirsiz halda sanuzel, sanuzeldən sağa doğru qıfıllı qapısı olan yer, uzun artırma, mətbəx, qonaq otağı, yataq otağından ibarət mənzil və 2-ci mərtəbədə sağ tərəfdə Cavabdeh4 ailəsi ilə birlikdə yaşadığı qonaq otağı, mətbəx, mətbədən solda sanuzel və yataq otağından ibarət mənzilin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 227.1-227.2-ci maddəsinə əsasən, yaşayış binasının mənzildən kənarda və ya mənzil daxilində yerləşən, birdən çox mənzilə xidmət edən ümumi otaqları, dayaq konstruksiyaları, mexaniki, elektrik, sanitariya-texniki və digər avadanlığı, habelə yerləşdiyi torpaq sahəsi ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsi mülkiyyətçilərinə mənsubdur. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ixtiyarı yoxdur ki, yaşayış binasının ümumi əmlakına mülkiyyət hüququndakı payını özgəninkiləşdirsin, habelə həmin payın yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququndan ayrılıqda verilməsinə səbəb olan digər hərəkətləri yerinə yetirsin. Məhkəmə, ilk növbədə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 3 saylı evin 9 saylı mənzili İddiaçı, həmin evin 11 saylı mənzili isə Cavabdeh4 xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hacınski küçəsi, ev 3 ünvanında yerləşən 9 saylı mənzildən cavabdehlərin istifadə etməsinin qadağan olunmasını xahiş etsə də, tərəflərin izahatlarından, qonşuların aktlarından aydın ki, tərəflərin mübahisəsi ümumi istifadə üçün nəzərdə tutulmuş tikili ilə əlaqəlidir. İddiaçı həmin tikilidən istifadəyə cavabdehlər tərəfindən maneə törədilməsinin qadağan olunmasını istəyir, cavabdehlər isə həmin tikilinin ümumi istifadə üçün nəzərdə tutulması səbəbindən ondan istifadə etməkdə davam edir. İddiaçı həmin mənzildən cavabdehlərin istifadə etmələrini faktiki əsaslandırmamış, əksinə, əsaslandırmasını Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ünvanında yerləşən 3 saylı evin sakinlərinin ümumi istifadələri üçün nəzərdə tutulmuş tikili üzərində aparmışdır. Ona görə də, cavabdehlərin həmin mənzildən istifadə etməmələri aşkardır. Sözügedən tikili nə iddiaçının, nə də cavabdehin xüsusi mülkiyyətində olmamaqla, ümumi istifadədir. Belə olan halda, həmin tikili üzərində yalnız bir mülkiyyətiçinin səlahiyyətləri tanına, digər mülkiyyətçilərə isə ondan istifadəyə qadağa qoyula bilməz. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinin tələbinə görə, (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır, lakin qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər), iddiaya mövcud tələb çərçivəsində baxılıb hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddiaçının hazırkı iddianı qaldırması üçün subyektiv hüququ yoxdur. Ona görə də, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “əmlakdan qanunsuz istifadənin qadağan edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar