Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4885/2022 04.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahim Qədimov küçəsində olan 10 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahim Qədimov küçəsində olan 10 saylı ev mərhum valideyinlərinin evi olmuşdur. Onlar vəfat emiş, hazırda həmin evdə cavabdehlər yaşayırlar. Cavabdehlərdən Cavabdeh1 onun qardaşı, Cavabdeh2 onun həyat yoldaşı, Cavabdeh3 isə onların qızıdır. Qardaşı yaşayan onların ata evidə ayrıdır. Orada qardaşı öz ailəsi ilə üç otaqlı evdə yaşayır, həyətlərində ayrıca bir otaqlı evdə mövcüddür. Ancaq orada heç kim yaşamır. O, 2000-ci ildə X4 ilə ailə həyatı qurmuşdur. O, ailə həyatı qurduqdan sonra kirayələrdə yaşamağa məcbur olmuşdur. Belə ki, qardaşı və onun ailəsi ona öz ata yurdunda yaşamağa icazə verməmişlər. Beş ilə yaxındır ki, həyat yoldaşından ayrılmışdır. Üç uşağı var. Kirayə haqqı ödəyib onları saxlaya bilmir. O, dəfələrlə qardaşına uşaqları ilə birlikdə həyətlərində olan bir otaqlı evə köçüb yaşamağa icazə verməsini xahiş etmiş, lakin qardaşı onun həmin evdə qeydiyyatda olmağını, yaşayış hüququnun olmasını nəzərə almayaraq ona həmin evə köçməyə icazə verməmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsini rəhbər tutaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş mağteriallarına əlavə edilmişdir). İddiaçının üç övladı var: xx.xx.2001-ci il təvəllüdlü X1, xx.xx.2005-ci il təvəllüdlü X5, xx.xx.2008-ci il təvəllüdlü X2, (AA0995320, AA37306, AA0995305 №-li şəxsiyyət vəsiqələrinin surəti) İddiaçı, onun uşaqları və cavabdehlər Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahim Qədimov küçəsində olan 10 saylı evdə qeydiyyatdadırlar (DİN-in «Asan 4» tərəfindən verilmiş ******* №-li arayış). Hazırda iddiaçı həmin evə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır; 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Qeyd edildiyi kimi, iddiaçı ailə qurduqdan sonra həmin evi tərk etmiş, iddiaçı və uşaqları həmin evdə qeydiyyatdadılar, bu müddət ərzində cavabdehlər onların istifadə hüquqlarına xitam verilməsi barədə məhkəmədə iddia qaldırmamışlar. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahim Qədimov küçəsində olan 10 saylı evə köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Rahim Qədimov küçəsində olan 10 saylı evə köçürülsün. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi ücün Bakı şəhəri Sabuncu Rayon Məhkəməsinə ərizə ilə müraciət edə bilər Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-4885/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-4885/2022
04.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver