Məhkəmə qərarları › İş №2(008)-4896/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4896/2024

16.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4896/2024 16.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X9 qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdeh İB-in nümayəndəsi X5 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilin hesab koduna əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat kod (**********10100) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanındaki qazın **********10100 nömrəli hesab kodu onun mərhum anası X1 adında olmuşdur. xx.xx.2009-cu il tarixdə anası dünyasını dəyişdikdən sonra qeyd olunan mənzil onun adına keçmiş və hazırda həmin mənzildə yaşayır. Mənzillə bağlı xx.xx.2017-ci il tarixdə Cavabdeh İB-yi ilə aralarında 04/3017 nömrəli qazın alqsatqısı müqaviləsi bağlanmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən mənzilin qaz xəttinin üzərində quraşdırımış G-4 markalı **********2 zavod nömrəli qaz sayğacına iddiaçının iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB-yi tərəfindən quraşdırılmış qaz sayğacının hesablama mexanizminin qapağının kənar təsir nəticəsində əzilməsi barədə onun imzası olmadan ******* nömrəli akt yazılmışdır. Həmin akt əsasında onun hesab koduna (**********110100) 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat dəymiş ziyan hesablanmışdır. Hesab edir ki, Cavabdeh İBnin hesabladığı dəymiş ziyan qanunsuz və əsassıdır. Akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən ona məlumat verilməmiş, aktda mərhum anasının adı və soyadı yazılmış imza olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlamsından keçirilərkən onun iştiraı olmadan keçirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X8 iddianı tələbini qəbul etməyərək, məhkəmədən rədd edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2009cu il tarixində ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh İB-yi arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı satqısı barədə” 04/3017 nömrəli, 06 yanvar 2017-ci il tarixli müqavilə bağlanmışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, **********10100 abonent kodu olan X2 qazdan istifadə nəticəsində 1555,20 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, 14-2-2/3-5-3122-1 nömrəli rəyə əsasən **********2 zavod nömrəli sayğacın hesablama mexanizmi qapağının kənar təsir nəticəsində əzilmişdir. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının maksimal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 6x24x90=12960 m3 hesablanmışdır. İş materiallarından görünür ki, Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli 14- 2-2/3-5-3122-1 nömrəli akta əsasən G-4 markalı **********2 nömrəli sayğacın hesablama mexanizminin qapağına vurulan zavod plastmas plomblarının üzəri və yuvasının ətrafı kənar təsir nəticəsində əzilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı **********10100 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın hesablama mexanizminin qapağının kənar təsir nəticəsində əzilməsi barədə akt tərtib edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın hesablama mexanizminin qapağının əzilməsi iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən **********10100 nömrəli abonent koduna hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən **********10100 nömrəli abonent kodundan hesablanmış 1555,20 (min beş yüz əlli beş manat, iyirmi qəpik) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar