Məhkəmə qərarları › İş №2(008)-4929/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4929/2025

12.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4929/2025 12.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Məhkəmə iclas katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X2 1931-ci ildə Bakı şəhəri, Yasamal (Oktyabr) rayonunda doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, 08 avqust 1958-ci ildə Bakı şəhəri Maştağa (keçmiş Maştağa rayonu) qəsəbəsində anadan olmuşdur. Bu barədə ona Maştağa Zaks bürosu tərəfindən xx.xx.1958-ci il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamənin ata adı qrafasında X4, ana adı qrafasında isə X7 qeyd aparılmışdır. Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X4 ilə X14 arasında nikah haqqında 29 iyul 1955-ci il tarixdə 124 nömrəli akt qeydi tərtib olunmuşdur. Qeyd etdiyi həmin faktlar da onu deməyə əsas verir ki, o, X4 ilə, X9 birgə nikahlarından doğulmuşdur və həmin şəxslər onun valideynləridir. Atası xx.xx.1995-ci ildə vəfat etmiş, anası isə xx.xx.2012-ci ildə vəfat etmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi babasından qalmış miras əmlakı üzrə vərəsəlik hüququndan istifadə edə bilməyimdən ibarətdir. Lakin atasının doğum haqqında şəhadətnaməsi olmadığından bu hüququndan istifadə edə bilmir. Bu səbəbdən də AR Milli Arxiv İdarəsinin Dövlət Arxivinə müraciət edərək atasının doğumu haqqında məlumat verilməsini xahiş etmişdi. Lakin xx.xx.2025-ci il tarixdə verilmiş məktubda arxiv fondunda mühafizə edilən 1930-cu ilə dair (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında, 1931-1943- cü illərə dair Yasamal (Oktyabr) rayonu üzrə doğum-bərpa kitablarında X2 təvəllüdü haqqında heç bir məlumatın aşkarlanmadığı bildirilmişdir. Bundan sonra Maraqlı şəxsnə müraciət edərək atasının doğum akt qeydinin bərpa edilərək, doğum haqqında arayışın verilməsini xahiş etmişdi. Lakin Qeydiyyat şöbəsi tərəfindən müraciətinin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, işin faktiki halları və həmin halları təsdiq edən sübutlar atasınn doğumu haqqında akt qeydinin bərpa olunmasına və doğum haqqında arayışın verilməsinə zəmin yaradar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidləri dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, Mircəfər-zadə Ənvər Mirhüseyn oğlu və X13 nikahı haqqında xx.xx.1955-ci il tarixdə 124 nömrəli akt qeydi tərtib olunmuşdur. xx.xx.1995-ci ildə vəfat etmiş Mircəfər-zadə Ənvər Mirhüseyn oğlunun ölümü xx.xx.1995-ci il tarixdə 208 mömrəli akt qeydi ilə, xx.xx.2012-ci ildə vəfat etmiş Mircəfər-zadə Pikə Ağababa qızının ölümü isə xx.xx.2012-ci il tarixdə 228 nömrəli akt qeydi ilə Sabunçu rayon Qeydivvat söbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 1930-cu ilə dair Bakı şəhəri Oktyabr (Yasamal) rayonu üzrə doğum haqqında qeydiyyat kitablarında, 1931-1943-cü illərə dair Yasamal (Oktyabr) rayonu üzrə doğum-bərpa kitablarında X2 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas müddəalara müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra doğum haqqında akt qeydi bərpa olunaraq, doğum haqqında arayış ilə təmin olunacaqdır. Məhkəmə iclasında şahidlər X10 (ərizəçinin qardaşı), X5 (ərizəçinin arvadı) X2 1931ci ildə Bakı şəhəri Yasamal (Oktyabr) rayonunda doğulması faktını təsdiq etdilər. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum qeyd edilməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Beləliklə məhkəmə qeyd edir ki, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi atasına məxsus olan doğum haqqında şəhadətnaməni hazırda əldə etmək mümkün olmadığından və həmin şəhadətnamə ərizəçiyə sosial hüquq hüquqlarının həyata keçirməsi və vərəsəlik hüququnun təminatı üçün vacib olduğundan ərizə təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi mərhum atası X2 1931-ci ildə Bakı şəhəri, Yasamal (Oktyabr) rayonunda doğulması, atasının X3, anasının X1 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X2 1931-ci ildə Bakı şəhəri, Yasamal (Oktyabr) rayonunda doğulması, atasının X3, anasının X1 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Fuad Babaşov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar