Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4931/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X16 Seyfəddin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “nikah akt qeydinin bərpası” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “nikah akt qeydinin bərpası” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, nikah akt qeydində nikahın bağlanma tarixi “xx.xx.1977-ci il”, nikah akt qeydinin nömrəsi “N-9”, nikahın bağlanma yeri “Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Soveti” qeyd olunmaqla, ərə “İmamquliyev” soyadı, arvada “İmamquliyeva” soyadı verilməklə, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi ilə (doğum yeri Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Teymur kəndi), xx.xx.1958-ci il təvəllüdlü X9 (Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Teymur kəndi) arasında xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Soveti tərəfindən 9N-li akt qeydi ilə bağlanmış nikahın qeyd edilmə faktının bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1955-ci ildə Ermənistan SSRnin Əzizbəyov (Paşalı) rayonunda anadan olmuşdur və o, xx.xx.1988-ci ildə Ermənistan SR-nin pasportunu almışdır. X1 isə xx.xx.1958-ci ildə Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonunda anadan olmuşdur və xx.xx.1980-ci ildə pasport almışdır. Ərizəçi və X5 xx.xx.1977-ci il tarixdə Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Sovetində 9N-li akt qeydi ilə nikahlarını rəsmiləşdirmişdirlər. Həmin nikahdan tərəflərin 4 övladı – X3, X4, X2 və İmamquliyev Məftun qızı anadan olmuşdur. Bundan sonra ərizəçi və arvadı 1-ci Qarabağ müharibəsindən sonra 1988-ci ildə məcburi köçkün kimi Bakı şəhərinə gəlmişlər. Daha sonra onlar Azərbaycan Respublikasının vətəndaşı olarkən onlar arasında nikah şəhadətnaməsi olmadığından onlar subay kimi qeydə alınmışdırlar. Hazırda isə qeydiyyat şöbələrinə çoxsaylı müraciətlərinə baxmayaraq, Maraqlı şəxs nikah aktının qeydinin Milli Arxivdə olmaması səbəbi ilə müraciətləri təmin etməmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçi Sonanı qaçırdaraq ailə həyatı qurmuşlar və onların birgə nikahlarından 3 oğulları və 1 qızları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində şahid X6 dediyi xüsusatları təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-643/2025 nömrəli məktubundan görünür ki, ərizəçinin müraciəti üzrə vətəndaşlıq vəziyyəti aktlarının qeydində olan səhvlərin düzəldilməsi və dəyişiklər edilməsinə kifayət qədər əsaslar olmadığından müraciətin qeydiyyat şöbəsi tərəfindən icrası mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cu maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarının 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Yuxarıda göstərilən hüquq normalarından da göründüyü kimi nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə şəxs məhkəməyə o halda müraciət edə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. İş materiallarından da görünür ki, ərizəçi Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir, lakin Maraqlı şəxs tərəfindən həmin müraciət bunun üçün kifayət qədər əsaslar olmadığından icrası mümkün olmamışdır. Ona görə ərizəçi həmin faktın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyə haqlı olmuşdur və həmin müraciətin hüquqi əsası mövcuddur. Bununla belə, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, həqiqətən də, tərəflər arasında nikah aktı mövcud olmuşdur ki, məhkəmə bu qənaətə gələrkən, iş materiallarında olan sənədlərə və məhkəmə iclasında dindirilmiş şahidlərin ifadlərinə əsaslanmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və nikah akt qeydində nikahın bağlanma tarixi “xx.xx.1977-ci il”, nikah akt qeydinin nömrəsi “N-9”, nikahın bağlanma yeri “Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Soveti” qeyd olunmaqla, ərə “İmamquliyev” soyadı, arvada “İmamquliyeva” soyadı verilməklə, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi ilə (doöum yeri Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Teymur kəndi), xx.xx.1958-ci il təvəllüdlü X9 (Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Teymur kəndi) arasında xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Sovetində 9N-li akt qeydi ilə bağlanmış nikahın qeyd edilmə faktı bərpa olunmaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi ilə (doğum yeri Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Teymur kəndi), xx.xx.1958-ci il təvəllüdlü X9 (Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Teymur kəndi) arasında nikah akt qeydində nikahın bağlanma tarixi “xx.xx.1977-ci il”, nikah akt qeydinin nömrəsi “N-9”, nikahın bağlanma yeri “Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Soveti” qeyd olunmaqla, ərə “İmamquliyev” soyadı, arvada “İmamquliyeva” soyadı verilməklə, xx.xx.1977-ci ildə Ermənistan SSR-nin Əzizbəyov (Paşalı) rayonu, Gomur (Dərələyaz) Kənd Soveti tərəfindən 9N-li akt qeydi ilə bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №2(008)-4931/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4931/2025
15.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver