Məhkəmə qərarları › İş №2(008)-4932/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4932/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4932/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X5, Cavabdeh X6 qızınun iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qızına qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh X6 qızına qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 qızından 12.01.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********22189 olan X9 8 markalı telefon üçün 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 126.2 (bir yüz iyirmi altı manat, iyirmi qəpik) manat dəbbə pulu, 23.03.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********47729 olan İphone 11 Pro Max markalı telefon üçün 3132 (üç min yüz otuz iki) manat ödənilməmiş hissə, 939 (doqquz yüz otuz doqquz) manat dəbbə pulu, ümumilikdə 4622 (dörd min altı yüz iyirmi iki) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 12.01.2020-ci il, 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, əsasən İMEİ kodu **********22189 olan X9 8 markalı telefon, İMEİ Kodu **********47729 olan İphone 11 Pro Max markalı telefon almış və nəticədə 4622 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 12.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 514.8 manat (12 ay x 42.9 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********22189 olan X9 8 markalı telefon üçün ümumilikdə, 551 manat olmaqla ondan, 424.8 (dörd yüz iyirmi dprd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 126.2 (bir yüz iyirmi altı manat, iyirmi qəpik) manat dəbbə, 23.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4032 manat (12 ay x 261 manat + 900 manat ilkin ödəniş) İMEİ Kodu **********47729 olan İphone 11 Pro Max markalı telefon üçün ümumilikdə, 4071(dörd min yetmiş bir) manat olmaqla ondan, 3132 (üç min yüz otuz iki) manat ödənilməmiş hissə, 939 (doqquz yüz otuz doqquz) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 990 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X6 qızı iddia tələbini qəbul etdiyini, iş yoldaşı üçün götürdüyünü, həmin adamılə hal-haırda əlaqəsi olmdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə X6 qızı arasında bağlanmış 12.01.2020-ci il tarixli 20032806 saylı alqı-satqı müqaviləsinə əsasən, X6 qızı İMEİ kodu **********22189 olan X9 8 markalı telefon almışdır. -12.01.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X6 qızı İMEİ kodu **********22189 olan X9 8 markalı telefonu təhvil almışdır. -12.01.2020-ci il tarixli 20032806 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 42.9 manat müəyyən edilmişdir. -"xxxx" MMC ilə X6 qızı arasında bağlanmış 23.03.2020-ci il tarixli 20197329 saylı alqı-satqı müqaviləsinə əsasən, X6 qızı İMEİ Kodu **********47729 olan İphone 11 Pro Max markalı telefon almışdır. -23.03.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, X6 qızı İMEİ Kodu **********47729 olan İphone 11 Pro Max markalı telefonu təhvil almışdır. - 23.03.2020-ci il tarixli 20197329 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 261 manat müəyyən edilmişdir. -İş materiallarına əlave edilmiş xəbərdarlıq məktubundan görünür ki, сavabdeh 12.01.2020-ci il tarixli və 23.03.2019-cu il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 02 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 12.01.2020-ci il tarixli müqaviləyə əsasən 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 126.2 (bir yüz iyirmi altı manat, iyirmi qəpik) manat dəbbə pulu, 23.03.2020-ci il tarixli müqaviləyə əsasən 3132 (üç min yüz otuz iki) manat ödənilməmiş hissə, 939 (doqquz yüz otuz doqquz) manat dəbbə pulu olmaqla, cəmi 4622 (dörd min altı yüz iyirmi iki) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 12.01.2020-ci il tarixli müqaviləyə əsasən 40 (qırx) manat dəbbə pulu, 23.03.2020-ci il tarixli müqaviləyə əsasən 100 (bir yüz) manat dəbbə pulu tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh X6 qızından 12.01.2020-ci il tarixli müqaviləyə əsasən 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 23.03.2020-ci il tarixli müqaviləyə əsasən 3132 (üç min bir yüz otuz iki) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 3696.8 (üç min altı yüz doxsan altı manat, səksən qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh X1 12.01.2020-ci il tarixli müqaviləyə əsasən 424.8 (dörd yüz iyirmi dörd manat, səksən qəpik) manat ödənilməmiş hissə, 40 (qırx) manat dəbbə pulu, 23.03.2020-ci il tarixli müqaviləyə əsasən 3132 (üç min bir yüz otuz iki) manat ödənilməmiş hissə, 100 (bir yüz) manat dəbbə pulu olmaqla, cəmi 3696.8 (üç min altı yüz doxsan altı manat, səksən qəpik) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar