Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4938/2025 18.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, anası X3 yaşadıqları ünvanda xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Tərəfindən təcili tibbi yardım çağırılmış, lakin təcili tibbi yardımın həkimləri gələnə qədər anası vəfat etmişdir. Anasının anidən ölümü mənəvi və psixoloji cəhətdən onu və ailə üzvlərini həddindən artıq sarsıtdığından və kifayət qədər hüquqi savadı olmadığından, anasının ölümü haqqında şəhadətnaməni ala bilməmişdir. Buna görə dəfn pulu ilə bağlı əlaqədar olaraq atasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Anasının ölüm akt qeydinin aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün 4 saylı Bakı ASAN xidmət Mərkəkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması mümkün deyil, ölümün qeydə alınması ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Anasının Nardaran sağlamlıq mərkəzində hansı bir xəstəliyə görə müraciət etmədiyindən, ona tibbi arayış verilməmişdir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bülbülə qəsəbəsi XDS İcraiyyə komitəsi tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə doğulmuşdur. X8, anası X2r. - Maştağa qəsəbə soveti tərəfindən xx.xx.1971-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. X4, anası X6r. - 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. - Təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının xx.xx.2025-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, “Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyası”nın 14 saylı bölməsinin təcili tibbi yardım briqadası həmin tarixdə qadın cinsli meyit aşkarlamışlar. - 4 saylı Bakı “ASAN xidmət” Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16/5-15- 483/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası TƏBİB publik hüquqi şəxsi Bakı Baş Səhiyyə Mərkəzi Nardaran Sağlamlıq Mərkəzinin xx.xx.2025-ci il tarixli 52 saylı arayışından görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə evde rəhmətə getmişdir, lakin ölüm haqqında şəhadətnamə alınması üçün poliklinikaya müraciət etməmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Nardaran qəbirstanlığında dəfn olunmuşdur. - Məzardaşının fotoşəklində “X3 xx.xx.1971-xx.xx.2022” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Ərizəçi anası xx.xx.1971ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Sənədləşmə işlərinin aparılması üçün ölümü təsdiq edən sənəd tələb olunduğundan, mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1971-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4938/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4938/2025
18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver