Məhkəmə qərarları › İş №2(008)-4940/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4940/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4940/2021 08.09.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “Azəriqaz” İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Azəriqaz” İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 3773,74 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4103.74 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında 08.08.2017-ci il tarixli, 11 4263 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən: **********30000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, 202AQ**********5 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxanda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydalan”nın tələblərinə əməl etmək) və “X2”nm 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi. yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşlar tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfındər "Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, 08.02.2016-cı il tarixli, 092582 saylı akta əsasən 194.40 manat, 31.01.2018-ci il tarixli ******* saylı akta əsasən 863.40 manat, 30.07.2018-ci il tarixli, ******* akta əsasən 799.20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasən 156.60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57.60 manat, 28.12.2018 tarixli, 192272 saylı akta əsasən 57.60 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142.20 manat, 28.02.2019-cu il tarixli, 02066358 saylı akta əsasən 133.20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 28 iyun 2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 30.08.2019-cu il tarixli, ******* saylı 32.40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən100.80 manat, 30.12.2019-cu il tarixli, 026171 saylı akta əsasən 252 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 201.60 manat “Azəriqaz” İB-nə zərər dəymişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşlar tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, cəmi 3639 manat məbləğində “Azəriqaz” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 90,50 manat, əvvəlki illərdən isə 44,24 manat borcu qalmışdır. Məlumat üçün bildiririk ki, cavabdeh 2016-2020-ci illər ərzində təbii qaza 65 manat pul ödəmişdir (aktlar yazıldığı dövrü əhatə edir). Buda ona göstərir ki cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb (bu barədə kəsim aktları tərtib olunub), lakin, o, yenidən qanunsuz xətti bərpa etmişdir (onun bu əməli qaz itkisindən əlavə həyat təhlükəsi ilə yanaşı həm də, qaz xətlərinədə ziyan vurur). Cavabdehin “Azəriqaz” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumi 3773,74 manat təşkil etməkdədir. “Azəriqaz” İB-nın nümayəndələri tərəfindən cavabdehə 3773,74 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Azəriqaz» İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış 08.08.2017-ci il tarixli, 11/4263 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - Abonent saldosundan görünür ki, **********30000 abonent kodu olan X1 qazdan istifadə nəticəsində 3773.74 manat məbləğində borc hesablanmışdır. - İş materiallarından görünür ki, təbii X2nın pozulması haqqında “Azəriqaz” İB tərəfindən aktlar tərtib edilmiş, 08.02.2016-cı il tarixli, 092582 saylı akta əsasən 194.40 manat, 31.01.2018-ci il tarixli ******* saylı akta əsasən 863.40 manat, 30.07.2018-ci il tarixli, ******* akta əsasən 799.20 manat, 31.10.2018-ci il tarixli, ******* saylı akta əsasən 156.60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 57.60 manat, 28.12.2018 tarixli, 192272 saylı akta əsasən 57.60 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akta əsasən 142.20 manat, 28.02.2019-cu il tarixli, 02066358 saylı akta əsasən 133.20 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 28 iyun 2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 30.08.2019cu il tarixli, ******* saylı 32.40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 32.40 manat, 29.11.2019-cu il tarixli, ******* saylı akta əsasən100.80 manat, 30.12.2019-cu il tarixli, 026171 saylı akta əsasən 252 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akta əsasən 252 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akta əsasən 201.60 manat dəymiş zərər hesablanmış, fotoşəkillər çəkilmişdir. - İş materiallarına əlavə edilmiş 08.02.2016-cı il tarixli, 31.01.2018-ci il tarixli, 30.07.2018-ci il tarixli, 31.10.2018-ci il tarixli, 30.11.2018-ci il tarixli, 28.12.2018 tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28 iyun 2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.10.2019cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həcmində itirilmiş qaz hər bir tələbnaməyə görə 1944 m3, 4317 m3, 3996 m3, 1566 m3, 576 m3, 1422 m3, 1332 m3, 1332 m3, 1332 m3, 324 m3, 324 m3, 324 m3, 324 m3, 324 m3, 1008 m3, 2520 m3, 2520 m3, 2016 m3 hesablanmışdır. - İş materiallarına əlavə edilmiş 29.11.2019-cu il tarixli, 30 dekabr 2019-cu il tarixli, 30.01.2020-ci il tarixli, 28.02.2020-ci il tarixli aktlardan görünür ki, **********30000 kodlu abonentin təbii qaz təchizatı dayandırılmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii X2nın pozulması haqqında aktlara əsasən cavabdeh sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmişdir. Lakin, məhkəmə tərtib olunmuş 31 yanvar 2018-ci il tarixli, ******* saylı və 30.07.2018-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış məbləğlərlə razılaşmır və həmin məbləğlərin şişirdilmiş olduğu qənaətinə gəlir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunur ki, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manat məbləğində müəyyən edilir, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyşikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Buna görə də, istifadə olunmuş qazın hər kubmetri 0.20 qəpikdən deyil, sözügedən aktlar üzrə müvafiq 0.10 qəpikdən hesablanaraq cəmi məbləğ olaraq 2807.70 (iki min səkkiz yüz yeddi manat, yetmiş qəpik) manat məbləğində dəymiş zərər müəyyən olunmalı idi. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qaz səyğacından kənər qanunsuz olaraq qaz xəttinə qoşulmaqla “Azəriqaz” İB-nə 2807.70 (iki min səkkiz yüz yeddi manat, yetmiş qəpik) manat məbləğində zərər vurulmuşdur. Bundan başqa məhkəmə iddia tələbinin cavabdeh tərəfindən faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün hesablanmış 90.50 manat, əvvəlki illərdən isə 44.24 pulun tutulması hissəsinədə münasibət bildirərək qeyd edir ki, həmin borcun yaranmasının əsasları mülki işin matriallarına əlavə edilmiş sübutlarala təsdiq olunmadığından iddia tələbi həmin hissədə təmin edilə bilməz. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə cavabdehin əmlak və digər mənafelərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin hüquqi xidmətə görə ödənilmiş məbləğ qismən təmin edilərək 100 ( bir yüz ) manat məbləğində müəyyən edilməlidr. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2807.7 (iki min səkkiz yüz yeddi manat, yetmiş qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 15 (on beş) manat dövlət rüsumu, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı iddiaçı “Azəriqaz” İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar