Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4964/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1950-ci il təvəllüdlü X2 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Tula şəhərində vəfat etməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, ərizəçinin əri X5 xx.xx.1950-ci il tarixdə Ucar rayonunda doğulmuşdur. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra maddi durumları ilə əlaqədar Rusiya Federasiyasının Tula şəhərinə köçmüşlər. Ərizəçinin əri ağır xəstə olmuş, uzun müddət müayinə və müalicə olsa da, beyin iflici keçirmiş və xəstə yatdıqdan sonra xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasının Tula şəhərində dünyasını dəyişmişdir. Yoldaşının cənazəsi Ucar rayonuna gətirilib, Qarabörk kənd qəbirstanlığında dəfn edilmiş, Ucar rayonunda bacısının həyətində ona yas mərasimi vermişlər. Ölümün qeydə alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsində bununla bağlı qeyd aparılmaqdan imtina edilmişdir. Göstərilənlərə əsasən, nümayəndə və vəkil ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, mərhum Əlirza onun qardaşı olmuşdur. Qardaşı Rusiya Federasiyasının Tula şəhərinə qızıgilə qonaq getmişdir. Orada da qəfil ürəktutmadan vəfat etmişdir. Nəşi ölkəyə - Ucar rayonuna gətirilmiş və Qarabörk kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, mərhumun qohumudur. O, Rusiya Federasiyasına qızıgilə qonaq getmişdir. Orada xx.xx.2022-ci il tarixdə ürəktutmadan dünyasını dəyişmişdir. Sonradan cənazəsi Ucar rayonuna gətirilmiş və Qarabörk kənd qəbirstanlığında dəfn edilmişdir. Rayonda keçirilmiş yas mərasimlərində o da iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, mərhumla qonşu olmuşdur. O, yaşlı adam idi və Tula şəhərinə qızıgilə qonaq getmişdi, lakin orada qəfil vəfat etmişdir. Mərhum Ucar rayonu, Qarabörk kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında tədqiq edilən hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan AZE 14605172 seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1950-ci ildə Ucar rayonunda doğulmuşdur. İş materiallarından görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X5 və Ərizəçi ərarvaddırlar, onlar xx.xx.1976-cı ildə nikaha daxil olmuşlar. İş materiallarında olan ölənin çıxarılmasına dair xx.xx.2022-ci il tarixli arayışın, ölənin meyiti ilə sink əlavəsinin lehimlənməsi haqqında aktın təsdiq edilmiş tərcümlərindən görünür ki, mərhum X1 Federasiyasının Tula şəhərindən Azərbaycan Respublikasına gətirilmişdir. İş materiallarında olan Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X5 xx.xx.2022-ci il tarixdə Ucar rayonu, Qarabörk kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X2 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx.xx.1950-ci ildə Ucar rayonunda doğulmuş X2 xx.xx.2022-ci ildə Rusiya Federasiyasının Tula şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4964/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4964/2023
20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver