Məhkəmə qərarları › İş №2(008)-4972/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4972/2025

16.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4972/2025 16.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 Füzuli qızının iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Füzuli qızının Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Füzuli qızı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçılardan İddiaçı2 Füzuli qızının atası, İddiaçı1 isə keçmiş əridir. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Füzuli Musayevə məxsusdur. X3 Məmmədova 2001-ci ildə faktiki nikaha, xx.xx.2002-ci il tarixdə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahlarından İddiaçı2 doğulmuşdur. O, həmin evdə böyüyüb boya başa çatmışdır. İddiaçı1 gəlin gəldiyi 2001-ci ildən həmin evdə yaşamışdır. Cavabdeh spirtli içkilər qəbul etdiyindən və arvadını təhqir edərək döydüyündən 2017-ci ildə nikahları pozulmuşdur. 2021-ci ildə cavabdeh onları birgə yaşadıqları həmin evdən qovmuşdur. O vaxtdan kirayələrdə yaşayırlar. Yaşamağa başqa yerləri yoxdur. Cavabdeh onların həmin evdə yaşamalarına imkan vermədiyindən, məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında iştirak edən digər İddiaçı1 və İddiaçı2 Füzuli qızı hər biri ayrıayrılıqda iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yri barədə lazımi qaydada məlumatlandırılnmışLakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçıların izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, qanuni və əsaslı olmadığından, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və Cavabdeh arasında xx.xx.2002-ci il tarıxdə nikah bağlanmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(008)-6424/2017 saylı qətnaməsinə əsasən, İddiaçı1 və Cavabdeh arasında xx.xx.2002-ci il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 ananın himayəsində saxlanılması və xx.xx.2003-cü il təvəllüdlü İddiaçı2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136.60 manat sabit pul məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan aydın olur ki, ünvan 2 saylı fərdi yaşayış evi ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-in Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışına əsasən, Cavabdeh və İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyatdadırlar. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, ünvan 2 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir, yəni cavabdehin mülkiyyətində deyil. İddiaçı1 2001-ci ildə həmin evə gəlin köçmüş, digər İddiaçı2 həmin evdə doğulmuşdur. 2017-ci ildə nikah rəsmi qaydada pozulsa da, iddiaçılar 2021-ci ilədək həmin evdə yaşamışlar. 2021-ci ildə cavabdeh onları evdən çıxarmışdır. İddiaçılar hazırkı vaxtadək kirayədə yaşayırlar. Məhkəmə qeyd edir ki, hazırkı iddia Cavabdeh qarşı yönəlsə də, o, ünvan 2 saylı fərdi yaşayış evinin mülkiyyətçisi deyil. Həmin şəxsə faktiki sahib kimi yanaşılsa belə, bu halda da iddia təmin edilə bilməz. Belə ki, sözügedən ev tərəflərin nikahından əvvəl cavabdehin istifadəsində olmuş, İddiaçı1 həmin evə gəlin köçmüşdür. Yəni sözügedən ev tərəflərin birgə nikah dövründə əldə edilməmiş və ya iddiaçılar tərəfindən həmin evin əsaslı yaxşılaşdırılması üçün hər hansı xərc çəkilməmişdir. Digər tərəfdən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, iddiaçıların həmin evdən istifadə hüquqları da mövcud deyil. Cavabdeh İddiaçı2 orada formal qeydiyyatda qalması onun həmin evə münasibətdə istifadə hüququnun olması, başqa sözlə, köçürülməsi üçün əsas hesab edilmir. Beləliklə, qanunvericiliyin tələblərinə və işin hallarına əsaslanaraq, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Füzuli qızının iddiasının hüquqi əsası olmadığına görə, onun Cavabdeh qarşı irəli sürdüyü hazırkı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq, hesab edir ki, ödənilmiş məhkəmə xərcləri iddiaçların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Füzuli qızının Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd olunsun. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar