Məhkəmə qərarları › İş №2(008)-4976/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4976/2025

23.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4976/2025 23.10.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X10 qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik sayğacının quraşdırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “elektrik sayğacının quraşdırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilə elektrik sayğacının quraşdırılmasının "xxxx" ASC-yə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, evi aldığı X6 2019-cu il tarixdən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 5 ünvanında yerləşən 8 nömrəli evin yerləşdiyi 400 kv.m torpaq sahəsini almış, həmin sahədə fərdi yaşayış evi tikmiş, evin təbii qazla təchiz edilməsi üçün xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB tərəfindən ZENNER G4T SMART tipli, **********290 nömrəli sayğac quraşdırılmışdır. xx.xx.2025-ci il tarixdə X4 notarial qaydada təsdiq olunmuş ərizəsi əsasında **********00068 nömrəli abonent kodu İddiaçı adına rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə X1 qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 5, ev 8 ünvanında yerləşən mənzilə elektrik sayğacının quraşdırılması barədə "xxxx" ASC-yə müraciət etmiş və xx.xx.2023-cü il tarixdə "xxxx" ASC tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə elektrik sayğacının quraşdırılması üçün X4 adına **********70176 nömrəli abonent kodunu rəsmiləşdirilərək abonentin şəxsi vəsaiti hesabına elektrik sayğacı quraşdırılaraq, "xxxx" ASC ilə abonent arasında “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısının birtipli” 836527 nömrəli müqaviləsi bağlanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixdə X3 qeyri-rəsmi aldığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseyinzadə küçəsi, döngə 5 ünvanında yerləşən 8 nömrəli evdə faktiki olaraq xx.xx.2025-ci ildən, xx.xx.2025-ci ilə kimi yaşayaraq elektrik enerjisindən istifadə etməklə ödənişlər etdiyini və xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin işçiləri ünvan 2 ünvanının çöl divarında quraşdırılmış elektrik sayğacı heç bir əsas olmadan və abonentə məlumat vermədən açıb apardıqlarını və dəfələrlə müraciət etsə də, heç bir nəticəsinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ünvan 2 ünvanında olan evi aldıqdan sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə kimi elektrik sərfiyyatı ilə bağlı "xxxx" ASC-yə tərəfindən ödənişlər edildiyini, sonradan heç bir əsas gətirilmədən qanunsuz olaraq həmin ünvana məxsus elektrik sayğacının "xxxx" ASC-nin əməkdaşları tərəfindən açılıb aparıldığını, hazırda qeyd olunan ünvanda elektrik sayğacı olmadığından yaşıya bilmədiyini, sayğacın quraşdırılması vəzifəsini "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdi. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X6 izahatında ünvan 1 ünvanında 836527 nömrəli müqavilə əsasında sayğac quraşdırıldığını, qeyd olunan evdə əvvəllər X9 adlı şəxsin yaşadığını 2024-cü ildən 2025-ci ilə kimi elektrik enerjisindən istifafdəyə görə ödənişlər etdiyini və evi İddiaçı satdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də, "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə onların iştiakı olmadan baxır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edərək, toplanmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın 2.1-ci bəndinə əsasən yeni, yaxud yenidən qurulan, həmçinin enerjitəchizatı sxemini dəyişən enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının və istehlakçıların elektrik qurğularının şəbəkəyə qoşulması üzrə texniki şərtlərin verilməsi "Elektrik qurğularının şəbəkəyə qoşulmasına dair texniki şərtlərin verilməsi qaydaları"na əsasən həyata keçirilir. Bundan əlavə, "Elektrik enerjisindən istifadə Qaydaları"nm 1.3-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqısatqı müqaviləsi bağlanmalıdır. Göründüyü kimi, fiziki şəxslərin evinə elektrik qurğularının istifadəçisi üçün elektrik sayğacı enerjitəchizatı müəssisəsinin vəsaiti hesabına quraşdırılır və dəyişdirilir. Elektrik sayğaclarının qorunmasına, işçi vəziyyətdə saxlanılmasına və elektrik xətlərinin təhlükəsizliyinə görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. "Elektrik enerjisindən istifadə Qaydaları"nın 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X8 arasında ünvan 3 ilə bağlı Enerji təchizatı müəssisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alqı-satqısına dair xx.xx.2023-cü il tarixli 836527 nömrəli müqavilə imzalanmış və **********70176 nömrəli abonent kobu verilmişdir. İş materiallarından görünür ki, X8 tərəfindən xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixə kimi ünvan 3 ünvanda yerləşən evin elektrik enerjisi üçün "xxxx" ASC-yə abonent kodu **********70176 hesab üzrə ödənişlər olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fıziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafıəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, elektrik enerjisi sayğacına iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut iş materiallarında mövcud deyil. Sayğaca vaxtlı-vaxtında baxış keçirilməsi isə birbaşa cavabdeh tərəfin vəzifəsidir və həmin vəzifə lazımı qaydada icra edilmədiyindən baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. Göründüyü kimi 836527 nömrəli müqavilə əsasında iddiaçının yaşadığı ünvana sayğac quraşdırılmış xx.xx.2025-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən qanunsuz heç bir hüquqi əsas olmadan sayğac ünvan 1 ünvanından açılıb aparıldığından, iddiaçının tələbi əsaslı hesab edilərək, qeyd olunan ünvana sayğac quraşdırılması vəzifəsi "xxxx"ASC-nin üzərinə qoyulmalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ... hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. ... Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hal-hazırda **********70176 abunə kodu üzrə abunəçinin təqsirli hərəkətlərinə dair sübutların olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, ünvan 1 ünvanına sayğac quraşdırılması "xxxx"ASC-yə həvalə edilməlidir. Şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. **********70176 abunə kodu üzrə ünvan 1 ünvanına sayğac quraşdırılması "xxxx"ASC-yə həvalə edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar