Məhkəmə qərarları › İş №2(008)-4983/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4983/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4983/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “İvecoi” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 693,53 (altı yüz doxsan üç manat əlli üç qəpik) manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 AZN (otuz manat qırx qəpik) dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə “Opel Astra” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “İvecoi” markalı ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində “İvecoi” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2019-cu il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “İvecoi” markalı ** JH *** qeydiyyat nişanlı avtomobilə 769,53 AZN (yeddi yüz altmış doqquz manat əlli üç qəpik) ziyan dəymişdir. PAT********** saylı sığorta müqaviləsinin 075162 saylı sığorta aktına əsasən "xxxx" Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, “İvecoi” markalı ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 769,53 (yeddi yüz altmış doqquz manat əlli üç qəpik) AZN məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh 76 AZN (yetmiş altı manat) "Atəşgah” Sığorta Şirkətinə ödəniş etmişdir. xx.xx.2019- cu il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması Xətai DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" sığorta şirkətinə dəymiş 693,53 AZN (altı yüz doxsan üç manat əlli üç qəpik) zərər məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən xx.xx.2019-cu il tarixli, 075162 nömrəli sığorta aktının surətindən görünür ki, PAT********** saylı siğorta müqaviləsinə əsasən siğortalı «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2018-ci il tarixdən – xx.xx.2019-cu il tarixədək 55000 manat məbləğində Atəşgah Sığorta Şirkəti” ASC-də icbari siğorta ilə siğortalanmışıdr. - "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli, 075162 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə siğortalanmış «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı “İveco” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. İveco” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobillə dəymiş maddi ziyanın ümumi məbləği 769.53 manat təşkil etmişdir. - 22 yanvar 2020-ci il tarixli, P 0113/20 nömrəli pretenziya məktubundan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi zamanı “İveco” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 769.53 manat pul 10 iş günü müddətində ödənilməsi tələb edilmiş və bu barədə məktubu xx.xx.2020-ci il tarixdə şəxsən almışdır. - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli, 101-9791-1219 nömrəli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15:30 radələrində Xətai rayonu, Nobel prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşma kimi qeydə alınmışdır. Avtonəqliyyat vəsatəsinin idarə edən Cavabdeh olmuşdur, sürücülük vəsiqəsi olmuş, sürücü avtonəqliyyat vasitəsini idarə edərkən ayıq olmuşdur. - AP seriyalı, ******* nömrəli İnzibati Xəta haqqında protokolun surətindən görünür ki, “Opel Astra” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Cavabdeh Xətai rayonu, Nobel prospekti 159 saylı orta məktəbin qarşısında dönmə əməliyyatını çeç tərəfindən apardığından idarəetməni itirib “İveco” markalı, ** JH *** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşmuşdur. Nəticədə AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-332.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - İnzibati tənbeh vermə haqqında MN seriyalı, ******* nömrəli qərarın surətindən görünür ki, AZərbaycan Respublikaıs İXM-nin 327.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. xx.xx.2019-cu il tarixli zərər aktından görünür ki, “İVECO Crealis” markalı, ** JH *** dövlət qeydiyyat nişanlı avtomobilə 769.53 manat ziyan dəymişdir. - 19 noyabr 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli, 075162 nömrəli sığorta aktına əsasən 769.53 manat ödəniş edilmişdir. - Cavabdeh izahatında görünür ki, xx.xx.2019-cu il tarixdə saat 15:30-da etibarnamə ilə idarə etdiyi “Opel Astra” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Nobel prospekti ilə üzü şəhərə tərəf hərəkətdə olarkən 159 saylı məktəbin qarşısında yolun döngə yerində yol və metroloji şəraiti nəzərə almadan tormozlama edərkən idarəetməni itirib onunla eyni hərəkətdə olan İveco markalı, ** JH *** nömrəli avtomaşınla toqquşmuşdur. AB 695031 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. - 17 yanvar 2018-ci il tarixli etibarmanədən görünür ki, «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçi X1 Ramin Vəli oğluna ona məxsus olan «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə idarə etmək hüququ verən etibarbanə vermişdir. Etibarnamə xx.xx.2019-cu il tarixədək qüvvədə olmuşdur - AD 185982 nömrəli Cavabdeh məxsus AZərbaycan Respublikası Sürücülük Vəsiqəsinin surətindən görünür ki, sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdə verillmiş, xx.xx.2027-ci il tarixədək etibarlıdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 30.40 manat dövlət rüsumu ödənilmişdir. “Yol hərəkəti haqqında” AZərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər AZərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə qanunda və ya müqavilədə zərərin əvəzinin daha AZ miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. AZərbaycan Respublikasının Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya rAZılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi rAZılaşmadır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» AZərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi hissəsində başqa cür müəyyən edilməmişdirsə, icbari sığorta müqaviləsi 1 il müddətinə bağlanılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsi icbari sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəddir. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi sığortaçı tərəfindən müvafiq sığorta şəhadətnaməsinin sığortalıya və ya sığorta olunana verilməsi yolu ilə bağlanır. Həmin Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. İcbari Sığorta Haqqında AZərbaycan Respublikası qanununu 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədərək, “İveco” markalı ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Cavabdeh AZərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzə icraat aparılmışdır. Nəticədə “İveco” markalı ** JH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 769.53 manat məbləğində ziyan dəymişdir. "xxxx"xxxx"xxxx"xxxx"xxxx" ASC Paşa Sığorta Şirkəti” ASC –yə ödənilmiş 769.53 manat məbləğində pul vəsaitini 693.53 manat hissəsini Cavabdeh tələb edir. Məhkəmə araşdırılması zamanı xx.xx.2017-ci il tarixli İV 139156 saylı etibarnamədəndə məlum olur ki, iddiaçı şirkətdə icbari siğorta ilə siğortalanmış «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2019-cu il tarixdə yol nəqliyyat hadisəsi törədərək onun həmin avtomobili idarə etmək hüququ olmamışdır, belə ki, mülkiyyətçi tərəfindən cavabdehə verilmiş etibarnamənin müddəti artıq hadisədən əvvəlki tarixdə xx.xx.2019-cu il tarixdə bitmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Atəşgah Sığorta ASC-də sığortalanmış «OPEL ASTRA” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfində zərər vurulmuş avtomobilə dəymiş zərər Atəşgah Siğorta ASC tərəfindən tam şəkildə ödənildiyindən və icbari siğorta ilə siğortalanmış təqsirli sürücünün hadisəni törədən vaxt avtomobili idarə etmək hüququ olmadığından Atəşgah Siğorta ASC həmin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli hesab edilən şəxsdən, yəni Cavabdeh sığorta ödənişinin geri tələb etməkdə haqlıdır, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. AZərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, iddia tələbi təmin edilməli, Cavabdeh 693.53 (altı yüz doxsan üç manat, əlli üç qəpik)) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən, AZərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 693.53 (altı yüz doxsan üç manat, əlli üç qəpik) manat məbləğində pul və 30.40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar